Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Moskvada Xalq artisti Tofiq Şahverdiyevin yaradıcılıq gecəsi keçirilib-FOTOLAR

 

Rusiyanın paytaxtı Moskvada yerləşən M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist və fotoqraf Tofiq Şahverdiyevin yaradıcılıq gecəsi keçirilib.

Yenixeber.org:  Tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir çərçivəsində T.Şahverdiyevin “Min üzlü saniyə” adlı fotoşəkillərindən ibarət sərgi açılıb, “Lahıc”, “Bakı” və “Sülh hərbi musiqisi” qısametrajlı filmləri nümayiş olunub. Sərgi iyunun 30-dək davam edəcək.

Mərasimi giriş sözü ilə açan Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası baş direktoru Pavel Kuzmin Heydər Əliyev Fondu ilə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlığına görə minnətdarlığını bildirib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova Xarici Ədəbiyyat Kitabxanasına əməkdaşlığa və Rusiya ilə Azərbaycan arasında böyük dostluğa verdiyi töhfəyə görə təşəkkür edib.

O, Tofiq Şahverdiyevin özünəməxsus üslubunun olduğunu vurğulayıb: “Bu sərgidə onun əsərlərini, onların dinamikasını və işıq oyununu görmək imkanınız olacaq”.

Onun sözlərinə görə, T.Şahverdiyev fotolar ilə yanaşı, parlaq şəkildə filmlər də çəkir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva mədəniyyət mərkəzinin layihələrinə hərtərəfli dəstəyə görə Heydər Əliyev Fonduna və fondun vitse-prezident Leyla Əliyevaya minnətdarlığını bildirib.(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam