Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Xalq artisti Telman Adıgözəlovun anım günüdür

 Bu gün Azərbaycanın məşhur teatr və kino aktyoru, Xalq artisti Telman Adıgözəlovun anım günüdür.

Yenixeber.org: Aktyorun vəfatından artıq 13 il ötür. 

Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakəndə anadan olub. Əslən ordubadlıdır. O, orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. O, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə müxtəlif rollar canlandırıbTelman Adıgözəlov 2000-ci ilin oktyabrında Əməkdar artist, 2006-cı ilin mayında isə Xalq artisti fəxri adların alayiq görülüb. 

"Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Yol əhvalatı", "Yarımştat" və s. ekran işlərində çəkilən T.Adıgözəlov 2010-cu il aprelin 15-də ürək çatışmazlığından dünyasını dəyişib. Mərhum Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xalq artistinin Bir qızı və bir oğlu var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam