Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mədəniyyət Nazirliyindən son xəbər: -İslahatlar başlayır 

Mədəniyyət Nazirliyindən son xəbər: İslahatlar başlayır 

“Mədəniyyət Nazirliyində mütləq islahatlar aparılacaq”.

Yenixeber.org: Bunu açıqlamasında nazirin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bildirib.

Onun sözlərinə görə, ötən həftə kollektivlə birlikdə islahatlar haqqında fikir mübadiləsi aparılıb: “Məsələ barədə söhbətlər aparılıb. Hazırda hamısını cəmiyyətə açıqlamaq istəmirik. Çünki bu məsələlər razılaşdırmalar prosesindədir. Birmənalı şəkildə deyirəm ki, islahatlar olacaq.

İlkin istiqamət idarəetmənin səmərəliləşdirilməsi, şəffaflığın artırılması, insan resurslarının gücləndirilməsi, iqtisadi modellərin nazirliyə cəlb edilməsi və təbliğatın artırılmasıdır. Bu istiqamətlərlə bağlı ciddi islahatlara başlayacağıq”.

“Mən vəzifəyə başlayan ilk günlərdən bizim ictimai və mədəniyyət xadimləri ilə iki görüşümüz olub. Görüşlərimizin biri koronavirusa görə məhdud sayda oldu. Daha çox mədəniyyət sahəsində aparıcı şəxslərlə görüşdük. Növbəti görüş onlayn baş tutdu və 40-a yaxın ictimai və mədəniyyət xadimləri, o cümlədən, aktyorlar, musiqiçilər, bəstəkarlar, memarlar və digər şəxslər qoşuldu.

Məqsədimiz islahatlara başlayan zaman mədəniyyət sahəsində cəmiyyəti narahat edən məsələlərə daha çox fikir verilməsi üçün onlarla dialoq aparmaq idi. Orada çox səmimi, tənqidi fikirlər səsləndirildi. Biz bunları qeyd etdik”, - deyə nazir müavini bildirib. (Oxu.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam