Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səməd Seyidovun oğlunun biznes şəbəkəsi-Məşhur restoran və klublar+FOTOLAR

 

Yenixeber.org: Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin keçmiş sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat-namizəd Səməd Seyidovun oğlu Urxan Seyidov həm biznes, həm də QHT sektorunda öz işini qurub. Jurnalizt Cavanşir Həsənli araşdırıb ki, Urxan Seyidov 2008-ci aprelin 18-də Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində "SNUR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-ni qeydiyyatdan keçirib. 
Hüquqi ünvanı Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 205, mənzil 28-də yerləşən şirkətin ofisi İzzət Həmidov küçəsindədir. "SNUR" MMC İtaliyanın Pozzola şəhərində fəaliyyət göstərən GARLANDO S.p.A. şirkətinin rəsmi distribüteridir. Garlando S.p.A. distribüter şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrinə, o cümlədən Səməd Seyidovun oğlunun şirkəti vasitəsilə Azərbaycana idman oyunları ləvazimatlarının, o cümlədən bilyard və tennis stollarının, basketbol səbətlərinin satışını həyata keçirir. "GARLANDO"nun Azərbaycanla yanaşı Ermənistanda da tərəfdaşı var.
Urxan Seyidovun QHT sektorunda fəaliyyət göstərən digər şirkəti - "HİPASSENGER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin yanvarında qeydiyyatdan keçib. Şirkətin startaplara, innovativ layihələrə dəstək çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan 20 min manat qran aldığı məlumdur. 
Urxan Seyidov 2014-2016-cı illərdə atası Səməd Seyidovun rektoru olduğu Azərbaycan Dillər Universitetində təhsil alıb, 2016-2019-cu illərdə ADU xəttilə Harvard Kennedi məktəbində təhsil alıb. Amma bilyard və tennis stolu idxalı əsas deyil, Səməd Seyidovun biznesində önəmli yeri bahalı və elitar restoranlar tutur. Hərçənd ki, restoran biznesi onun ailə üzvlərinin deyil, yaxın qohumlarının adınadır. Səməd Seyidov ən azından bu obyektlərə hamilik edir. 
Neftçilər Prospekti 147-də, Port Baku Residence-dəki "PİVNAYA APTEKA" restoranının fəaliyyətinə Seyidovun baldızının oğlu Mütəllim Alişanov nəzarət edir. Onun restoran və barlardan ibarət xidmət şəbəkəsinə daxil olan elitar gecə klublarından daha məşhur olanı "ENERJİ CLUB"dur. Bu klub paytaxtın turistləri daha çox cəlb edən səmtlərindən sayılan Bayraq Meydanındadır. 
Restoranlar şəbəkəsinə daxil olan və Neftçilər Prospekti 34-də, Dənizkənarı bulvardakı SAHİL bar restaurant-da qoymətlər bir nəfər üçün 118 dollara qədərdir. Onunla yanaşı PASİFİCO LOUNGE AND DINİNG kafesi də qıymətlər sarıdan elə də ucuz deyil. Bakının mərkəzində, Xəqani küçəsi 23-də fəaliyyət göstərən SKETCH RESTAURANT LOUNGE italyan, yapon mətbəxi, dəniz məhsulları və suşi təklif olunur. 
Vergilər Nazirliyindən reyestr çıxarışına görə bu restoranı idarə edən "SKETCH" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin aprelində qeydiyyata alınıb, qanuni təmsilçisi Əlişanov Mütəllim Ehtiram oğludur. 












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam