Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Baş katibin iradəsi, yoxsa makinaçının səhvi? –MK katibi vəzifəsinə təyin olunan Katuşevin təəccübü

 

Yenixeber.org: 1968-ci ilin yazında Qorki şəhərində keçirilən vilayət komsomol komitəsinin konfransından sonra yerli televeziya kanalında iclasla bağlı reportaj yayıyımlanıb. Reportajda qeyd olunub ki, konfransda Mərkəzi Komitənin katibi, Qorki vilayət partiya komitəsinin birinci katibi Konstantin Katuşev də iştirak edib. Katuşevin yanlış olaraq Mərkəzi Komitə katibi kimi təqdim olunması televiziya rəhbərliyində böyük narahatlıq yaradıb. Səhərisi gün kanalın rəhbəri reportajı hazırlayan Yakov Fridmanı kabinetinə çağırtdırıb:

- Heç bir səbəb səni xilas etməyəcək. O cümlədən də mən sənə kömək edə bilməyəcəm. Sənin bu diqqətsizliyinə görə məni də yəqin ki, işimdən uzaqlaşdıracaqlar. Belə çıxır ki, biz əyalətdə oturub paytaxtda vəzifələrə təyinat edirik, özü də Mərkəzi Komitəyə. Sən hələ də vilayət partiya komitəsinin katibi ilə Mərkəzi Komitə katibini səhv salırsan?

Yakov Fridman günahını etiraf etsə də, səhvi makinaçının üstünə yıxıb:

- Bu qəsdən baş verən bir hadisə deyil. Sadəcə, makinaçı kiçik bir xətaya yol verib.

- Sən bunu kiçik xəta kimi qiymətləndirirsən. Onun kiçikliyini və ya böyüklüyünü Kremldə sənə başa salacaqlar.
Bu gərgin söhbət əsnasında kabinetdəki televizorda səhər xəbərləri gedib. Növbəti xəbərdə məlumat verilib ki, Konstantin Fyodoroviç Katuşev Mərkəzi Komitəyə katib vəzifəsinə təyin edilib.

Hər ikisi təəccübdən özlərini itiriblər, eşitdiklərinə inanmayıblar. Nəhayət, Katuşevin tərcümeyi-halı haqqında geniş məlumat veriləndə xəbərin dəqiqliyinə şübhə yeri qalmayıb.

Konstantin Katuşev 1927-ci ildə Nijeqorod vilayətinin Bolşeboldinski rayonunda anadan olub. Müəllim ailəsində anadan olsa da o, valideynlərinin yolu ilə getməyib, uşaqlıqdan avtomobil mühəndisi olmaq arzusu ilə yaşayıb. Məktəbi bitirdikdən sonra Katuşev Qorki Politexnik institutuna qəbul olunub.

Ali təhsilini başa vurduqdan sonra Katuşev Qorki Avtomobil Zavodunda (QAZ) əmək fəaliyyətinə başlayıb. Qısa müddət ərzində onun layihələri uğur qazanıb, biliyi, mühəndislik istedadı, işgüzarlığı ilə fərqlənib.

Yüksək vəifələrə iddialı olan Katuşev 1957-ci ildən partiya orqanlarında işləməyə başlayıb. Artıq 1963-cü ildə o, Qorki şəhər partiya komitəsinə rəhbərlik edib. 1965-ci ildən isə Qorki vilayət partiya komitəsinin birinci katibi vəzifəsinə təyinat alıb.
Konstantin Katuşev bu vəzifələrə öz gücü və işgüzarlığı ilə çatıb. Yuxarılardan heç kim ona hamilik etməyib. Vilayətə rəhbərliyi dövründə ən yüksək göstəricilər əldə etdiyinə görə 1967-ci ildə Qorki vilayəti “Lenin” ordeninə layiq görülüb. Ordeni vilayətə təqdim etmək üçün Leonid İliç Brejnev Qorkiyə səfər edib. Bu səfər Katuşevin karyerasında yeni mərhələ açıb.

Brejnevin Qorkiyə səfərinin rəsmi hissəsi cəmi 50 dəqiqə çəkib, ordeni təqdim edib, kiçik təbrik nitqi söyləyib, Katuşev və Qorki Avtomobil Zavodunun sıravi çilingəri baş katibə təşəkkürlərini bildiriblər. Səfərin qeyri-rəsmi hissəsi isə gecə yarıyədək davam edib.

Ali qonaq üçün şəhərin mərkəzi mədəniyyət sarayında böyük ziyafət təşkil olunub. Ziyafətdə Brejnevi müşayiət edənlər, o cümlədən baş katibin tibb bacısı və vilayətin partiya, komsomol, təsərrüfat fəalları iştirak ediblər. Ziyafət çox “səmimi” keçib, Brejnev mahnı oxuyub, şeir söyləyib, rəqs edib və iştirakçıları da əylənməyə məcbur edib.

Gecədən xeyli keçmiş baş katibi ona məxsus olan xüsusi qatarla yola salıblar. Kefi “kök” olan Brejnev pəncərədən Katuşevə əl edib:

- Kostya, sən Moskvaya tez-tez zəng vur...

Brejnevin Katuşevə “Kostya” deyə müraciət etməsi vilayətdə yeni söhbətlərə səbəb olub. Bu söhbətlərdə Katuşevin yaxın bir vaxtda Moskvada böyük vəzifəyə təyin olunacağı fikirləri səsləndirilib.

Yuri Andropov 1967-ci ildə DTK-ya sədr təyin olunduqdan sonra onun əvvəlki Mərkəzi Komitə katibi vəzifəsi boş qalıb. Bu vəzifəyə Kremlin özündən bir neçə namizəd olub. Əsas namizədləri isə Mixail Suslov və Konstantin Çernenko Brejnevə təqdim ediblər. Amma Brejnev həmin şəxslərin adlarının üstündən xətt çəkib, Konstantin Katuşevi 1968-ci ildə Mərkəzi Komitəyə katib vəzifəsinə gətirib. Bu təyinat öz adamlarını katib vəzifəsinə təyin edə bilməyən Suslovun və Çernenkonun ürəyincə olmayıb və Katuşevlə aralarında soyuq münasibət hökm sürüb.

Siyasi Büroda Katuşevə qarşı olanlar, nəhayət, onu Mərkəzi Komitədən uzaqlaşdıra biliblər. Qruplaşmalarda məğlub olan Katuşevə Aleksey Kosıgin kömək edib. Kosıgin Katuşevi hələ Qorkidə işlədiyi dövrdən yaxşı tanıyıb, onun işgüzarlığına, idarəetmə bacarığına bələd olub. O, Katuşevin SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilməsinə nail olub. Katuşev bu vəzifədə 1982-ci ilə qədər işləyib.

1982-ci ildə Katuşevi təkcə vəzifəsindən deyil, həm də Moskvadan uzaqlaşdırıblar, onu Kubaya səfir göndəriblər. Siyasi Büroda çoxları Katuşevi SSRİ-nin birinci kürsüsünə iddialı olan bir şəxs kimi qəbul edib.

Yalnız 1985-ci ildə, Kremldə bütün vəzifələr bölüşdürüldükdən sonra Katuşev Moskvaya qayıda bilib və SSRİ Xarici İqtisadi Əlaqələr Dövlət Komitəsinə sədr təyin edilib. Komitə 1988-ci ildə SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinə çevrilində o, 1991-ci ilə qədər nazir vəzifəsində çalışıb.

Təqaüdə çıxdıqdan sonra Katuşev Moskvada bir sıra kommersiya banklarında rəhbər vəzifələr tutub.

Konstantin Katuşev 2010-cu ildə, 82 yaşında vəfat edib. O, Moskvada Troekurovski qəbirstanlığında dəfn olunub.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam