Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Kəmaləddin Heydərovun adı əmlak qalmaqalında-ŞİKAYƏT

 Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri, Mərdanov Qardaşları küç., ev 96 A, mənzil 52-də ünvanda yaşayan Hüseynova Rəna Məmməd qızının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 Mehriban xanım Əliyevaya ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində ona məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt olunmasından və məhkəmə qərarlarının qərəzli şəkildə icra olunmamasından bəhs edir. Yazıda adı hallanan tərəfi dinlmək istəsək də, alınmadı. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik:     

 "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son günlərdə məhkəmə orqanlarında islahatların vacib olduğu göstərilərək, bununla bağlı müvafiq Fərman imzalanmışdır. Eyni zamanda Ədliyyə Nazirliyinə məhkəmə qərarlarının qanunla müəyyənləşdirilən müddətdə icrasının təmin edilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol verilmələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlərin görməsi, məhkəmə qərarlarının icrasının sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə tapşırıqlar verilmişdir.

Sizə müraciət etməyimin səbəbi məhz illərdir ki, zəbt olunmuş torpağımın mənə qaytarılmaması və məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsidir.

Bildirirəm ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29.03.2016-cı il tarixli qətnaməsi ilə mənə məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ərazisində sahəsi 0,12 hektar olan 1946a saylı bağ sahəsinin ətrafında mişar daşları ilə hörülmüş hasarın Quliyev Firdovsi Qüdrət oğlunun hesabına sökülməsi və mənim həmin bağdan istifadə etməm üçün mövcud olan maneələrin aradan qaldırılması, həmin bağ sahəsinin ölçülərək mənə təhvil verilməsi qət edilmişdir.

(Bundan əlavə Ali Məhkəmənin 14.12.2017-cu il tarixli 2(102)-8111/17 №-li və Bakı Apellyasiya Məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-13740/2019№-li müvafiq qərarları ilə də mənim haqqım tanınıb)

Həmin qətnamənin icra olunması Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə həvalə edilməsinə baxmayaraq, artıq 3 ildir ki, qərəzli şəkildə qətnamə İCRA OLUNMUR. Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov və icra şöbəsinin rəisi İdris Həsənquliyev torpağımı zəbt edən Firdovsi Quliyev ilə əlbir olaraq qərəzli şəkildə qətnamənin icra edilməsinə maneəçilik törədirlər.

Bununla bağlı Ədliyyə Nazirliyinin qaynar xəttinə zəng etmişəm, dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin və nazir Fikrət Məmmədovun qəbulunda olsam da heç bir tədbir görülməmişdir. Nurəddin Mustafayev qətnamənin təcili icra olunması üçün tapşırıqlar versə də icra məmurları öz vəzifələrini yerinə yetirməkdən imtina edirlər.

Zəbt olunmuş torpaq sahəsi Mərdəkan qəsəbədində yerləşir və Firdovsi Quliyev həmin ərazidəki tikililərin hamısının guya Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğunu deyərək, qətnamənin icrasını bu şəkildə də dayandırmağa nail olmuşdur.  

Firdovsi Quliyev artıq neçə illərdir ki, qətnaməni icra etməkdən qərəzli şəkildə imtina edir və onun barəsində icra məmuru qəsdən bu günə kimi heç bir tədbir görməmişdir. Və mənə deyir ki, Daşınmaz Əmlak Departamenti guya yeri təyin edə bilmir.

Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Həmçinin, Azərbaycan Respublikasının İcra haqqında Qanunun 12.3-cü maddəsinə görə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icar olunur”.

Bu günə kimi icra şöbəsinə dəfələrlə etdiyim müraciətlərə baxılmamış və müvafiq tədbirlər görülməmişdir. Onu da əlavə edim Firdovsi Quliyev mənimlə söhbətində aşağılayıcı olaraq Talış deyib, dəfələrlə ifadəsi mümkün olmayan sözlərlə təhqir edib.

 Bu səbəblərdən də Sizə müraciət edərək xahiş edirəm ki, göstərilən qətnamənin tez zamanda icra olunması və Quliyev Firdovsi Qüdrət oğlunun məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsinə tapşırıqlar verəsiniz.

Əvvəlcədən minnətdarlığımı bildirirəm".

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam