Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

"Kanalizasiyada yaşamışam":İngiltərədə evsizlər - onlar kimdir?

Dirk Holding Brighton şəhərində bir kanalizasiya şaxtasında dörd ayadək yaşayıb

Yenixeber.org: Rəsmi statistikaya görə, İngiltərədə evsizlərin sayı 2010-cu illə müqayisədə iki dəfə artıb. Bəs görəsən, insanlar necə olur ki, evsiz qalırlar, küçədə yaşamalı olurlar, necə olur ki, küçədə yaşayaraq sağ qalırlar?

Minlərlə insan gecəni küçədə keçirir. Sonuncu dəfə 2018-ci ildə onları saymağa çalışdılar - İngiltərədə cəmi bir gecə ərzində sayılmış insanların sayı 4677 təşkil edib.

Bu, əvvəlki ilə nisbətən 2% az, lakin 2010-cu illə müqayisədə 165% çox olub.

                            "Soyuq və qorxulu"

Dirk Holding-in 51 yaşı var - o, ömrünün çox hissəsini küçədə keçirdiyini söyləyir.

Bu ilin əvvəlində İngiltərənin cənubunda, Brighton şəhərində bir kanalizasiya şaxtasında dörd ayadək yaşayıb.

On yaşından başlayaraq mütəmadi olaraq küçədə yaşamalı olub.

O deyir ki, o zaman internatda cinsi zorakılığa məruz qaldığından oradan qaçıb.

Evsizliyin ilk dövründə ağrıkəsicilərə aludə olub. Həbsxanada bu vərdişdən yaxa qurtara bilib.

Ancaq sərbəst buraxıldıqdan sonra, onun sözlərinə görə, narkomanlar qalan olan bir evə yerləşdirildiyindən yenidən küçədə yaşamağa üstünlük verib.

"Küçədə soyuq və qorxuludur, - o deyir. - Növbəti anda başına nə iş gələcəyini heç vaxt bilmirsən. Yatdığınız vaxtın yarısını sadəcə gözüyumulu uzanmış halda keçirirsən, yuxulumaq alınmır, çünki beyin işləməkdə davam edir, odur ki, lazım olduğu kimi yuxulaya bilmirsən".

"Evsiz olmaq insanların bir-birlərinə bıçaqla hücum çəkməsinin, dava-dalaşın və digər dəhşətli hadisələrin şahidi olmaq deməkdir", - Derk davam edir.

"Mənim üçün ən pis vaxt kanalizasiyada yaşamağım oldu. İnsanların sizə yuxarıdan aşağı baxmasından və heç bir şeyə yaramadığınızı düşünməsindən doğan alçaldıcı hissdən bezdim. Və sadəcə kanalizasiyada yaşamağa qərar verdim".

"Orada bir yataq kimi bir yer düzəltdim. İlk gecə çox soyuq oldu, mən tamam islanmışdım, ətrafda siçovullar qaçırdı. Dəhşət idi - soyuq və nəmişlik idi, amma sağ qaldım".

Dirk Holding küçələrdə ucadan şeir oxumaqla pul qazanır, eyni zamanda Sussex rayonunda Evsizlərə Dəstək xeyriyyə cəmiyyətində könüllü olaraq çalışır və təşkilatdan aldığı ianələri digər evsiz insanlara paylayır.

"Başqalarına kömək etməyə çalışıram, ruhdan düşməməyə çalışıram. İndi cəmiyyətimiz haqqında daha yaxşı düşünürəm".

                          "Hamımız narkoman və alkoqolik deyilik"

Samantha Bird
Samantha Bird deyir ki, küçədə yaşamaq təhlükəlidir və yoldan keçənlər tez-tez ona yuxarıdan-aşağı baxırlar

Evsiz insanların çoxu kişilərdir, lakin son hesablamalara görə, onlardan 642 nəfəri (yəni 14%) qadındır.

30 yaşlı Samantha Bird iki ildir ki, Birmingham küçələrində yaşayır.

"Cəmi bir yaşım olanda məni uşaq evinə verdilər. Sonra məni bir ailədən digərinə ötürürdülər", - o deyir.

"Birmingham-ə qayıtdım və əvvəlcə digər insanlarla bir evdə yaşadım, amma ciddi psixoloji problemlər yaşamağa başladım və psixiatrik xəstəxanaya göndərildim."

"Xəstəxanada olduğum müddətdə mənzil ödənişi maddi yardımı almadığım üçün ev sahibi 28 gün ərzində evi boşaltmağımı tələb etdi. Xəstəxanada olduğumu izah etməyə çalışdım, tibbi sənəd göstərdim - amma sahibkar buna əhəmiyyət vermədi."

Samantha deyir ki, küçədə yaşamaq təhlükəlidir və yoldan keçənlər tez-tez ona yuxarıdan-aşağı baxırlar.

"Dostum səkidə yatırdı, yolda keçənlərdən kimsə onun sifətinə təpiklə vurub gedib", - o deyir.

"Mən istərdim ki, insanlar bizi mühakimə etməkdənsə, sadəcə, yaxınlaşıb, nəyə görə küçədə qalmağımızla maraqlansınlar, daha deməsinlər ki, bax, o narkomandır, bu isə alkoqolikdir ... Biz hamımız heç də belə deyilik."

                                            Küçədə yatanların sayı nə qədərdir?

İngiltərədə 2018-ci ildə bir payız gecəsində 4677 evsiz insanın küçələrdə yatdığı müəyyən olunub. Bunlardan 1283 nəfər Londonun payına düşür.

Ancaq bu rəqəm yalnız küçədə, açıq havada və ya yararsız binalarda, avtomobil dayanacaqlarında və bu kimi digər yerlərdə yatanları əhatə edib.

Evsizlər üçün yataqxanalarda və ya sığınacaqlarda qalanlar isə bu rəqəmdə nəzərə alınmayıb, halbuki rəsmi olaraq onlar da evsizlərə kateqoriyasına aid edilir.

Rəsmi olaraq evsiz sayıldıqları halda evsiz sığınacaqlarda və ya yataqxanalarda olanlar sayılmadı.

London şəhər administrasiyasına görə, heç olmasa müvəqqəti də olsa küçədə, getdikcə daha çox insan gecəməli olur.

2018-2019 maliyyə ilində təkcə İngiltərə paytaxtında sosial sahənin işçiləri 8855 evsiz insanlara yardım göstərib.

                                   "Bütün günü körpünün altında keçirirəm"

Anthony
Anthony digər evsizlərlə birlikdə böyük bir mağazanın kandarında yatır

Anthony Linkoln şəhərində küçələrdə gecələyir və deyir ki, bu il ərzində ikinci dəfədir ki, evsiz qalıb.

"Hər şey narkotik və həbsxanaya görədir. Həbsxanadan beş həftə əvvəl çıxmışam".

Anthony digər evsizlərlə birlikdə böyük bir mağazanın kandarında yatır.

"Mən Daz və Jack-ə baxıram. Başqalarının yanında olmağı və birtəhər kömək etməyi xoşlayıram", - o deyir.

"Mağaza işçiləri bizi səhər saat yeddidə oyadırlar. Bundan sonra əşyalarımı yığıram, səhər yeməyinə gedirəm, metamfetamin əldə edirəm və sonra bütün günümü körpünün altında keçirirəm".

"Mən küçədə o qədər çoxdan qalıram ki, bir daha həbs olunmaq istəməzdim. Əlbətdə, bu, kədərlidir, amma həbsxanadansa küçədə qalmağa üstünlük verərdim", - Anthony davam edir.

O deyir ki, yoldan keçənlərin evsizlərlə, sadəcə, salamlaşmasını istərdi.

"Onlara yuxarıdan-aşağı baxmaq və ya uzaqdan görub yolun o biri tərəfinə keçmək lazım deyil. Bu, hər kəsin başına gələ bilər. Əvvəllər mənim də hər şeyim var idi."

                                        "İstərdim evim olsun"

Дэвид
David deyir ki, yoldan keçənlərin ona pul verməkdənsə söhbət etmələrinə üstünlük verir

David-in 28 yaşı var. Onun sözlərinə görə, 15 yaşı olanda anası onu evdən qovdub. O deyir ki, Birmingham-də yoldan keçənlər onu görməməzdən gəlir.

"Gəlib mənimlə bir neçə dəqiqə söhbətləşmək mənə 20 funt verməkdən qat-qat yaxşıdır".

"Hər şey qaydasına düşəcək, buna əminəm. Bəlkə artıq gələn il öz mənzilimə sahib olacağam və ya heç olmasa normal bir işi tapılacaq", - o deyir.

David küçədə yaşamaqdan qorxmadığını söyləyir.

"Mən uzun müddətdir ki, Birmingham-da qalıram və çoxlarını tanıyıram. Hər hansı bir problem yaransa, mütləq bilirəm ki, sadəcə şəhərin mərkəzinə getsəm, orada kimlərsə köməyimə gələcək", - David bildirir.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam