Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Stalinə atəş açmağa hazırlaşan talesiz leytenant –Mühafizəçi Vlasik cəld tərpənməsəydi...

 

11 iyun 1937-ci ildə SSRİ Ali Məhkəməsinin qapalı iclasında marşal Tuxaçevski və daha 7 nəfər yüksəkçinli hərbçinin məhkəmə prosesi sona çatır. Qeyd edək ki, Mixail Tuxaçevski SSRİ-nin ilk 5 marşalından biri olub. 

Yenixeber.org: Məhkəmənin hökmü ilə vətənə xəyanətdə, terror aktlarının hazırlanmasında, hakimiyyəti devirərək ölkədə hərbi diktatura yaratmağa cəhd etməkdə ittiham olunan hərbçilər ən ağır cəzaya, ölüm hökmünə, güllələnməyə məhkum edilirlər. Məhz məhkəmə prosesinin gedişi zamanı İosif Stalin hakimlərə şifahi şəkildə xəbərdarlıq göndərir: “Heç bir güzəşt olmamalıdır”.
Proses sona çatdıqdan sonra məhkəmənin hökmü SSRİ Ali Məhkəməsinin zirzəmisində icra olunur. Marşal Tuxaçevski ölüm hökmünün icrasından öncə sonuncu şüarını səsləndirir: “Qırmızı orduya eşq olsun!”

Bununla da ölkədə “Böyük terror”run ilk dalğaları kükrəməyə başlanır.

Marşal Tuxaçevski orduda böyük nüfuza sahib olduğundan, (növbəti saylarımızda marşalın fəaliyyəti haqqında geniş yazı veriləcək) onun ölüm hökmünə məhkum edilməsi ictimaiyyət və silahlı qüvvələrin şəxsi heyəti tərəfindən birmənalı qarşılanmayıb. Hətta İosif Stalindən Tuxaçevskinin qisasını almaq fikrinə düşən zabitlər də tapılıb.

                                   11 mart, 1938-ci il...

Stalin adətinə uyğun olaraq günorta saatlarından sonra Kremlin həyətində gəzintiyə çıxıb və adətən belə gəzintilərdə mühafizəçilərlə yanaşı, onu həm də silahdaşları müşayiət ediblər. Gəzinti zamanı onlar fikir mübadiləsi, müzakirələr aparıblar.

Amma növbəti gəzintidə Kreml məmurları öz rəhbərləri ilə söhbətdən məhrum olublar.

Belə ki, əynində “NKVD” forması olan bir gənc işlər idarəsinin yerləşdiyi korpusun qarşısından çıxaraq yenicə həyətə düşən Stalinin qarşısına çıxıb. Kitelinin iç cibində gizlətdiyi tapançını çıxarıb Stailinə tuşlayanda baş mühafizəçi Vlasik öz bədəni ilə Stalini qapayaraq yerə uzandırıb. Atəş havaya açılıb. Digər mühafizəçilər bir göz qırpımında gənc oğlanı zərərsizləşdiriblər.

Baş tutmayan gəzintidən sonra Stalin kabinetinə qayıdıb.

“NKVD” formalı gənci yoxlayanda, məlum olub ki, o, Tula qarnizonunda yerləşən hərbi hissələrin birində xidmət edir. Leytenant rütbəli Danilov böyük “peşəkarlıqla” özünə saxta “NKVD” vəsiqəsi düzəldib. Bununla yanaşı, o, surğuc möhürlü zərflər də hazırlayıb. “NKVD” formasını əldə edən Danilov Kremlə gələrək əlindəki zərflərin işlər idarəsinə veriləcəyini bildirib.

Gözlənilməyən bir təsadüf də gənc zabitin köməyinə çatıb. Buraxılış məntəqəsindəki kapitan Danilovun məktəb yoldaşı olub. Elə bəlkə də bu səbəbdən Danilov Kremlin ərazisinə silahla keçə bilib.

Stalini öldürmək planı üzərində iki aydan artıq düşünən Danilov əslində belə şansın ələ düşəcəyini heç ağlına da gətirməyib. Stalinlə təsadüfən üz-üzə gəlmək şansı isə Danilovun heç yuxusuna da girməyib.

Əslində o, bu işi kor-koranə etmək fikrində olub. Danilov belə düşünüb ki, o, işlər idarəsinə gedəcək, mümkün qədər bu idarədə vaxt qazana biləcək, variantlar müəyyənləşdirəcək və elə ilk imkanda Stalinə atəş açacaq.

Stalinə Danilov haqqında bütün məlumatları məruzə etdikdən sonra o, leytenantı yanına gətizdirib. Təbii ki, leytenantla görüşmək Stalin üçün o qədər də maraqlı görüş sayılmayıb. Sadəcə, Stalin qəsdin arxasında kimin dayandığını müəyyənləşdirmək istəyib.

Nəhayət, gecədən xeyli keçmiş leytenantla marşal görüşüblər. Qəzəbi soyumuş Stalin mülayim tonda danışıb:

- Cavan oğlan, leytenantın marşala atəş açması heş də yaxşı hal deyil. Yəqin bunu siz də anlayırsınız. Bəs sizi bu işə kim vadar edib?

Hansı cəzaya məhkum olunacağını yaxşı bilən Danilov başını dik tutaraq Stalinə cavab verib:

- Yoldaş Stalin, marşalın marşalı güllələməsi də yaxşı hal deyil. Axı Tuxaçevski kimi bir sərkərdəni güllələtdiməyə sizi nə vadar etmişdi?

Stalin Danilovun aqressivliyini hiss edib və söhbətin davamını mənasız sayıb. Mühafizəçilər Danilovu aparıblar.

Qısa müddətdən sonra Danilovun məhkəməsi başlayıb. Məhkəmə leytenantı ən ağır cəzaya, güllələnməyə məhkum edib.

Danilova son söz veriləndə, o, sonuncu fikirlərini bir şüarla ifadə edib:

- Marşal Tuxaçevskiyə eşq olsun!(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam