Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

KEÇİD İLĞIMI:Qazaxıstanda seçkilər kütləvi həbslərlə müşayiət olunub

“Əl-Cəzirə”, 10.06.2019

 

Qazaxıstanın uzun müddətli prezidenti Nursultan Nazarbayevin varisi olan keçici lider Kasım-Jomart Tokayev yeni dövlət başçısı seçilib. Ekzit-pollar səslərin təxminən 70 faizinin ona verildiyini göstərir.

Yenixeber.org:  Bazar günü hökumətyönlü “İctimai fikir” təşkilatı 66 yaşlı Tokayevin – peşəkar diplomat və müvəqqəti prezidentin irəlidə olduğunu bildirib. Onun ən yaxın rəqibi Əmirjan Kosanov səslərin cəmi 15 faizinis taplaya bilib.

İlkin nəticələr Bazar ertəsi günü açıqlanacaq.

Paytaxt Nur-Sultan və ölkənin əsas ticarət şəhəri Almatıda keçirilən aksiyalarda yüzlərlə adam həbs olunub.

Etirazçılar mart ayında istefa verən Nazarbayevə sadiq bir siyasətçini vəzifəyə gətirmək üçün hazırlanmış növbədənkənar seçkiləri boykot etməyə çağırışlar ediblər.

1991-ci ildə Sovet İttifaqından ayrılmasından sonra Qazaxıstanı idarə edən 78 yaşlı liderin istefası gələn il keçirilməli olan prezident seçkiləri öncəsi gözlənilməz hadisə olub.

 

Etirazlara qarşı mübarizə

Seçkilər müxalifət əleyhinə təzyiqlər, etirazçıların qısa müddətli həbsi və polisin fəalların evlərinə basqın ilə müşayiət olunub.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Bazar günü təxminən 500 nəfər həbs olunub. Nazir müavini Marat Kojayev “radikal elementlər”i “icazəsiz” mitinq keçirməkdə günahlandırıb.

Etirazçılar “Ayıb, ayıb, ayıb!” şüarı səsləndirib. Onlar küçələrdə “Polis, xalqın tərəfinə keç” qışqıqrıb.

Norveç Helsinki Komitəsinin məlumatına görə, QHT nümayəndələri ilə bərabər, bir sıra jurnalistlər də həbs edilib. Daha sonra onlar azad olunublar.

Tanınmış ictimai xadim və siyasi analitik Dimaş Aljanov isə hələ də həbsdədir.

 

Keçid illüziyası

Dörd il əvvəl Nazarbayev rəsmi iştirak faizinin 95 olduğu ötən seçkilərdə səslərin 98 faizini toplayıb.

Seçkiləri müşahidə etmək üçün 300-dən çox müşahidəçi göndərən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) hələ ki heç bir Qazaxıstan seçkisini tam demokratik saymayıb.

Almatılı 42 yaşlı sahibkar İvan Sedov 58 yaşlı Daniya Yespayevaya səs verdiyini deyib. “Çünki o, etiraz ruhlu və yeganə qadın namizəd idi”.

Hökuməti tənqid edən jurnalist Əmirjan Kosanov yarışda açıq müxalifət namizədi olub. Lakin, o, Tokayev və ya onun sələfinə birbaşa hücum etmək əvəzinə, sistemi sönük şəkildə tənqid edib və təəccüblü bir kampaniyaya görə qınanıb.

“Human Rights Watch” siyasi keçid perspektivini “illüziya” adlandırıb və Tokayevin prezidentliyi dövründə hüquq pozuntularının davam etdiyini qeyd edib.

“Qazaxıstan hakimiyyəti müntəzəm olaraq dinc aksiyaları dağıdır, bəzən etirazçılarn əllərini və ayaqlarını bağlayır və xəbərdarlıq, cərimə və qısamüddətli həbslərlə onları sanksiyalara məruz qoyur”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam