Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Yerevanın keçmiş meri və sabiq nazirin- həbsi gözlənilir

Yerevanın keçmiş meri və Ermənistanın sabiq nəqliyyat naziri Qaqik Beqlaryanın adı üç cinayət işində hallanır.

Yenixeber.org: Bu barədə “Past” qəzeti məlumat yayıb.

Bildirilib ki, Qaqik Beqlaryana qarşı müxtəlif sui-istifadə hallarına görə cinayət işi başlanılıb: “Bura Yerevanın meri olan zaman Şimal-Cənub yolunun tikintisinə ayrılan vəsaitin mənimsənilməsi də daxildir”.

Qəzetin yazdığına əsasən, yaxın zamanda Ermənistan ictimaiyyəti daha bir böyük cinayətin üstünün açılmasının şahidi olacaq.

Qeyd edək ki, bu ilin aprel ayında Beqlaryan Şimal-Cənub avtomobil yolunun tikintisinə sərf edilən xərclərlə bağlı İstintaq Komitəsində ifadə verib.

Serj Sarqsyanın hakimiyyəti zamanı Prezident Administrasiyasının əməkdaşı Aram Kandanyanı döydüyü üçün Beqlaryana qarşı cinayət işi açmaq istəsələr də, sonradan uyğun qurumlar bunu davam etdirməyiblər.

Keçmiş mer və nazir Ermənistanda qalmaqallı dövlət məmuru sayılıb. Beqlaryanlar ailəsinin qanunsuz yolla milyonlara sahib olduğu barədə məlumatlar yayılıb. Akop Beqlaryan Respublikaçılar Partiyasından deputat olub. O, Şəhərsalma üzrə Dövlət Komitəsi sədrinin müavini işləyib.

Qaqik Beqlaryan Ermənistanda “mafioz” kimi də tanınır.

Xatırladaq ki, “Qara Qaqo” ləqəbli Beqlaryan 1964-cü il yanvarın 1-də Yerevanda doğulub. 1993-cü ildə Ermənistan parlamentinə deputat seçilib. 2006-cı ildən keçmiş hakim Respublikaçılar Partiyasının üzvüdür. Hazırda bu partiyanın icraiyyə komitəsinin rəhbərliyinə daxildir. 2002-2009-cu illərdə Yerevan şəhərində “Kentron” icmasının başçısı olub. 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə Ermənistanın nəqliyyat və rabitə naziri vəzifəsində işləyib. (Report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam