Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Partiya sədri adam döydü -Cinayət işi açıldı





Ermənistanda hazırki baş nazir Nikol Paşinyanı Serj Sarkisyana qarşı dəstəkləmiş “Tsarukyan” blokunun rəhbəri Qaqik Tsarukyanın adı qalmaqallı cinayət işində səslənib.

 

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, iyulun 2-də 50 yaşında bir kişi xəstəxanaya müraciət edərək, onu Qaqik Tsarukyanın döydüyünü bildirib.

 

Zərərçəkmişin bədənində müxtəlif növ sınıq və zərbə izləri aşkarlanıb.

Onun sözlərinə görə, əvvəlcə Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyan, daha sonra isə mühafizə rəisi Eduard Babayan onu döyüblər.

 

İnsident MOK-nin inzibati binasında baş verib. Polis hadisə yerində qan izləri aşkarlayıb.

Zərərçəkmiş şahid qismində Fövqəladə Hallar Xidmətinin rəisi Qraçya Rostomyan və MOK-nin vitse-prezidenti Derenik Qabrielyanı göstərib.

 

Onun ifadəsinə görə, oğlu Rusiya vətəndaşı və boks üzrə dünya çempionudur.

Qələbəyə görə Tsarukyan ona mükafat vəd edib. Amma onun oğlu hələ ki məcburi xidmətdən yayınmağa görə axtarılır.

 

Tsarukyanın mühafizə rəisi Eduard Babayanın həbs edildiyi bildirilir.

Qeyd edək ki, Nikol Paşinyanın keçmiş baş nazir Serj Sarkisyana qarşı mübarizəsi zamanı Parlamentdə “Tsarukyan” blokunun rəhbəri Qaqik Tsarukyan ona böyük dəstək olub. Hazırda o, Ermənistan MOK-nun prezidentidir.(modern)

 

Əvəz ZEYNALOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam