Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VENESUELADA MƏĞLUB OLAN BOLTON-POMPEO YENƏ DƏ İRANI HƏDƏLƏDİ:“Bölgədə Amerika maraqlarına hər hansı hücumun sorumlusu İran olacaq” – Araşdırma

 

Patrik Byukenen

The American Conservative (ABŞ), 07.05.2019

 

Yenixeber.org: Ötən həftə Venesuela Amerika silahlarının hədəfində olub.

Dinc həll yaxşı olardı, – dövlət katibi Mayk Pompeo ucadan bəyan edib. – Gərək olarsa, Birləşmiş Ştatlar belə tədbirlərə əl atacaq”.

Con Bolton Vladimir Putinə Monro doktrinası haqda öyüd oxuyub: “Bura bizim  yarımkürədir. Ruslar bura müdaxilə etməməlidirlər”.

Venesuela ordusu üsyana qalxmamaq və Nikolas Maduronu devirməməyi qət edəndə isə bazar günü axşama doğru hədəflərimizin kəsişməsində İran göründü. Bolton “Avraam Linkoln” aviadaşıyıcısına, onun aviazərbə qrupuna və bombardmançı aviasiyaya Yaxın Şərqdə “ABŞ-ın və müttəfiqlərimizin maraqlarına istənilən hücumun amansız güclə qarşılanacağı haqda İran rejiminə aydın və dəqiq siqnal verməyi” əmr edib.

Bolton hansı “hücum”dan danışıb? KİV-lərin məlumatına görə, İsrail Boltona xəbərdarlıq edib ki, İran İraqda Amerikanın maraqlarına zərbə vurmaq üzrədir.

Pompeo Finlandiyaya uçarkən Boltonun xəbədarlığını təkrar edib: “Biz iranlıların eskalasiyalı hərəkətini müşahidə edirik… biz iranlıları Amerika maraqlarına hücumlara görə məsuliyyətə çağırırıq.. Belə hərəkətlər baş verərsə, bunu istər şiə döyüşçülər, husilər, ya da “Hizbullah” olmaqla oyuncaq üçüncü tərəf həyata keçirərsə, İran rəhbərliyini buna görə birbaşa cavab verməyə çağırarıq”.

Bolton-Pompeo hədələri yekun halda bu ultimatumla eyni dəyərlidir ki, “Hizbullah”ın Livanda, İranyönlü döyüşçülərin İsrailə, Səudiyyə Ərəbistanına, BƏƏ-yə qarşı və yaxud İraqda, Suriyada, Fars körfəzi ölkələrində Amerika qoşunlarına hücumu ABŞ-ın İranın özünə qarşı cavab hərəkətinə səbəb olar.

Prezident Donald Tramp bunu bəyənirmi? Görünür, bəli. O, İranla nüvə sazişindən çıxıb və yenidən sanksiyalar tətbiq edib. O ötən həftə İran neftini almağa icazə verilmiş səkkiz ölkə üçün istisnanı ləğv edib. Hədəf hansıdır? İrandan ÜDM-in 40%-i təşkil edən neft ixracını sıfıra qədər azaltmaq və bu il İranın ümumi daxili məhsulunu altı faiz azalda biləcək iqtisadi böhranı dərinləşdirmək.

Tramp İranı hələ terrorçu dövlətlər siyahısına da daxil edib, İslam İnqilabı Keşikçiləri Korpusunu isə terrorçu təşkilatlara aid edib. Biz xarici dövlətin silahlı qüvvələrilə ilk dəfə bu cür davranırıq. Biz hətta Şimali Koreyaya qarşı da belə etməmişik.

İran cavabında çərşənbə axşamı ABŞ-ı terrorun dövlət sponsoru, Amerikanın Yaxın Şərqdəki qoşunlarını isə terrorçu adlandırıb. İran habelə xəbərdarlıq edib ki, onun Fars körfəzindən Hörmüz boğazı vasitəsilə gedən ixracat neft tədarüklərini dayandırsaq, onu başqa ölkələr üçün də bağlayacaq. Dünya neft tədarükünün 30%-i (başqa qaynaqlar 40% göstərir-tərc.) Hörmüz boğazından keçdiyindən bu, ümumdünya böhranı doğurar.

Prezident Nikson 1973-cü ildə Ərəb-İsrail davasının gedişində İsraili xilas edərkən OPEK-dəki ərəblər neft embarqosu tətbiq etdilər. Benzinin qiyməti o qədər yüksəyə qalxdı ki, Nikson Floridaya Doğum bayramına qatarla getməyi düşündü. Benzinin qiymətinin yüksəlməsi əhalinin Niksona münasibətini çox güclü korladı və impiçmentə gətirən əsas amillərdən biri oldu.

Hellapın (Amerikada ictimai rəy institutu-tərc.) sorğusunun məlumatına görə, Trampın populyarlıq reytinqi 46%-lə tarixi maksimuma çatıb. Yəqin ki, bu, Trampın vergiləri azaltmasından sonra Amerika iqtisadiyyatının sarsıdıcı uğurlarına və dövlətin iqtisadiyyata qarışmasının azalması üzrə ümumi tədbirlərə bağlıdır.

Fars körfəzində İranla savaş lap başlanğıcda populyar ola bilər. Amma bu, Amerika iqtisadiyyatına və Trampın etməyə söz verdiyi Yaxın Şərqdə əbədi savaşdan çıxmaq imkanlarımıza necə təsir edər?

İranlı nazir “Fox news”-a müsahibə verərək, onun fikrincə, ABŞ və İran arasında savaşın çox gərək olduğu adamların adlarını çəkib. Məhəmməd Cavad Zərifdən Trampın qarşıdurmaya və Bolton milli təhlükəsizlik üzrə müşavir postuna gələnə qədər israr göstərdiyi rejimi dəyişdirməyə cəhd edib-etmədiyi haqda suala mənfi cavab verib. O deyib: “Düşünmürəm ki, prezident Tramp bunu istəyir. Mən hesab edirəm ki, prezident Tramp özünün ABŞ-ı savaşa cəlb etməmək haqda seçkiqabağı vədini yerinə yetirməyə can atır”.

Zərif sonra bildirib: “Prezident Trampın özü deyib ki, ABŞ bizim bölgədə yeddi trilyon dollar itirib … və bütün bunların yeganə nəticəsi terrorun güclənməsi , təhlükəsizliyin zəifləməsi və qarışıqlığın çoxalması olub. Bölgəmizin adamları nəticəyə gəliblər ki, ABŞ-ın burada iştirakı öncədən qarışıqlıq salan amildir. Düşünürəm ki, prezident Tramp bununla razıdır”.

Lakin İranla qarşıdurma və müharibəyə Tramp israr etmirsə, onda bu kimdir?

Zərif bunu cavablandırıb: “Mən hesab edirəm ki, “B komandası” Birləşmiş Ştatları və prezident Trampı istəmədiyi qarşıdurmaya çəkmək istəyir”.

Bəs bu “B komandası”na kimlər daxildir?

Zərif onlaırn adlarını sadalayıb: Bolton, Benyamin Netanyahu, vəliəhd Muhəmməd ibn Salman və varis şahzadə Muhəmməd ibn Zayid. B komandası öz səylərini gerçəkləşdirməyə nail olarsa, onda bu, Trampın savaşı olacaq və prezident buna görə bədəl ödəməli olacaq.Tərcümə: Starteq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam