Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PREZİDENTİN TƏLƏBİNƏ HÖKUMƏT “MÖCÜZƏ” İLƏ CAVAB VERİR -Rusiyada yenidən “pripiska” başlayıb

maxresdefault

“Federal Dövlət Statistika Xidməti Rusiya iqtisadiyyatı ilə bağlı məlumatları sovet dövründə olduğu  kimi şişirdir”

“Rusiyanın “Vedemosti” işgüzar qəzetində “Statistika necə qurulur”  başlqla məqalə gedib. Həmin məqalədə “Rosstat”ın (Federal Dövlət Statistika Xidməti) məlumatına əsasən ölkə iqtisadiyyatının böyüməsi ilə bağlı rəqəmlər əks olunur”.

Yenixeber.org: Bu fikirlər Fransanın “Le Figaro”  qəzetində dərc olunan məqalədə əks olunub.

Həmin məqaləni təqdim edirik:  “Rusiya Federal Dövlət Statistika Xidmətinin - “Rosstat”ın məlumatına görə, 2018-ci ildə Rusiya Ümumi Daxili Məhsul(ÜDM)  rekord səviyyədə-2,3 % yüksəlib.Bu göstərici bütün iqtisadçıların təəcübünə səbəb olub. Belə ki, hətta ən nikbin proqnozlara əsasən ÜDM böyüməsi 1,8 % olmalıydı. Ekspertlər rəqəmələri analiz edərək, “saxtakarlıq” və “nağıllar”barəsində danışaraq deyirlər ki, burada məqsəd əhalinin mənəvi ruhunu qaldırmağa yönəlib.

e0d8270e8e7ea59b44ddff9ee38b8dbf

Analitiklər “Rosstat”ın hesablamalrına Yamalda sıxılmış qaz istehsalı ilə əlaqədar nəhəng zavodun tikintisinə qoyulan sərmayənin daxil edilməsini “texniki manipulyasiya”sayırlar. Burada söhbət Fransanın “Total”şirkətinin iştirak etdiyi və dəyəri 27 milyard dollar olan layihədən gedir.

Hazırda “Rosstat”ı kurasiya edən Rusiya İqtisadi İnkişaf Nazirliyi öz pres-relizində qeyd edib ki, Yamaldakı tikinti layihəsi ilə investisiyanın statistik göstəricilərinin birləşdirilməsi lazımdır. Nəticədə tikinti sektorunun göstəriciləri əhəmiyyətli şəkildə (+4,7%) artıb. Öz növbəsində maliyyə sahəsinin böyüməsi (+6,3%) uçot faiz dərəcələrinin qaldırılması və bank kreditlərinin sayının düzgün hesablanmamasından irəli gəlir. Maliyyə köpüyü riskinin olmasına baxmayaraq, ÜDM-in artımında bu göstəricilər də yer alır.

723f820a6dd8bf2a02df760e266a1ca8

“Alfa Bankın” baş iqtisadçısı Natalya Orlova bu məsələ ilə əlaqədar deyib: “Bizim hamımız bu rəqəmlərdən təəccübləndik. Biz bilirdik ki, Krım körpüsünün və futbol üzrə dünya çempionatı üçün tiklən stadionlar müsbət təsir göstərəcək, lakin biz Yamal barəsində düşünmürdük.”Rosstat” tələsik işləməyə məcbur olub və bütün layihələri tikinti qrafasına yazıb,amma gələcəkdə ola bilər ki, bunlar nəqliyyat qrafasına yerləşdirilsin. Ümumiyyətlə isə söhbət texniki məsələlərdən gedir”

Ancaq hər halda iki yüksək vəzifəli keçmiş nazir iqtisadi inkişaf naziri Maksim Oreşkinin manevrlərinə kritik yanaşır. Bunlardan biri iqtisadi inkişaf nazirliyinin iqtisadi proqnozlaşdırma departamentinin keçmiş direktoru Kirill Tremasovdur. O, tiknti ilə bağlı bu cür hesablamaların aparılmasını axmaqlıq adlandırıb. Digər şəxs keçmiş nazir müavini Andrey Klepaç da “Rosstat”ın məlumatlarına şübhə ilə yanaşdığını deyib.

Pavel Malkov

Pavel Malkov

Hazırkı rəqəmlər Pavel Malkovun “Rosstat”ın rəhbəri təyin olunduqdan ay yarım sonra dərc edilib. Pavel Malkovun sələfi Aleksandr Surinovu hədsiz tutqun statiskaya görə ittiham edirdilər. Bir neçə il əvvəl keçirilən mətbuat konfransında o zarafatla demişdi: ”Üç yalan növü mövcuddur: yalan, həyəsız yalan və statistika”

Moskva Karnegi Mərkəzinin “İqtisadi siyasət” proqramının direktoru Andrey Movçan deyir: “Sövet zamanı buna rəqəmlərin şişirdilməsi  (pripiska) deyirdilər. Bu gün də “Rosstat” həmin yolla gedir. Sistem daha da bürokratlaşır, idarələr həqiqəti əks etdirən məlumatı yox, onlardan gözlənilən statistikanı verirlər. İndi inflyasiya və alıcılıq qabiliyyəti ilə bağlı olan məlumatlara xüsusi ehtiyatla yanaşırlar”

Digər yandan stastistikanın şişirdilməsi ilə bağlı olan meyllər daha da arta bilər. Belə ki,Vladimir Putin Rusiya hökumətinin qarşısında ildə 4 %-dən çox  böyümək və dünyanın beşinci iqtisadiyyatına çevrilmək tapşırığı qoyub. Bütün bunlar Rusiya statistiklərindən möcüzələr göstərmək qabiliyyəti tələb edir.(azpolitika)

Tərcümə etdi: V. Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam