Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYA, TÜRKİYƏ VƏ ABŞ ARASINDA “BÖYÜK RAZILAŞMA” BAŞ TUTACAQMI?–11 aylıq müzakirənin nə ilə bitəcəyi bilinmir - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 03 yanvar 2019-cu il

 

Tətil dövrü olmasına rəğmən, normal halda səssiz olmalı olan Vaşinqton Suriya məsələsilə bağlı qaynayır. Ortada bir boşluq olduğunu və Orta Şərqin bu boşluğu qaldıra bilməyəcəyini bilən dövlət qurumları Suriya üçün Prezident Trampı məmnun edəcək dövlət strategiyası formalaşdırmağa çalışırlar.

Yenixeber.org: Milli təhlükəsizlik məsələlərində təsirə malik olan respublikaçı senator Lindsli Qrehem Baş qərargah rəisi Danfordla görüşdükdən sonra Ağ Evdə bu yaxınlarda Türkiyəyə gələcək Milli təhlükəsizlik müşaviri Con Boltonla görüşüb və strategiya məsələlərini müzakirə edib.

 

Sərhədlərimizdə tampon bölgə

 

Bu görüşlərdən sızan, lakin hələ rəsmən təsdiq edilməyən məlumatlara görə, ABŞ rəhbərliyi cənuba çəkiləcək PYD ilə Türkiyə sərhəddi arasında bu təşkilatdan təmizlənmiş sahə – tampon bölgə yaratma planı üzərində işləyir.

Prezident Ərdoğan da Türkiyənin əsas hədəfinin öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi olduğunu söylədiyinə görə, Amerikadakı qaynaqlar gəlinən bu nöqtənin Ankaranın tələblərinə cavab verəcəyinə ümid edirlər.

Vaşinqtonda PKK təsirindən “yaxşıca təmizlənmiş” Suriya kürdlərinin, Türkiyənin tələb etdiyi kimi, sərhəddən Ankara baxımından təhlükəsiz olan uzaqlığa – 30-40 km cənuba çəkilməsi üzərində düşünüldüyü söylənilir.

 

Bu haqda anlaşma vardı

 

Əgər Tramp bu plandan anidən vaz keçməzsə, bütün baş verənlər, mənim daha öncə yazdığım kimi, Rusiya ilə ABŞ-ın çox öncə əldə etdiyi ilkin anlaşmaya dayanır.

Gedişatın hansı yönə olduğunu açıqca göstərən buradakı qaynaqlar gəlinən bu mərhələdə Suriya haqqında əsas elementləri aşağıda göstərilən dövlət strategiyasının ortaya çıxmağa başladığını söyləyirlər:

1. Kürd əhali arasında PKK təsiri xeyli azaldıldıqdan sonra Rusiyanın istədiyi kimi, kürdlər Suriya rejimi ilə anlaşarsa, məhdud muxtariyyat verilmiş əhali Türkiyə sərhəddindən xeyli cənuba çəkilmiş bölgəyə gedəcək.

2. Rusiya, Türkiyə və ABŞ arasında koordinasiya da təmin edilərsə, muxtariyyat alan bölgə ilə Türkiyə arasında qalan sahədə Suriya rejiminin heç bir təsirinin olmaması üçün rejimin orada iştirakı Rusiya dəstəkli olacaq (yəni, formal xarakter daşıyacaq – tərc.)Vaşinqtonda düşünürlər ki, Suriyanın ərazi bütövlüyünü vurğulayan Türkiyə buna qarşı çıxmayacaq.

Vaşinqtona gələn məlumatlara görə, rejimlə kürdlər hazırda məhsuldar əkin və neft  sahələrinin paylaşılması və istifadə olunması üçün danışıqlar aparırlar.

 

Silahların durumu

 

3. Muxtariyyat veriləcək bölgəyə keçişin yaxşı koordinasiya edilməsi üçün Pentaqon, hərbçilərin geri çəkilməsi müddətinin 1 aydan 4 aya çıxarılmasını istəyib. Qarşıdakı 4 ayda YPG-yə verilmiş silahların gələcəkdə təhlükə yaratmaması, eyni zamanda Rusiya və ya rejimin əlinə keçməməsi üçün bir qisminin ya geri alınması, ya da yararsız hala salınaraq, orada buraxılması planlaşdırılır. Pentaqon hazırda geri alınacaq silahların bölgədə haralarda yerləşdirilə biləcəyilə bağlı məsələ üzərində işləyir.

4. Ruslar bu modelə “Şimali İraq modeli”, amerikalılar isə “Qamışlı modeli” deyirlər. Rusiya və ABŞ bu modellə bağlı, təqribən, 11 aydır (2018-ci ilin fevralından – tərc.) ki, müzakirə aparırlar. Yeganə problem Türkiyəni narahat etməyəcək bir formulun axtarılıb tapılması idi.

 

Böyük koordinasiya

 

Bunun üçün Rusiya, ABŞ və Türkiyə arasında uyumlu koordinasiyanın təmin edilməsi şərt idi. Ankara ilə onsuz da yaxşı ikitərəfli koordinasiyası olan Rusiya atılan son addımlardan, ABŞ isə Suriyadan hərbçilərin geri çəkilməsi haqqında qərar verməsindən sonra sahədə Türkiyə ilə əlaqəli hərəkət etməyə ümid edirlər.

5. ABŞ bölgədən tamamən çıxmır. Əgər ehtiyac olarsa, İraqdakı hərbi bazalarında olan xüsusi təyinatlıları ilə “nöqtəvi müdaxilələr” etməyi planlaşdırır.

Uzun müddətdir ki, bu məsələlər haqqında yazıram. İndi ümidim 2019-ci ildə Rusiya, ABŞ və Türkiyə arasında böyük uzlaşmanın uğurla əldə edilməsinə, Türkiyə sayəsində bir həll yolunun tapılmasınadır.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam