Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

180 MİNLİK “BMV” “QAÇQINKOM”UN HARASINA YARAŞIR?! –İslahat israfçılıq demək deyil…

 

Hər kəsə bəllidir ki, Azərbaycanda yüksək vəzifə bir çox fəzilətlərlə yanaşı, bahalı mebelli böyük kabinet və par-par yanan xidməti avtomobil deməkdir. Təbii ki, bütün bunlar vəzifəyə təyin olunan məmurun cibi yox, dövlətin vəsaiti hesabına təmin olunur. Ona görə də, bir çox hallarda bu və ya digər qurumun idarəetmə və təsərrüfat xərcləri özünü fantastik rəqəmlərdə ifadə edir, bəzən də korrupsiya araşdırması predmetinə çevrilir.

Yenixeber.org: Bugünlərdə mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə alınan bahalı avtomobillərin siyahısı dərc edilmişdi. Siyahıda adı və əhəmiyyəti geniş ictimaiyyət üçün az qala heç bir məna kəsb etməyən qurumlar var. Məsələn, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi Üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilib. Yaxud, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC-yə 140 min manat (!) qiyməti olan 1 ədəd “Toyota Land Kruiser” avtomobili alınıb.

Bir soruşan varmı ki, bu qurumlar ölkəyə hansı məbləğdə xeyir veriblər ki, onlara bu bahalıqda maşınlar alınır? Lap tutaq ki, bu təşkilatlar hansısa ciddi əhəmiyyətə malikdirlər. Hətta bu halda da, daha ucuz marka və modellərdə minik avtopmobilləri almaq olmazdımı? Böyük ehtimalla həmin avtomobillər sözügedən qurumlara rəhbərlik edənlərin xidməti maşınlarıdır. Hansı ki, hələ 2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etmişdi. Bir tərəfdən ölkə rəhbərliyi səviyyəsində idarəetmə aparatının təkmilləşdirilməsi, xərclərin azaldılması tapşırığı, digər tərəfdən də əhalinin vergiləri və neft gəlirləri hesabına formalaşan büdcəyə münasibətdə bu israfçılıq və bər-bəzək, komfort, lüks həyat yarışı…

bmv

Təəssüf ki, bu israfçılıq və dəbdəbə yarışına qoşulanlar sırasında Azərbaycanın Qarbağ və Qərbi Azərbaycan kimi böyük dərdlərinin əsəri olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də var. Komitəyə ötən il 179 min 444 manatqiymətində bir ədəd “BMV 740 Lİ” markalı xidməti avtomobil alınıb. Əslində, bu faktı şərh etməyin özü utancvericidir. Çünki modelindən və qiymətindən bəlli olur ki, bu lüks avtomobil böyük ehtimalla komitənin sədri üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən il “Qaçqınkom”un rəhbərliyi dəyişdirildi və sədr vəzifəsinə deputat Rövşən Rzayev gətirildi. Bu təyinatdan əvvəl uzun illər həmin quruma rəhbərlik edən Əli Həsənov isə bu komitədə yaratdığı korrupsiya bataqlığı və nəvəsinin təxminən 200 min civarında qiyməti olan maşını ilə şəhərin mərkəzində qaçhaqov oynayanda törətdiyi ağır qəza ilə yadda qaldı. Və hamı da bu maşının alışında “qaçqın pullarının” payı ilə maraqlandı…

sedr

Əli Həsənovun əvəzinə sədr postuna gətirilən Rövşən Rzayev isə daha çox islahatçı komandanın nümayəndəsi kimi tanınır. Ancaq bu bahalı lüks avtomobildən istifadə edilməsi onun “islahatçı” imicini kölgə altına almış olmurmu? Axı islahat və israfçılıq sözləri zahirən bir-birinə oxşasalar da, mahiyyətcə tamamilə fərqli və bir yerə sığmayan anlayışlardır. Xüsusilə də “Qaçqınkom” kimi missiyası bəlli bir qurumda dəbdəbə, komfort və lüks anlayışları öndə gələ bilərmi?

Görəsən, hələ də bir xeyli hissəsi antisanitariyanın tüğyan etdiyi, adi məişət şəraitinin olmadığı yataqxanalarda ağır sosial vəziyyətdə yaşayan insanlarla işləyən bir qurumun rəhbəri az qala 200 min manat qiyməti olan maşına oturmağı özünə necə rəva bilir? Bu avtomobili uzaqdan görən qaçqının ağlına gələn birinci söz “toxun acdan nə xəbəri” deyilmi? Görəsən, ümumiyyətlə “od qiymətinə” olan bu lüks maşının pəncərəsindən əyin-başı və daxmasındakı “var-dövləti” heç onun bir təkərinin qiyməti qədər olmayan qaçqın, həmin qaçqının dərd-səri necə görünür? Axı 180 minlik “BMV” “Qaçqınkom”un nəyinə, harasına yaraşır?

Bir sözlə, hamı bilir və “Qaçqınkom”a rəhbərlik edənlər də bilməmiş deyillər ki, bu qurum kefdən yox, əlacsızlıqdan yaradılıb – el-obasından, ev-eşiyindən didərgin düşənlərin dərdinə az da olsa əlac etmək üçün, kimlərəsə lüks həyat tərzi təmin etmək üçün yox…(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam