Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VENESUELA ÇEVRİLİŞİNİN GÖRÜNMƏYƏN ÜZÜ… –Daha bir ölkədə Rotşildlərlə Pentaqon savaşı - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 25 yanvar 2019-cu il

 

Yenixeber.org: Neçə dəfə altını cızaraq söyləmişəm: 2019-cu il fərqli bir il olacaq. Qarşıdan gələn zamanın nə gətirəcəyini bilmirik, heç kim bilmir. Ancaq sürprizi çox olan bir səhnədəyik. Elə hadisələr olacaq ki, “Bu qədər də olmaz” deyərək, reaksiya verəcəyik. Masa quruluncaya qədər, bu mübarizə davam edəcək. Tramp, bəlkə də, anlaşma əldə edilməsi üçün gətirilmişdi, lakin o da işi bacara bilməyincə, iplər qopub.

Hazırda durum Rokfeller və Rotşild ailəsinin döyüş səhnəsi kimi görünsə də, bu iki köklü ailə digər nüfuzlu xanədanları da öz yanlarına alıblar. Təbii, bunlar bizim gündəlik həyatımızın içində deyillər. Görmədiyimiz, bilmədiyimiz üçün “yox” sayırıq. Ancaq həqiqət belə deyil.

Ailələr arasında anlaşma zəmini qalmadığı üçün müharibə böyüyəcək. Baxın, ailələr arasındakı anlaşılmazlıq müharibələrə, böyük anlaşılmazlıq isə dünya müharibələrinə yol açıb. Bunun belə bilinməsində fayda var.

Gördünüz, ən son Venesuela qarışdı. Zarafat kimi gəlir, amma qarışdı.

Yaxın tarixdə orda idik. Zəngin bir ölkə yoxsulluq içində çapalayırdı. Bu bərəkətli ölkə heç bir şey istehsal etmirdi, icazə verilmirdi. Neft istehsal edir, lakin xalq tənəkə evlərdə, su və elektrikin olmadığı məhəllələrdə yaşayırdı. Ağlasığmaz bir durumdu. Dözülməz səfalət vardı. Lakin faydalı qazıntı mədənlərinə baxdıqda, durum fərqli idi. Hər kəs imperializmlə mübarizə edirdi, lakin hər şey Qərbin əlində idi. Venesuelalılar da bunu görmürdü. Onlara göstərilmirdi. Təhlükəsizlik onsuz da yox idi, heç kim güvəndə deyildi.

Yaxşı, bəs nə baş verdi? Gəlin, birlikdə baxaq. Döyüşü anlamaq və anlatmaq üçün ortada çox detal var.

Adını Venesuela xalqının belə yalnız bir neçə həftədir eşitdiyi müxalif siyasətçi Xuan Quaido, öz dəstəkçilərini meydanlara töküb. Və hayqıraraq, “Ölkənin müvəqqəti dövlət başçısı mənəm” deyib. Özünü lider elan edib.

Bu açıqlamadan qısa müddət sonra ABŞ Prezidenti Donald Tramp, Quaidonu ölkənin faktiki dövlət başçısı olaraq tanıdığını bəyan edib. Dövlət başçısı Maduro öz yerində oturduğu halda, Tramp yeni lideri göstərirdi.

Maduro da bu qərara sərt reaksiya verərək, ABŞ-la diplomatik əlaqələrini kəsdiyini bəyan etdi. ABŞ diplomatlarına ölkəni tərk etmələri üçün 72 saat vaxt verdi.

ABŞ Xarici işlər naziri Pompeo isə “Maduro adlı biri yoxdur. Tanımırıq. Bu səbəblə, heç kimi geri çəkməyəcəyik. Hamı işinin başında qalacaq” açıqlaması ilə cavab verdi.

Bütün insanlar küçələrdə. Meydanlar dolub. Gərginlik yüksəlib. Nə olacağı bəlli deyil.

Əslində, Avropa, Orta Şərq, Afrika və ABŞ-da da bəlli deyil.

Venesuelada çevrilişə impuls verən Trampın öz gələcəyi də bəlli deyil. Mühasirəyə alınmış vəziyyətdədir. Ancaq döyüşməkdən də vaz keçməyib. Kiminlə döyüşməkdən? ABŞ “dərin dövlət”ilə…

Tramp özünü müdafiə edincə, dünya da iki yerə bölününcə, “Maduronun qarşısına çıxan bu adam kimdir?” deyərək, maraq etdim. Baxdım, qarşımda bildiklərimi təkrar görüncə, gülümsədim.

Həqiqətən, bu müxalifət lideri kimdir? Daha doğrusu kimə yaxındır? Kimin üçün işləyirdi? Masanın hansı tərəfinə xidmət edirdi? Anlamaq çətin olmadı.

35 yaşlı Xuan Quaido hərbçı ailənin uşağıdır. Atası və babası Venesuela ordusunda xidmət edib. Ancaq o, fərqli bir yol seçib. Yaxşı katolik olduğunu söyləyən Xuan Quaidonun təhsilində də çox maraqlı məqamlar var. Andres Bello Katolik Universitetindən sənaye mühəndisi olaraq məzun olan Quaido, ABŞ-ın Corc Vaşinqton Universitetinə dəvət edilib. Tələbəlik həyatı çox parlaq olmasa da, aldığı bu dəvət onun üçün çox önəmli idi. Getdiyi yer də, dəvət edən də önəmliydi. Bəlkə də həyatında dönüş nəqtəsi idi. Çünki bu gənc adam, yəni Xuan Quaido, “Lokxid Martin” bursu ilə oxudu və Corc Vaşinqton Universitetindən məzun oldu.

Hər kəsə bu burs verilirmi? Nə üçün bu şəxsə verildi? Katolik olması burada nə qədər əhəmiyyət daşıyır? Arxasında duran kimdir? Ağlımıza yüzlərlə belə sual gələ bilər. Bu təbiidir. Lakin masanın hakimləri həyata müdaxilə edər, onun öz istəkləri yönündə dəyişməsini istər. “Lokxid Martin”in, yəni ən böyük silah nəhənginin oxutduğu adama boş yerə pul xərclənməz. Nə üçün xərcləsinlər ki? Dünyanın hakimi olmaq üçün hərəkət edənlər, günü gələn zaman, pul qoyduqları şəxslərdən “geri dönüş” gözləyərlər…

Corc Vaşinqton Universiteti, Yel və ya Prinston Universiteti kimi önə çıxmasa da, ABŞ-ın ən önəmli təhsil müəssisələrindən biridir. Burada seçilmişlər təhsil alır. Corc Vaşinqton Universiteti, demək olar ki, ABŞ hökumətinin sahib olduğu ərazilər qədər bahalı tərpənməz əmlaka sahibdir.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu universitetin qonşusu olması da təsadüf deyil. Bu səbəblə, Xuan Quaidonun şanslı olması, bu universitetdən dəvət alması və “Lokxid Martin” bursu ilə mükafatlandırılması olduqca önəmlidirCorc Vaşinqton Universitetində təhsil alan və Allen Dalles Nişanı (O, MKİ-nin qurucu direktoru olub) ilə mükafatlandırılan Xuan Quaidonun diplomunu verən şəxs də ABŞ-ın sabiq Xarici işlər naziri Kolin Pauel olub. Bütün bunları alt-alta qoyduqda, Xuan Quaidonun özəl bir şəxs olduğu ortaya çıxır.

Trampın Quaidonu dəstəkləməsi dünyanı da bölüb. Rusiya, İran, Çin  Türkiyə aydın şəkildə Maduronun yanında yer alıb. Boliviya xaric, bütün Latın Amerikası ölkələri isə Quaidonu dəstəkləyib.

Sizə qəribə gələcək, lakin Maduronun sosial media hesablarındakı “mavi işarə”lər də ləğv edilib. “Wikipedia” isə Maduronu “devirib” Quaidonu Prezident elan edib. Çevriliş var, qarışıqlıq var, sadəcə “sarı jilet” çatmır.

İşin maraqlı olan tərəfi Trampın burada Pentaqona yaxın mövqe tutmasıdır. 

Rotşildlərin güclü olduğu Rusiya və Çinin “Maduro” deməsi də çox-çox önəmlidir.

Döyüş məlum cəbhələrdə davam edir. Hələ davam edəcək…

Ötən ay Nyu-Yorkda görüşən “Lokxid Martin” və Rotşild ailəsinin təmsilçiləri masadan anlaşamadan ayrılmışdılar. Yəni, masa dağılmışdı.

Mübarizə və ayrılma getdikcə böyüyür. Katoliklərin güclü olduğu yerlərdə bunun daha şiddətlə getdiyini görəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam