Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Yeni Soyuq Müharibə başlanıb –ABŞ - Çin qlobal rəqabətində kimin şansı daha çoxdur?

Birləşmiş Ştatlarla Çin on illər boyunca yarışacaq. Vaşinqton Pekindən daha səbirli davranarsa, bu yarışmanı uda bilər. Bunu “Foreign Policy” dərgisində Robert D. Kaplan yazıb.

Yenixeber.org: Müəllif indi baş verənləri yeni soyuq müharibə adlandırır: Çinin kompüter hakerləri Amerikanın müharibə gəmilərinin hesabatlarına, Pentaqon heyəti barədə məlumatlara hücum edirlər. Bu durumun on illər boyunca çəkəcəyi qeyd olunur, iki prezidentin gülümsəyərək hansısa ticarət razılaşması əldə etməsindən asılı olmayaraq. ABŞ-Çin münasibətləri dünyada çox əhəmiyyətli sayıldığından bu iki ölkənin soyuq müharibəsi geosiyasətdə mənfi təməl prinsipi sayılır.

Çin ABŞ-ın donanma və hava qüvvələrini Qərbi Sakit okean hövzəsindən (Cənubi və Şərqi Çin dənizləri) çıxarmağa, ABŞ ordusu isə orada qalmağa qərarlıdır. Çin Cənubi Çin dənizinə amerikalıların 19-cu və 20-ci əsri əvvəllərində Karib dənizinə baxdığı kimi baxır, yəni quru torpağının mavi su əlavəsi kimi. Bu məkana nəzarət onlara Sakit Okeanda daha böyük əraziyə və Hind Okeanına genişlənmə imkanı verir. Di gəl, amerikalılar da Qərbi Sakit okeandan çıxan deyillər. ABŞ müdafiə isteblişmenti Sakit Okeanda Birləşmiş Ştatları daimi qüvvə kimi görür.

Ticarət danışıqlarına gəlincə, Çinin biznesini necə aparması Amerikalılarda qıcıq yaradır: əqli mülkiyyəti oğurlaması, həssas texnologiyanı əldə etməsi, valyuta manipulyasiyası da buraya daxildir. Ticarət danışıqları heç vaxt bu təməl prinsipləri dəyişə bilməyəcək və Çin də biznes modelini yalnız son həddə dəyişər. Müəllif Çinlə iqtisadi gərginliyin heç vaxt kəskin azalmayacağını, elə hərbi mühiti də qızışdıracağını qeyd edir.

Hələ üstəlik, məsələnin ideoloji aspekti də var. On illər boyunca Çinin başgicəlləndirici inkişafına Birləşmiş Ştatlarda müsbət baxırdılar, Deng Xiaopingin və davamçılarının nisbətən maarifçi avtoritarizminə dözürdülər, özəlliklə də Amerikanın biznes mühitində. Ancaq Si Cinpinqin dövründə Çin yumşaq avtoritarizmdən sərt mərhələyə keçid alıb. Artıq şəxsiyyətə pərəstiş içində yaşayan ömürlük prezident ölkəyə rəqəmsal vasitələrlə tam nəzarət edir. Amerikada hər iki partiyanın liderləri isə buna getdikcə daha çox ikrah hissilə yanaşırlar. “Bundan başqa, rejim milyonlarla etnik müsəlman uyğuru sərt rejimli əmək düşərgələrinə məhkum edib. Amerika və Çin sistemləri arasındakı fəlsəfi bölgü artıq Amerika demokratiyası və Sovet kommunizmi arasındakı uçuruma kimi böyüyür”, – müəllif yazır. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam