Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:korrupsiya, saxta diplomlar, FETÖ...

 Yenixeber.org: Redaksiyamıza Fizuli Rayonu Böyük Bəhmənli kənd sakini İsmayılov Elnur Mənsur oğlunun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, surəti Azərbaycan Respublikasının Baş Prokroru Cənab Zakir Qaralova ünvanlanmış müraciətinin surəti daxil olub. Müəllif müraciətində SOCAR-ın Geofizika və Geologiya idarəsində qarşılaşdığı haqsızlıqlardan bəhs edir, "AZƏRSU" ASC-nin sədri Qorxmaz Hüseynovun və qardaşı Faiq Hüseynovun ünvanına kəskin ittihamlar səsləndirir. Yazıda yer almış ittihamlarla bağlı qarşı tərəfi dinləmək istəsək də cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik: 

 "Hörmətli Cənab Prezident və Zakir müəllim,

Mən sizə tez–tez və təkrar-təkrar ona görə müraciət edirəm ki, bu günəcən etdiyim təkzibolunmaz faktlarla təsdiq olunmuş 300-dən çox korrupsiya faktları haqqında şikayət ərizələrimin heç birinin araşdırılmır. Qeyd edim ki, 11.04.2014-cü ildə SOCAR-ın Geofizika və Geologiya idarəsindən heç bir xəbərdarlıq və bildiriş verilmədən qanunsuz olaraq işdən çıxarılmışam. Bunun əsas səbəbi odur ki, mən işdən çıxarılmamışdan əvvəl idarənin rəisi Vaqif Abdullayevə idarə vəsaitlərinin xüsusui ilə külli miqdarda 20.000.000 (iyirmi milyon)-dan çox "AZƏRSU" ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynov tərəfindən müxəlif istiqamətlərdə talan olmasını bildirmişdim. Faiq Hüseynov iclaslarda və üzbəsurət məni işdən çıxaracağını bildirmişdir. Sonda da buna nail olmuşdur. Bildirim ki, mənim məcburi köçkün statusum var, iki azyaşlı uşağım var. Biri anadangəlmə qüsurludur, həyat yoldaşım heç bir yerdə işləmir.

Nədənsə prokrorluq orqanları heç bir araşdırma aparmadan bütün şikayətlərimi SOCAR-a göndərir. Oradan ünvanıma hüquq departamentinin rəisi Eldar Orucovun imzası ilə eyni məzmunlu yalan cavablar gəlir. Məhz bu səbəbdən də sizə təkrar-təkrar müraciət etməyə məcbur qalıram.

Hörmətli Cənab Prezident və Zakir müəllim,

Dəfələrlə müraciətimdə qeyd etmişəm ki, əgər düzgün və iştirakımla araşdırmalar aparılarsa göstərdiklərimin hamısını sübut etməyə hazıram. Nədənsə bugünə qədər etdiyim müraciətlərin heç biri ədalətli araşdırılmayıb, bərabərlik prinsipi pozulur, prokrorluq orqanları sadə vətəndaşların müraciətlərini, xüsusi ilə külli miqdarda korrupsiya faktlarını vəzifəli şəxslərə görə qurban verirlər. Yəni, ədalətli araşdırmırlar. Mən isə bu nankor və Azərbaycan Respublikasının qanunlarını ayaqları altında tapdalayan məmurların qanunsuz əməllərinə görə hələ də əziyyət çəkirəm.

Hörmətli Cənab Prezident və Zakir müəllim,

Məhz düzgün araşdırılma aparılmadığına görə Faiq Hüseynov dövlət büdcəsindən oğurladığı milyonların hesabına Bakı şəhərində 20-dən çox obyektlər tikdirib qardaşı Nəsir Hüseynovun və qohumlarının və dostlarının adlarına sənədləşdiriblər. Bu gün də həmin qohumların və dostların adına yeni şirkətlər yaradıb "AZƏRSU" ASC-də, Geofizika və Geologiya idarəsində və Kompleks Qazma İşləri Trestində keçirilən tenderlərə dolyaı yol ilə sahiblik edirlər.

Ölkəmizdə və Türkiyə Cumhiyyətində Nurçu və Fetoçu kimi tanınan Qorxmaz və Faiq Hüseynov qardaşları ətrafına bu təriqətdən xeyli insan yığaraq başqa-başqa vəzifələrə yerləşdirib dövlətin büdcəsini müxtəlif yollarla talan edirlər.

Dəfələrlə işçilərin danışıqlarının şahidi olmuşam ki, Geofizika və Geologiya idarəsinin keçmiş rəisi Vaqif Abdullayev Qorxmaz Hüseynovun imamı kimi tanınıb və Vaqif Abdullayev 2010-2015-ci illərdə “Zaminbankın” gənclik filialı vasitəsi ilə ölkəmizdə Nurçuların maliyələşməsi üçün yüz minlərlə vəsait çıxarmışdır. Məhz buna görə də Vaqif Abdullayev Geofizika və Geologiya idarəsindən təqaüdə göndərildikdən sonra özü və qaynı Fərhad Heydərov "AZƏRSU" ASC-nin sədri Qorxmaz Hüseynov tərəfindən bu quruma yüksək vəzifələrə təyin olunublar.

Hörmətli Cənab Prezident və Zakir müəllim,

Erməni təcavüzkarların torpaqlarımızda törətdiyi talançılığı bu gün dövlətimizin büdcəsinə qarşı törədən "AZƏRSU" ASC-nın sədri Qorxmaz Hüseynov və qardaşı Faiq Hüseynov bu gün də öz çirkin əməllərini həyata keçirməkdə davam edirlər. Ulu Öndər rəhmətlik atanız Heydər Əliyev Azərbaycan xalqının gələcək rifahını yaxşılaşdırılması üçün beynəlxalq neft müqavilələri bağladı. Lakin Qorxmaz və Faiq Hüseynov həmin müqavilədən gəlirləri şəxsi mənafeyləri üçün istifadə edib, mənim kimi sadə Azərbaycan vətəndaşlarına zülm edirlər.

Özünə və yaxın qohumlarına qapısını tanımadıqları Təfəkkür Universitetindən optom əldə etdikləri saxta diplomlar ilə "AZƏRSU" ASC-də və SOCAR-da istənilən vəzifələrdə işləyirlər. Bu universiteti bitirib yüksək vəzifələrdə Qorxmaz Hüseynovun və Faiq Hüseynovun sifarişləri ilə işləyən bir neçə adını bildiyim qohumlarının siyahısını sizə təqdim edirəm. (Faiq, Nicat, Şahlar, Şakir, Natiq, Nurəli). Qeyd edim ki göstərdiyim şəxlərin hamısı Təfəkkür universitetini bitirib Qorxmaz və Faiq Hüseynov tərəfindən müəyyən vəzifələrə yerləşdiriliblər.

Hörmətli Cənab Prezident və Zakir müəllim,

Mətbuatda gedən məqaləmdən sonra SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov mənim ittihamlarımın yalan olduğunu bildirib və söyləyib ki, gəmilər Xəzər dəniz neft donammasına təhvil verilərkən Faiq Hüseynovun idarədən oğurladığı qayıq da təhvil verilmişdir. Nədənsə 5 ildən sonra minlərlər faktların yalnız birinə münasibət bildirən İbrahim Əhmədov qalan faktlar haqqında heç nə bildirməmişdir.

Hörmətli Cənab Prezident və Zakir müəllim,

İşçilərin söylədiklərinə görə gəmilərin komplektinə daxil olan qayıq Faiq Hüseynov tərəfindən 2006-cı ilin əvvəllərində oğurlanıb, həmin qayığın yerinə isə yararsız reyzin qayıq qoyulmuşdur. Mən də təhvil təslim haqqında akta həmin qayığın faktiki vəziyyətini, yəni yararsız olduğunu göstərmişəm və imzamla təsdiq etmişəm. Həmin qayığın Faiq Hüseynov tərəfindən oğurlandığını təsdiq etmək üçün gəmilərin 2001-ci ildən 2006-cı iləcən olan şəkillərinə baxmaq lazımdır. Daha bir fakt isə Musayev Niyaməddinin icarəsində və mülkiyyətində heç bir qayıq olmadığı halda Geofizika və Geologiya idarəsi tərəfindən həmin şəxsin “Zamin” bankın gənclik filialındakı hesabına 418.000 (dörd yüz on səkkiz min) manatın köçürülməsi təsdiq edir. Qeyd edim ki, həmin köçürülən məbləğ Musayev Niyaməddin tərəfindən Faiq Hüseynova verilmişdir. Çünki həmin dövrdə Musayev Niyaməddinlə Geofizika və Geologiya idarəsi arasında heç bir müqavilə olmamışdır. Əgər iştirakımla düzgün araşdırmalar aparılarsa həmin qayığın Faiq Hüseynov tərəfindən oğurlanması sonradan Geologiya və Geofizika idarəsinə icarəyə verilməsi və 418.000 manatın Musayev Niyaməddinin hesabına köçürülməsini sübuta yetirməyə hazıram.

Hörmətli Cənab Prezident,

Siz həmişə iclaslarda, toplantılarda vurğulayırsınız ki, ölkədə heç kəs toxunulmaz deyil. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunları pozurlarsa öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə korrupsiya və xoşagəlməz hallarla məşqul olurlarsa, onlar mütləq cəzalandırılacaqlar.

Ümidvaram ki, ərizəmdə göstərdiklərim və əvvəlki müraciətlərimin hamısı sizin şəxsi təşəbbüs və nəzarətinizlə düzgün araşdırılacaq və həllini tapacaqdır".

Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam