Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

CAHANGİRİN 60, HACI İBRAHİMİN 800 MİLYONU… –Nehrəmlinin ABB borclarını necə “bağlayırlar”? (Talan davam edir!)

 İbrahim Nehrəmlinin Beynəlxalq Banka olan 800 milyon borcunun “Xəzər Adaları”ndakı 5-6 yarımçıq bina ilə əvəzlənilməsinə hazırlıq gedir

zamire

Bir neçə gündür ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda on milyonlarla dollarlıq xərcləməsinə dair ortaya çıxan faktlar ölkə gündəminin əsas mövzusuna çevrilib.Ərinin dövlətə məxsus bankdan oğurladığı milyonlar hesabına Londonda ərəb şeyxlərinin belə həsəd aparacağı həyat yaşayan xanım Hacıyevanın harınlığı o səviyyəyə çatıb ki, Böyük Britaniya hökumətinin də diqqətini çəkib.

Yenixeber.org: Buna görə də Britaniya Ali Məhkəməsi araşdırmaların mərkəzinə düşən Z.Hacıyevadan sərvətinin mənbəyini izah etməyi tələb edib. Hər gün təkcə şəraba 2500 dolar vəsait ödəyən, gündəlik xərclədiyi vəsaitin həcmi 5000 funt-sterlinqdən (təxminən 11 min manat) çox olan Hacıyeva “bu bulağın suyunun” hardan gəldiyini  Britaniya hökumətinə izah edə bilməzsə, əmlaklarının və banklardakı kapitalının müsadirə olunacağı bildirilir. Pulların oğurluq olduğu şübhə doğurmadığından, yəqin ki, belə də olacaq.

Yəni, Cahangir Hacıyevin oğurlayaraq arvadının adına ölkədən çıxardığı, Azərbaycan dövlətinə, millətinə məxsus 100 milyonlarla dollar Britaniya hökumətinin sərəncamına kecəcək, bu ölkə vətəndaşlarının həyat səviyyəsinin  yüksəldilməsinə xərclənəcək.

Hacıyevanın Londonda müsadirə olunacaq sərvətinin Azərbaycana qaytarıla biləcəyinə dair fikirlər isə sadəcə nağıldan başqa bir şey deyil. Bəlkə də, göstərməlik üçün Bakıya 5-10 milyon dollar göndərəcəklər. Ancaq 100 milyonlar Britaniya Krallığında qalacaq… 

Zatən tarixən belə olub: Şərq-müsəlman ölkələrində milli qeyrətini, şərəfini itirmiş məmurların, fırıldaqçı iş adamlarının dövlətdən və millətdən oğurlayaraq xaricə daşıdığı milyonların, milyardların böyük hissəsi müəyyən müddətdən sonra Qərb ölkələrinin sərəncamına keçib. Azərbaycandan oğurlanaraq Avropa ölkələrinə, bu ölkələrin nəzarətində olan ofşor adalara daşınan milyardların da gec-tez eyni aqibətlə üzləşəcəyi şübhə doğurmur. Cahangir Hacıyevin oğurlayaraq arvadı ilə Londana göndərdiyi sərvətin müsadirəsinə bu prosesin başlanğıcı kimi də baxa bilərik…

Gələcəkdə xeyli sayda Azərbaycan məmurunun, iş adamının ailəsi barədə oxşar faktların ortaya çıxmasının şahidi ola bilərik. Hər halda ölkədən pul çıxaran təkcə Cahangir Hacıyev deyil, 10 milyonlarla, 100 milyonlarla, hətta milyardlarla vəsaiti xaricə daşıyan bəlli və “gözəgörünməz” məmurlarımız var…

images

Təkcə Beynəlxalq Bankdan oğurlanmış vəsaitin miqyasına baxsaq, Cahangir Hacıyevi hətta çox “gözütox” biri kimi xarakterizə edə bilərik. Məsələ ondadır ki, məhkəmə hökmündə elan olunub ki, Cahangir Hacıyev və digərləri Beynəlxalq Bankın 211 milyon manatını mənimsəyib, “Aqrarkredit” QSC-yə isə 7 milyon 423 min manat ziyan vurublar. Hökmə görə, Hacıyev və dəstəsi ABB-dən mənimsədikləri 211 milyondan 102 milyon manatını artıq geri ödəyiblər. Yəni, məhkəmə “Aqrarkredit” QSC-yə vurduqları 7,4 milyon ziyanla birlikdə Hacıyev və dəstəsinin 116 milyon manat dövlət vəsaitini ələ keçirdiyi ilə bağlı qərar çıxarıb. Bunun da 70 milyonunu Cahangir Hacıyevin ələ keçirdiyi bildirilib.

Beynəlxalq Bankdan oğurlanan vəsaitin ümumi miqdarı isə milyardlarla dollarla ölçülür. Bankın borcları ilə bağlı bu ilin may ayında açıqlanan məlumatlardan sonra məlum oldu ki, ABB-də 19, 4 milyard manat dövlət vəsaiti “yeyilib”. Yəni, Cahangir Hacıyevin imzası ilə bankdan milyardlarla manat dövlət vəsaiti çıxarılıb mənimsənildiyi halda, onun özü cəmi 200 milyon oğurlayıb! Məhz buna görə, Cahangir Hacıyevi “gözütox” biri kimi xarakterizə edə bilərik. Ancaq əsas məsələ bu deyil.

kollaj-manshet-19-maydg (1)

Əsas məsələ bu milyardların kimlərdə və harada olmasıdır. 200 milyon oğurlayan (bunun da 100 milyonunu qaytaran) Cahangir Hacıyev və bir neçə 10 milyon oğurlayan “xırda balıqlar” həbsə alındıqları halda, müxtəlif layihələr adı altında dövlətin 100 milyonlarını, milyardlarını ələ keçirib xaricə daşıyanlar azadlıqda kef işində yaşayırlar.

Hətta onların əksəriyyətinin kimliyi belə ictimaiyyətdən gizlədilir. Bu 20 milyarda yaxın vəsaitin kimlərin əlində olduğu açıqlanmır. Düzdür, zaman-zaman onlar haqda məlumatlar ortaya çıxır. Məsələn, bu yaxınlarda redaksiyamıza verilən məlumatlardan belə məlum olmuşdur ki, Beynəlxalq Bankdan 400 milyon dollar kredit də Cahangir Əsgərovun ailə şirkəti olan “Silk Way Holding” MMC üçün götürülüb, ancaq qaytarılmayıb. Cahangir Əsgərovun da bunun məsuliyyətini uzun illərdir “Silk Way Holding” MMC-yə rəhbərlik edən Zaur Axundovun üzərinə qoyaraq, onu vəzifəsindən uzaqlaşdırıb.

1941526_fanat_az.jpg.1187224729d41657abf85fb4c7a7c794

Beynəlxalq Bankın 400 milyon dollarının (Təxminən 700 milyon manat-red.) Cahangir Əsgərovun, yoxsa Zaur Axundovun “zavalına” gəldiyini bilmirik. Ancaq bu dəqiqdir ki, ABB-dən oğurlanan 20 milyardın 700 milyon manatı məhz “Silk Way Holding”in divarları arasında “yoxa çıxıb”. Buna görə isə kim(lər)insə məsuliyyətə cəlb olunduğu haqda məlumat yoxdur. Kim bilir, bəlkə də bu 700 milyonu haralarasa yazaraq, artıq “siliblər” də…

Məsələ ondadır ki, saytımıza daxil olan məlumatlarda artıq bəzi aferistlərin ABB-dən aldıqları 100 milyonlarla krediti “əvəzləməyə” çalışdıqları bildirilir.

Bu haqda danışmazdan öncə xatırladaq ki, Beynəlxalq Bankdan oğurlanan 20 milyardın müəyyən hissəsi yüksək vəzifəli şəxslərə bağlı iş adamları tərəfindən kredit kimi alınaraq mənimsənilib. Xeyli  sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb, qaytarmayıb. Bunlardan biri, götürüb qaytarmadığı kreditn həcminə görə bəlkə də birincisi “Hacı İbrahim” ləqəbi ilə tanınan İbrahim Nehrəmlidir.

Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı olan İbrahim Nehrəmli fantastik və fırıldaq  “Xəzər Adaları” layihəsi adı ilə Beynəlxalq Bankdan 850 milyon kredit götürüb. Həmin vaxt bu 1 milyard dollardan artıq edirdi (bugünkü məzənnə ilə 1,7 milyard manat.).  Hansı ki, mifik bir layihə adı ilə aldığı bu 100 milyonların bir hissəsini xaricdə biznes qurmağa, şəxsi təyyarəyə, bahalı avtomobillərə, gözəllik yarışlarına, katibələri üçün yüz min dollarlıq “cip”lərə,  səyahətlərə  və s. bu kimi dəbdəbələrə xərclədiyi məlum olub.

nazimmm

İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15  gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytardı. Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq  borcunu qaytarmaqdan imtina etdi. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləmək niyyətini ortaya qoydu.

İddia etdi ki, guya nə vaxtsa Beynəlxalq Bankdan nümayəndə heyəti onun  “Xəzər Adaları”ndakı 5 yarımçıq obyektini qiymətləndirib. Sitat: “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1,5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir ”Bandotdel” tərəfindən çağırılmağım doğru deyil…”

Layihəsinin dəyərini 100 milyard dollar qiymətləndirən, mətbuata verdiyi açıqlamalardaAmerika, Türkiyə, ərəb və Çin investorlarının onun fırıldaq layihəsinə böyük maraq göstərdiyini – guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi “Export Development Canada”nın 4 milyard dollaradək kredit ayıracağı, son olaraqÇin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin 15 milyard investisiya ayırdığını iddia edən, söylədiyinin hamısı da AĞ YALAN çıxan BİRİNİN 4-5 sınıq-salxaq, yarımçıq binanı 1,5 milyard manat dəyərləndirməsi, əlbəttə, təəccüblü deyil.

xezer ada

Başqası olsa, “dəlidir” deyib keçərdilər, ancaq bunu söyləyən İbrahim Nehrəmli olduğundan, “altından nəsə çıxacağını” gözləmək lazım idi.

Saytımıza verilən məlumatlardan belə məlum olur ki, İbrahim Nehrəmli ağlasığmaz hesab olunan bu niyyətini reallaşdırmaq üzrədir. Belə ki, “Hacı” İbrahimin Beynəlxalq Banka olan 800 milyondan artıq borcunun “Xəzər Adaları”ndakı 5-6 yarımçıq bina ilə əvəzlənilməsinə hazırlıq getdiyi bildirilir. Daha dəqiqi, kimlərinsə himayəsi ilə İbrahim Nehrəmlinin 800 milyonluq borcunu ümumi dəyəri heç 50 milyon etməyən yarımçıq və dağılmış binalarla əvəzləmək istəyirlər. Planları baş tutarsa, İbrahim Nehrəmlinin, kreditə görə ödəməli olduğu faizləri də nəzərə alsaq, dövlətin 1 milyarda yaxın vəsaitinin də bu yolla “silinəcəyini” söyləyə bilərik.

Belədə sual olunur: İbrahim Nehrəmli kimi sıradan bir yalançı - nə iş həyatında bir uğuru olan, nə də Azərbaycan dövlətinin inkişafında hansısa xidmətilə fərqlənən birisi - Cahangir Hacıyevin rəhbərlik etdiyi bankdan dövlətin təxminən 1 milyard pulunu ələ keçirib “yeyə” bilirsə, Hacıyevin özünün 60 milyon, hətta 160 milyon mənimsəməsi niyə təəccüb doğurmalıdır?…

Cahangir Hacıyev, əlbəttə, cinayət edib, ancaq Beynəlxalq Bankın talanmasının, dövlətin və deməli həm də millətin 20 milyard borcla “yüklənməsinin” tək günahkarı odurmu? Niyə hansısa fırıldaqçının ailəsinin kef içində yaşaması, HARINLIQDA SƏRHƏD TANIMAMASININ bədəlini sadə Azərbaycan vətəndaşları –  150 manat, 200 manat maaşlı müəllimlər, həkimlər, 55 manat pensiya ilə yaşamağa məhkum edilən təqaüdçülər ödəməlidir?  Niyə fırıldaq layihələrlə, saxta satınalmalarla dövlətin 100 milyonlarını, milyardlarını talayanlar məsuliyyətə  cəlb olunmur? Niyə, məsələn, elə İbrahim Nehrəmlidən dövlət bankından aldığı yüz milyonlarla vəsaiti hara xərclədiyi, xərcləməyibsə hansı ölkəyə daşıdığı soruşulmur?   

Hansı ki, İbrahim Nehrəmlinin də bu milyarddan ona çatan vəsaitin böyük hissəsini Britaniya ərazində, o cümlədən Londonda biznes qurmağa yönəltdiyinə dair iddialar var. İbrahim Nehrəmlinin oğulları – Hüseyn və Həsən İbrahimov qardaşları da Londanda yaşayır.

2017-04-04-11-05-0915656

Onlar Londondakı dəbdəbəli həyat tərzlərilə zaman-zaman medianın gündəminə gəliblər. İbrahimov qardaşlarının bahalı restoranlarda və lüks avtomobillərdə çəkilən fotoları onların dəbdəbəli həyat tərzinin sadəcə bilinən və balaca bir görüntüsüdür.

Hacı İbrahimin özü də xaricə çıxmasına qadağa qoyulmazdan əvvəl vaxtaşırı Londonda olurdu. Onun 2015-ci ildə ad gününü Londonda dəbdəbəli ziyafətlə keçirməsi, təkcə atəşfəşanlığa 50 min funt-sterlinq xərcləməsi xarici medianın da diqqətini çəkmişdi.

Beynəlxalq Bankın cəmi 63 milyonunu mənimsəyən Cahangir Hacıyevin Londandakı sərvəti, həyat yoldaşının günlük xərcləmələri bu qədər böyük səs-küy yaradıbsa, görün bu bankdan aldığı 800 milyonu qaytarmayan İbrahim Nehrəmlinin Britaniyada nələri ortaya çıxa, oğlanlarının günlük xərcləmələri barədə hansı rəqəmlər açıqlana bilər.

nahramli6

Bunun açılması üçün Britaniya hökumətinin İbrahimovların bu ölkəyə pul gətirmək imkanının tükəndiyinə əmin olması lazımdır. Yəni, Britaniyada “sağılan inəyi” kəsmirlər, qısırlaşmasını gözləyirlər…

Biz də gözləyək, görək, Zamirə Hacıyevadan sonra dünyanı İbrahimovların və digər ABB milyarderlərinin London macəraları ilə necə heyrətləndirəcəyik…(azpolitika.info)

Murad Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam