Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

BMT TŞ-da qalmaqal:ABŞ-dan “vurarıq” təhdidi

  

Suriyadakı son vəziyyəti müzakirə etmək üçün ötən gecə toplanan BMT TŞ-nin iclası xeyli gərgin keçib.

Yenixeber.org: übahisənin səbəbi Rusiyanın irəli sürdüyü iddialar olub.

Rusiyanın BMT TŞ-dakı daimi nümayəndəsi Vasili Nebenziya kəşfiyyat məlumatlarına əsaslanaraq, İngiltərə və bəzi Avropa ölkələrinin Suriyanın İdilib vilayətində kimyəvi hücuma hazırlaşdıqlarını iddia edib. BMT TŞ-nın bəzi üzvləri isə bu iddiaya sərt reaksiya veriblər. Mübahisə tərəflərini sakitləşdirmək istəyən BMT-nin Baş Katibi Guterres də öz növbəsində Suriyanın şimal-qərbində artan hərbi gərginliyin dəhşətli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. Amma bu xəbərdarlıq da işə yaramayıb.  Qısa müddətdən sonra ABŞ Müdafiə Naziri Mattis Pentaqonda keçirdiyi mətbuat konfransında “Bizim hakimiyyətin kimyəvi silahdan istifadə edilməsinə verdiyi reaksiyanı bütün dünya iki dəfə gördü” deyərək, Suriyanı növbəti dəfə bombalaya biləcəklərinə eyham vurub.

Rusiyanın iddialarına İngiltərənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Karen Piers də cavabsız qalmayıb. O, hələ toplantıdan qabaq jurnalistlərə verdiyi açıqlamasında Rusiyanı yalançılıqda günahlandırıb:

   

"Bu iddiaları kim tərəfindən ortaya atıldığı mühümdür. Bunu deyən tək bir ölkə var - Rusiya. İrəli sürülən iddia hətta Rusiyada belə, heç kimi inandıra bilməyəcək qədər fövqəladə yalandır".

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Nebenziya ölkəsinin yalançılıqla suçlanmasına laqeyd qalmayıb. O, Təhlükəsizlik Şurasının toplantısındakı çıxışında deyib:

 "Rusiya Müdafiə Nazirliyi qəribə, ya da yalan bəyanatlar verməz. Əgər bir açıqlama verilibsə, deməli, ciddi əsası var".

 Nebenziya çıxışında həmçinin, Suriyadakı vəziyyətin yaxşılığa doğru getdiyini, insanların evlərinə geri dönmələrinin mümkün ola biləcəyini iddia edib.

Mübahisə də elə bundan sonra qızışıb. Piers rusiyalı həmkarının açıqlamalarına cavab verərək deyib: "Bu bəyanatlar İdlibdəki insanlara kömək etməyəcək. Orada həyatları təhlükədə olan 3 milyon vətəndaş var və Suriya rejimi bu insanlara qarşı aqressivliyini artırır".

 İngiltərə, Fransa və ABŞ-ın keçən həftə verdikləri açıqlamada hər hansı kimyəvi hücuma lazımi cavab veriləcəyini qeyd etdiklərini xatırladan Piers Rusiyanın İngiltərəyə qarşı iddialarını tamamilə rədd edib: “İngiltərə hökumətinin kimyəvi silahların qadağan olunmasına dair öhdəliyini yerinə yetirəcəyini və öz tərəfdaşlarıyla əməkdaşlığı davam etdirəcəyini bir daha təkrarlayıram".

 

  

 BMT-nin Humanitar məsələlər üzrə Koordinasiya Ofisinin direktoru Con Ging də iclasda çıxış edib. O, çıxışı zamanı oxuduğu bəyanatda son həftələrdə Suriyanın şimal-qərbindəki vəziyyətə aydınlıq gətirib:

"Son həftələrdə İdlib, Hələb, Xama və Lazkiyədə vətəndaşların ölümünə və yaralanmasına, həmçinin məktəb və xəstəxanalarda dağıntılara yol açan intensiv hava hücumları iləSuriyanın şimal-qərbindəki humanitar vəziyyətin ciddi şəkildə pisləşdiyini görürük".

İdlib və ətrafındakı gərginliyin azaldılması, regiona davamlı humanitar yardım çatdırılmasının təmin olunması, vətəndaşların və infrastrukturların qorunması kimi məsələlərdə BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin əhəmiyyətli olduğunu vurğulayan Ging İdlibdə hazırkı vəziyyətin Suriya böhranı böyünca görünməmiş səviyyədə pis olduğunu vurğulayıb:

“Bunun qarşısını almaq üçün BMT TŞ-ni üzvlərini əllərindən gələni əsirgəməməyə çağırırıq. Kofi Annanın da dediyi kimi, əgər siyasi iradə olarsa, problemlərimizi həll etmək gücümüz var, deməkdir".

 ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauertin dünənki mətbuat konfransının əsas mövzusu da eyni məsələyə həsr olunmuşdu. Heather Nauert Rusiyanın Əsəd rejimi ilə birlikdə İdlib əməliyyatına hazırlaşdığına dair xəbərləri dəyərləndirərkən deyib:

“Həm Rusiyanı, həm də Suriyadakı rejimi İdlibdə həyata keçiriləcək hər hansı hücumdan məsuliyyətli tutacağımızı onların özlərinə də demişik. Xüsusilə də kimyəvi silahların istifadəsi məsələsinə laqeyd qalmayacağıq. ABŞ bundan əvvəl də Suriyada kimyəvi silahların istifadəsi məsələsində nə qədər güclü mövqe tutduğunu hər kəsə göstərdi. ABŞ yenə də İdlibdə, ya da Suriyanın hər hansı başqa bir yerində kimyəvi hücumlara dərhal və qüvvətli reaksiya verməyə hazırdır. Rusiya bu məsələdə qətiyyən güzəştə etməyəcəyimizi Dəməşqə aydın şəkildə izah etməlidir”.

Moskva isə deyəsən ABŞ-la Suriya arasında “poçtalyonluq” etmək  fikrində deyil. Hər halda  Rusiyanın Suriyadakı Atəşkəsi Monitorinq Mərkəzinin rəhbəri Aleksey Tsiqankovun dünənki açıqlamaları belə düşünməyə əsas verir. Tsiqanov deyib:

 

"Rusiyanın Suriyadakı Atəşkəsi Monitorinq Mərkəzinin İdlibdəki bir neçə müstəqil mənbədən aldığı məlumata görə, Əfs adlı yaşayış zonasından Səraqib şəhərinə iki böyük yük maşınıyla xeyli miqdarda kimyəvi maddə gətirilib" .

 Tsiqanov kimyəvi maddələri gətirənlərin ABŞ, İngiltərə və Hollandiya tərəfindən maliyyələşdirilən “Ağ dəbilğəlilər təşkilatı” olduğunu iddia edib:

 "”Ağ Dəbilqəlilər”in 8 nümayəndəsinin nəzarəti altında kimyəvi maddələr  Əhrarül - Dəməşq üzvləri tərəfindən silah və yanacaq edilən anbarına çatdırılıb. Burada onları sözügedən qanunsuz silahlı təşkilatın iki yüksək səviyyəli komandiri qarşılayıb" .

 Tsiqankova inansaq, daha sonra yükün bir hissəsi üzərində heç bir işarənin olmadığı plastik qablara yerləşdirilib və İdilibə göndərilib. Məqsəd həmin silahlardan mülki şəxslərə qarşı istifadə edərək Suriyanı günahlandırmaqdır.

Qeyd edək ki, bundan əvvəl iki dəfə İdilibdə kimyəvi silahlardan istifadə olunub. Maraqlıdır ki, həmin hadisələr Əsəd ordusunun İdilibi tam ələ keçirmək fürsəti yaxaladığı zamanlar baş verib. Əsəd rejimi bunu onların törətmədiyini bildirsə də, ABŞ bununla razılaşmayıb və Suriyaya hərbi müdaxilə edib. Beləcə, Əsəd rejiminin İdilib əməliyyatı da nəticəsiz qalıb.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam