Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ANALOQSUZ TƏHSİL HAQQI VƏ 5 MİN GƏNCİN FACİƏSİ! –Avropa ölkələrilə müqayisəli təhlil

1531213855_th

Bu günlərdə Azərbaycanda təhsil haqqını verə bilmədiyi üçün 5 min tələbənin ali təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığına dair məlumat yayıldı. Əslində təəccüblü deyil. 

Yenixeber.org: Azərbaycanda yaşayış minimumu ilə təhsil haqqının tərs mütənasibliyi “anoloqsuz inkişaf”ın mahiyyətini çox dəqiq ifadə edir. Uyğun parametrlər üzrə Avropa ölkələrindən ikisi ilə paralellər aparmaqla fikrimi çatdırdım.

Fransada əmək haqqı saatda 11,2 dollar, bir iş günündə 90 dollar, bir ayda (160saat)1792 dollardır. Almaniyada eyni ardıcıllıqla 10,3 dollar, 82,4 dollar və 1648 dollardır. Bizdə isə aylıq minimum əmək haqqı 130 AZN, yəni 76 dollardır.

Almaniyada, məsələn, Münhen Universitetində illik təhsil haqqı ölkə vətəndaşları üçün 257 avro (o cümlədən 67 avro nəqliyyat xərci) və ya 301 dollardır. Ümumiyyətlə, ali məktəblərdə illik ödəniş orta hesabla 350 -550 avro arasında dəyişir. Bu da təxminən 527 dollar və 900 AZN edir.

10

Fransada, məsələn, Sorbonna Universitetində də təxminən bir o qədər təhsil haqqı ödənilir.
Bizdə illik ödəniş minimum 588 dollar və ya 1000 manatdır. Bəzi ixtisaslarda isə bu rəqəm 3823 dollar və ya 6500 manat təşkil edir.

yniversitet-sorbonna

Konkret sahələr üzrə müqayisə aparaq. Ali tibb ixtisasında illik təhsil haqqı 4000 manatdan 4500 manata qaldırıldı. Yəni, 2360 dollardan 2650 dollara yüksəldildi!?

Bu isə o deməkdir ki, illik ödənişi fransız və alman tələbələrin minimum qazancı olan valideyni aylıq gəlirinin 1/3-i ilə həyata keçirə bilir.

“Yeni azərbaycanlı” tələbələrin minimum qazancı olan valideyni isə bütün gəlirini (130×12=1560 manat) illik ödənişə keçirsə belə 1/3-ni ancaq qarşılayır. Qalan məbləği ya banklardan (anoloqsuz %-lə) kredit götürüb, ya kimlərdənsə “sələminə” borc götürməklə, ya da əmlakı varsa, onu satmaqla ödəməlidir.

Bir sözlə, valideynlə övlad qarşılıqlı olaraq xəcalətli duruma məhkum edilib. Avropada bu ödənişlər “təhsil haqqı” yox, bir nov “semester üzvlük haqqı” adlanır. Həmin məbləğə ali məktəblərin inzibati idarə xərcləri, tələbələrin ictimai nəqliyyatdan istifadə məsrəfləri, sığortası da daxildir.

Pullu təhsil ancaq ve ancaq 2-ci ali təhsil alanlara aiddir! Və bu da, əsasən, Avropa İttifaqına üzv olmayan xarici ölkələrdən gələn tələbələr üçündür.

Bu faktlar göstərir ki, Avropada ali təhsil ya pulsuz, ya da bizimlə müqayisədə dəfələrlə ucuzdur. Azərbaycan və Avropa Universitetlərinin beynəlxalq reytinqlərdəki yeri, diplomların etibarlılıq dərəcəsi isə müqayisə oluna bilməz. Diplomlarımızın xaricdə tanınması bizlər ücün hələlik xəyal olaraq qalır…

5

Buna baxmayaraq Azərbaycanda təhsil almaq üçün tələb olunan ödəniş yüksək olduğu üçün 5000 tələbə ali məktəbləri yarımçıq tərk edib. Bu, adi statistika deyil, faciədir!
Ailələri, çevrələri ilə birlikdə taleləri param-parça edilmiş on minlərlə insan deməkdir!. Bu haqda düşünən varmı?

İsa Bəhluloğlu (azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam