Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vasif Talıbovun oğlu maşın yağlarını təkrar emal etmək üçün zavod açır –Fotolar

  Naxçıvanda avtomobil yağlarının təkrar emalı zavodu açılır. 

Yenixeber.org: Artıq zavodda son işlər də görülüb, bir neçə günə açlışı planlaşdırılır. Naxçıvandan əldə etdiyimiz məlumatda deyilir ki, zavoda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun oğlu Seymur Talıbov rəhbərlik edəcək. O, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktorudur.

Zavod Babək rayonunun Araz kəndində yerləşir. Yeni avadanlıqlar quraşdırılan avtomobil yağlarının təkrar emalı müəssisəsinin yaradılmasına ötən ildən başlanılıb. Burda işlənmiş motor yağları təkrar emal edilərək sürtkü yağına çevriləcək. Quraşdırılan avadanlıqlar İran İslam Respublikasından gətirilib. Müəssisədə 8 saatda 1,4 ton  sürtkü yağı istehsal olunacaq. Alınan sürtkü yağı gəmiçilikdə  istifadə üçün Türkiyə, Gürcüstan və Bolqarıstan  respublikalarına ixrac olunacaq. İranlı iş adamları və Seymur Talıbovun sərmayəsi ilə qurulan müəssisənin gələcəkdə genişləndirilməsi nəzərdə tutulub.

Əldə etdiyimiz məlumatda deyilir ki, bu S.Talıbovun Araz kəndində olan ilk obyekti deyil. Onun burada quşçuluq müəssisələri də var. Fərhad Çağtürk/ AzEuroNews.com 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam