Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Akkord”un qaraj biznesi xaos yaradıb– Fotolar

 “Akkord”un Bakıxanov qəsəbəsində olan “Uğur-2” yaşayış kompleksinin həyəti maşın bazarına çevrilib

Yenixeber.org: Buna səbəb qarajların satışa çıxarılmasıdır.
Kompleks sakinlərinə qarajlar aylıq 40 manatdan verilir. Üç qarajdan ibarət 8 binanın altında azı 270 avtomobil üçün yer var. Amma barmaqla sayılacaq qədər maşın qaraja daxil olur.
Çünki sakinlərin aylıq 40 manat qaraj pulu vermək imkanı yoxdur. Nəticədə hər gün kompleksin həyətində maşınlar bir-birinin az qala üstünə çıxsınlar. Qarajlar isə bomboşdur.
Axşam 7-dən sonra həyətdə maşın saxlamağa yer tapmaq olmur. Əksər maşınlar küçədə saxlamağa məcbur qalırlar.
Sakinlərin sözlərinə görə, qarajlar pulsuz olmalıdır, ən azı aylıq 10 manatdan verilə bilər. Nəticədə kompleksin həyətində 500-dən çox maşının yarısı qarajlara daxil olar və həyət boşalar.
Amma şirkət rəhbərliyi heç bir tədbir görmür. Günbəgün çoxalan maşınların sayı həyətdə bir xaos yaradıb. Uzun sözün kəsəsi, fotolara diqqət edək:


      

Yunis/AzEuroNews/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam