Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYADA SAYTLAR, “YOUTUBE” VƏ “FACEBOOK” TƏHLÜKƏDƏ!-Putin yeni qanunla yaxın ətrafını necə qoruyacaq?

Rusiya Dövlət Dumasına təqdim olunan yeni qanun layihəsi yerli və xarici mətbuatda geniş müzakirələrə yol açıb. Məhkəmə icraçılarının fəaliyyətini tənzimləyən qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan sənəd hökumətin internet-resursları bloklamaq imkanlarını genişləndirir. Layihə Dumadan keçərsə, məhkəmə icraçılarına internet-resursları bloklamaq səlahiyyəti veriləcək. Məhkəmə bu resurslarda yayılan hansısa məlumatın vətəndaşın şərəf-ləyaqətini alçaltdığını, hüquqi şəxsin işgüzar nüfuzuna zərbə vurduğunu müəyyən etsə və qarşı tərəf də mübahisəyə səbəb olan materialı silməsə, icraçılar dərhal bloklanmanı həyata keçirəcəklər. Materialı silmək üçün isə qarşı tərəfə 5 gün vaxt veriləcək.

Yenixeber.org: Əvvəllər bloklanma üçün məhkəmənin əlavə qərarına ehtiyac duyulurdusa, məlum dəyişiklikdən sonra icraçılar bunu avtomotik (məhkəmə vətəndaşın şərəf-ləyaqətinin, hüquqi şəxsin işgüzar nüfuzunun zədələndiyini müəyyən etdikdən sonra) tətbiq edə biləcək.  

 

Qanun layihəsi Dumaya Rusiyanın hakim partiyası tərəfindən irəli sürüb. Sənədin məhkəmə icraçıları ilə birgə hazırlandığı bildirilir. Müstəqil ekspertlər deyir ki, bu dəyişiklik vəzifəli şəxsləri, hökumətə yaxın biznesmenləri və iş adamlarını qorumaq üçün ortaya atılıb. 

Sözügedən şəxslər buna qədər də narazı qaldıqları materialların silinməsini tələb edir və müəyyən hallarda buna nail olurdular. Məsələn, "Rosneft"in icraçı direktoru İqor Seçin və tanınmış rusiyalı biznesmen Alişer Usmanov rusiyalı müxalifətçi Aleksey Navalnının Dmitri Medvedev haqda çəkdiyi videorolikin silinməsi ilə bağlı iddia qaldırmış və buna nail olmuşdular.

Daha dəqiqi, ötən ilin mayında Moskvanın Lyublin məhkəməsi Navalnının üzərinə məlum videoroliki bloqundan, həmçinin "You Tube" və "Facebook"dan,  silmək öhdəliyi qoymuşdu. Navalnı bunu etməyəcəyini bəyan edəndən sonra məhkəmə müxalifət liderinin saytının bloklanması barədə qərar çıxarmışdı. Və nəticədə Navalnı videosüjeti saytından silməyə məcbur olmuşdu.

Həmin videosüjetdə Navalnı Rusiya baş nazirinin korrupsioner əməllərindən, varidatından bəhs etmiş, bunda Alişer Usmanov kimi iş adamlarının da payının olduğuna  toxunmuşdu. 

 

Medvedevlə bağlı araşdırmadan məlum olmuşdu ki,  Rusiya hökumət başçısı ölkənin həm daxilində, həm də xaricdə nəhəng torpaq sahələrinə, bahalı yaxtalara, qədimi mülklərə, aqrokomlekslərə, üzümçülük sahələrinə, bağ evlərinə, saysız-hesabsız əmlaka sahibdir. 

Baş nazirin Rublyovkada yerləşən, sahəsi 4 min kv.m-ə yaxın, dəyəri 5 milyard rubl olan villası var. Daha bir villa Kursk vilayətinin Mansurovo kəndində (Medvedevin babasının yaşadığı kənd) yerləşir. 240 min kv.m. sahəsi olan kompleksdə möhtəşəm villa ilə yanaşı, iki vertolyot meydançası, nəhəng idman zalı var. 

Kənddə həmçinin Medvedevə məxsus "Mansurovo" aqrokompleksi fəaliyyət göstərir. Kompleks sənəd üzərində Medvedevin qohumlarından birinin adınadır. Rusiya baş nazirinin eyni zamanda Anapda üzümçülük sahəsi, 7 milyard rublluq rezidensiyası, Rublevkada 20 hektarlıq sahədə daha bir əzəmətli mülkü var.

Navalnının Medvedevlə bağlı bu araşdırmasından sonra Rusiyada etirazlar baş qaldırmış, ölkənin demək olar ki, bütün bölgələrində korrupsiya əleyhinə mitinqlər keçirilmişdi.

 

Və yaxud Navalnı son araşdırmasında baş nazir Dmitri Medvedevin müavini olan Sergey Prixodkonu ifşa etmişdi. İfşaedici təhqiqat materialında Prixodkonun rus biznesmen Oleq Deripaska ilə yaxta gəzintisindən bəhs olunmuş, ikilinin Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsinə dair söhbət apardığı üzə çıxmışdı. 

Navalnı Sergey Prixodkonun Deripaskanın yaxtasında dincəlməsini milyarderin hökumət üzvünə rüşvət verməsi kimi qiymətləndirmişdi. "Hökumət üzvü və oliqarx Norveç sahillərində "eskort-agentlikdən" olan qızlarla dincəliblər. Deripaskanın bu hərəkəti yüksək vəzifəli hökumət üzvünə rüşvət verməsi anlamına gəlir. Eyni zamanda, Prixodkonun ora Deripaskanın şəxsi təyyarəsi ilə gəlməsi və milyarderin gətirtdiyi qızlarla dincəlməsi də  rüşvətdir", – deyə Navalnı qeyd etmişdi. 

Navalnının videosüjet şəklində yayılan bu təhqiqatı ilə də bağlı qaldırılan iddia təmin olunmuşdu. Hakimlər Deripaskanın şəxsi həyatına müdaxiləni əsas gətirərək videosüjetin bloklanmasına qərar vermişdilər.

Ekspertlər deyir ki, yeni qanun layihəsi həm də Navalnının məlum araşdırmalarına qarşı yönəlib: "Deripaska nümunəsi göstərdi ki, hökumət bu tip məlumatları bloklamağa nail olur. Sadəcə olaraq bu vaxta qədər üçüncü şəxslərin bu bloklamanı həyata keçirməsi qadağan idi. İndi isə qanun buna imkan verəcək".

 

Bir sıra yerli və xarici ekspertlərin ortaq rəyi belədir ki, yeni sənəd adı səs-küylü qalmaqallara qarışan deputatları, məmurları qorumağa hesablanıb: "Qanun layihəsi qəbul olunsa, KİV-lər üçün risk artacaq. Məhkəmələrin hər hansı yüksək rütbəli məmur barədə yazılan təhqiqata necə qiymət verəcəyi aydındır – həmin materialı silməyi tələb edəcəklər. Qarşı tərəf razılaşmayanda da, həmin internet-resursu bloklayacaqlar. Eyni qayda əcnəbi KİV-lərə də şamil ediləcək. Məsələn, "The New York Times"da və ya "The Guardian"da gedən hansısa materialdan narazı olsalar, eyni qaydada məhkəməyə müraciət edib öz xeyirlərinə qərar çıxaracaqlar". 

Ekspertlər ehtiyat edirlər ki, əgər qanun layihəsi qəbul olunarsa, bu təkcə KİV-lərin yox, "You Tube" və "Facebook" kimi xidmətlərin də bloklanmasına gətirib çıxara bilər. 

Qeyd edək ki, Navalnının Rusiya baş naziri Dmitri Medvedevlə bağlı məlum ifşaedici videosüjetini "YouTube"da 26 milyondan artıq insan izləyib…Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam