Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsi müzakirə edilib

 

 Martın 15-də Bakı şəhərində Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

 

Yenixeber.org: Prokurorluq və ədliyyə işçilərinin, məhkəmə hakimlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatıldığı tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayaraq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə çoxsaylı institusional və qanunvericilik islahatlarının keçirildiyi bildirib.

Layihə çərçivəsində fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasını nəzərdə tutan “Məhkəmələr və hakimlər haqqında” Qanuna ediləcək dəyişikliklərlə bağlı qanun layihəsi iştirakçıların diqqətinə çatdırılıb. Qanun layihəsinə dair rəy və təkliflər ətrafında fikir mübadiləsi aparılmaqla müxtəlif qurumların nümayəndələrini maraqlandıran suallar Avropa İttifaqının ekspertləri tərəfindən cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar paylanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam