Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

CABBAROV SAHİBKARI “AĞ GÜNƏ” ÇIXARA BİLƏCƏKMİ? –Yeni nazir qətiyyətlidir, amma…

 

Sahibkarların seçki təlaşı…

vergiler.-sheffafliq.-inkishaf-adli-konfrans-13022018

Azərbaycanda istənilən bizneslə məşğul olan sahibkarın bir gözü hələ də Vergilər Nazirliyi ətrafında baş verən proseslərdədir. Sahibkar hələ də əlindəki tortu, başının üstünü kəsdirən əliçubuqlu bağça müəlliməsinə baxa-baxa ağzına aparmağa cəsarət etməyən uşağa bənzəyir. Hələ də çoxları tam inanmır ki, doğrudan da yoxlamalar dayandırılıb və bugün-sabah bir dəstə vergi işçisi “çekist” ədası ilə içəri girib, “satdın, kassaya vurmadın”, “4 işçin var, 2-sinin əmək müqaviləsi yoxdur” və digər bəhanələrlə onun dərisini boğazından çıxarmayacaq. Qınamalı da deyil.

Yenixeber.org: İndi “yuxarılara” bağlılığı olmayan kiçikli-böyüklü iş adamlarının böyük əksəriyyəti apreldə keçiriləcək seçkini gözləyir. Sahibkarların arasında belə bir fikir dolaşır ki, vergi orqanının səssizliyi fırtına qabağı sakitlikdən başqa bir şey deyil və seçki bitər-bitməz, yenidən yoxlamalar bu və ya digər formada sürət almağa başlayacaq. Hazırda sahibkarlar arasında bununla bağlı şayiələr də dolaşmaqdadır. Doğrusu, bu məlumatların həqiqət yükünü böyük saymaq düzgün olmazdı və ən azından buna inanmaq istəməzdik. Ancaq burada əsas məsələ yoxlamaların olub-olmayacağı yox, sahibkarın yoxlamadan niyə bu dərəcədə qorxmasıdır. Nə, kim qorxudub və hazırda da qorxudur iş adamlarını?

Fikrimizcə, əsas qorxu mənbəyi demək olar ki, istənilən iş adamını potensial cinayətkara çevirən vergi qanunvericiliyi, mükəmməllikdən çox-çox uzaq məhkəmə-hüquq sistemi və yırtıcı, hər şey gözlənilən məmur obrazıdır ki, bu obraz da illər boyu formalaşdırılıb. Bu obrazın necə formalaşdığını göstərən adi nümünə kimi, Vergilər Nazirliyinin yoxlamalar aparan departamentlərinin girişindəki mənzərəni göstərmək kifayətdir. İndi oralarda vəziyyətin necə olduğunu deyə bilmərik, ancaq sahibkarların böyük hissəsi son zamanlara qədər bu qapılarda saatlarla, günlərlə gözləyiblər. İçəriyə keçərkən isə telefonları əllərindən alınır, özləri xüsusi cihazla yoxlanılır, hətta bu da azmış kimi, girişdəki polis işçisi əllərilə insanların paltarlarını, ciblərini üstdən yoxlayaraq, tam əmin olduqdan sonra buraxılırdılar. Sanki sahibkar yox, müttəhim idilər və məhkəməyə, yaxud cəza evinə gətiriliblər – bircə əliavtomatlı komvoylar çatışmırdı. Görəsən, dünyanın hansı normal ölkəsində öz dövlətinin büdcəsini dolduran sahibkara belə münasibət göstərilə bilər? Əgər o binalarda məmurlar tərəfindən qanunsuzluq edilmirdisə, nədən telefonla içəriyə daxil olmağa icazə verilmirdi? Yaxud, insanların səbri, əsəbləri ilə oynamırdılarsa, nədən kiminsə özü ilə hansısa təhlükəli əşya keçirəcəyindən ehtiyatlanırdılar?

Sadələşmiş vergi oyununa son qoyulacaqmı?

vergi

Yoxlamalara və qoyulan haqlara gəldikdə isə, deyə bilərik ki, bu məsələdə “vergi reketi” ilə məşğul olanların ən böyük köməkçisi məhz Vergi Məcəlləsinin özüdür! Misal üçün, götürək sadələşmiş vergi növünü. Bu vergi növü illik dövriyyəsi 200 min manatdan az olan sahibkardan Bakıda dövriyyəsinin 4, bölgələrdə 2 faizini ödəməsini tələb edir. Bundan əlavə, işçinin əmək haqqından və icarə haqqından 14 faiz vergi tutulur. Həmçinin, muzdlu işçinin əmək haqqından ümumilikdə 25 faiz sosial sığorta ödəməsi həyata keçirilir. Məsələn, 3000 manata icarəyə götürülən bir ictimai iaşə obyektində 8 nəfər çalışırsa və onların ortalama əmək haqqı 500 manatdırsa, təkcə icarə haqqına görə (14 faiz) və işçilərin sığorta ödənişlərinə (25 faiz) görə üst-üstə 1420 manat (!) ödənməsi tələb olunur. Daha sonra, bu obyekt gündəlik ortalama 700 manat alver edirsə, deməli dövriyyəyə görə ödəməli olduğu aylıq vergi 840 manat edəcək (700x30x4%). (Onu da qeyd edək ki, ictimai iaşə obyektləri üçün illik dövriyyə 200 min manatı keçirsə, ya ƏDV (18%) ödəyicisinə çevrilir, ya da dövriyyənin 8 faizini (!) ödəməli olur, bu isə xərcləri biraz da artırır). Bir sözlə, misal çəkdiyimiz obyektin vergi və sosial ödəmələri 1 aya 2300 manatıkeçir. Bunun üzərinə kommunal, təsərrüfat və digər leqal və qeyri-leqal xərcləri də gəlsək, təqribən 3500 manata yaxın bir ödəniş ortaya çıxır. Deməli, 3000 manat icarə haqqı, üstəgəl 3500 manat da vergi və digər xərclər, yəni 6500 manat. Bəs sahibkarın gəliri?Deməli, ictimai iaşə müəssisələrinin dövriyyədən götürdüyü gəlir ortalama 30 faiz (ticarətdə isə dəfələrlə az) civarındadır. Yəni bizim gətirdiyimiz nümunədə 700 manatın 30 faizi edər 210 manat, onu da 30 günə vursaq, 6300 manat.

Belə çıxır ki, ən yaxşı halda bu obyekti işlədən sahibkar bütün vergi və ödəmələri düzgün həyata keçirsə, ayda ən azı 200 manat (gəlir 6300-xərc 6500) ziyan etməlidir. Bəs sahibkar nə edir – icarə haqqını azaltmaq olmur, “xozeyin” razılıq verməz, maaşları kəsmək və kommunal xərcləri azaltmaq da qeyri-mümkündür. Qalır vergi və sosial sığorta haqları. Buradan nə gizlədə bilsə, o da olur sahibkarın qazancı. Bəli, bu bizim, belə demək mümkünsə, biznes mühitinin reallığıdır. Bu üzdən icarə haqları və maaşlar, həmçinin dövriyyə sahibkar tərəfindən az göstərilir. Vergi orqanı və DSMF təmsilçiləri də bunu çox gözəl bilir. Bu səbəbdən sahibkarın boğazının ipi onların əlindədir! Məsələnin acınacaqlı tərəfi odur ki, bu reallığı bilə-bilə Vergi Məcəlləsinə son illərdə edilən dəyişikliklər situasiyanı düzəltməyə yox, əksər hallarda sahibkarın daha da bataqlığa gömülməsinə xidmət edib. Bu üzdən hər bir sahibkar potensial vergi cinayəti törədən şəxsə çevrilib. Ona görə, heç olmasa sadələşmiş vergi ödəyiciləri üçün tətbiq olunan dövriyyədən 4 faizlik vergi azaldılmalı, bu vergi növünə cəlb olunan məbləğ (illik 200 min manat) artırılmalıdır. Həmçinin, icarə haqlarına görə ÖMV-yə yenidən baxılmalıdır. Biz, “AzPolitika.info” olaraq, vergi orqanı ilə bağlı bu və digər məsələləri keçmiş nazirin dönəmində dəfələrlə qaldırsaq da, buna məhəl qoyulmadı.

İcarə haqları ilə bağlı yenilik

vergiler

Əldə etdiyimiz məlumata görə, Vergilər Nazirliyində icarə haqları ilə bağlı yeniliklər tətbiq edilməsi nəzərdə tutulur. Belə ki, əgər qaldırılmış məsələ həllini tapsa, Bakı və bölgələr şərti olaraq ərazilərə bölünəcək. Bu bölgü ərazilər üzrə əhalinin alıcılıq qabiliyyəti, daşınmaz əmlakın həmin ərazilərdəki dəyəri və digər göstəricilər əsasında aparılacaq. Misal üçün, şəhərin mərkəzində obyektin kvadratı şərti olaraq 100 manat hesablanacaqsa, ətraflarda bundan 2-3 dəfə aşağı qiymətlər qoyulacaq. Yəni, icarəyə verilən obyektə hər kvadrat metrinə görə, yerləşdiyi ərazidən asılı olaraq, icarə haqqı müəyyən ediləcək ki, bu məbləğdən də aşağı qiymətə icarə müqaviləsini rəsmiləşdirmək mümkün olmayacaq. Necə ki, məsələn, hazırda reklam rüsumları ərazilər üzrə fərqli qiymətlərlə tətbiq olunmağa başlayıb. Bu, ona hesablanıb ki, məsələn, obyekt sahibinə ayda 5000 manat ödənildiyi halda, icarə müqaviləsində 300 manat göstərilməsin. Bu məbləğin 14 faizinin vergi şəklində büdcəyə ödənməli olduğunu və onu da nəzərə alsaq ki, belə obyektlərin sayı on minlərlə, bəlkə də daha çoxdur, onda büdcədən yayınan vəsaitin həcmini təsəvvür etmək çətin olmaz.

Əlbəttə ki, belə bölgünün aparılması təqdirəlayiqdir və büdcəyə külli miqdarda əlavə vəsait gətirə bilər. Fazil Məmmədovun dövründə bu məsələ qaldırılsa da, müsbət həllini tapmamışdı və doğrusu indi də həllinə şübhə ilə yanaşılır. Çünki böyük və fantastik qiymətlərə icarəyə verilən obyektlərin demək olar hamısı iri məmurlara bağlıdır. Və bu qərarın verilməsi onların maraqlarına ziddir. Bununla yanaşı, nazirliyin yeni rəhbərliyi bu addımı atacaq qədər cəsarətli görünsə də, məsələnin sahibkarların başında çatlayacağı ehtimalı narahatlıq doğurur. Çünki icarəyə verilən obyektlərə görə 14 faizlik ÖMV demək olar bütün hallarda sahibkarlar tərəfindən ödənilir. Əgər belə olacaqsa, bu qərarı da sahibkara dəyən növbəti zərbə hesab etmək olar. Ona görə də yaxşı olar ki, bu verginin yalnız və yalnız obyekt sahibi tərəfindən ödənilməsi tələb olunsun. Çünki bu gün obyektlərin 99 faizində onu icarəyə götürən sahibkar ödədiyi icarə haqqının heç yarısı qədər də pul qazana bilmir. Obyekt sahiblərinin isə ya ümumiyətlə VÖEN-i yoxdur, ya da varsa belə, vegi ödəmir, boş vergi hesabatı verir. Ona görə də, bu verginin məhz obyekt sahibləri tərəfindən ödənilməsi daha məqsədəuyğun olardı.

Sahibkarı seçkidən sonra nə gözləyir?

Secki05

Qayıdaq əvvəldə qoyulan suala – sahibkarı seçkidən sonra nə gözləyir? Ümumiyyətlə, Azərbaycan inkişaf etmiş bazar iqtisadiyyatı anlayışından, ciddi sayılacaq qiymətli kağızlar bazarı, müstəqil, şəffaf bank sektoru və digər alətlərdən uzaq bir iqtisadiyyata malik olduğundan, seçki kimi siyasi hadisənin dərhal iqtisadi göstəricilərə təsir etməsi absurd görünür. Təssüf ki, insanlar beyinlərini daha çox seçki ərəfəsində bir yumşalma, müəyyən güzəştlər və sair, seçkidən sonra isə sərt qərarlar və əvvəlki “proseslərin” bərpasını gözləməyə yükləyiblər. Nə qədər acınacaqlı da olsa, reallıq onu deməyə əsas verir ki, radikal adımlar atılmasa, biznes mühitində hansısa müsbət dinamika gözləmək mənasızdır. Sahibkarı “vergi reketindən”, məmur özbaşınalığından müvəqqəti (çox istərdik daimi olsun-E.Q) də olsa azad etməklə, məsələ həll olunmur. Hazırda iqtisadiyyatın damarlarındakı qan funksiyasını yerinə yetirən pul kütləsinin kəskin çatışmazlığı müşahıdə olunmaqdadır. Təkcə bankların müştərilərə verdikləri kreditlərin həcmi 4 milyard manatdan çox azalıb. Bu müştərilərin böyük hissəsi sahibkarlardır. Beynəlxalq Bank vasitəsilə göyə sovrulan milyardların “təpiyi” bu gün real sektora dəyir. Həm bank sektoru, həm də biznes mühiti bundan əziyyət çəkir. Hələ bu da azmış kimi, bir sıra iqtisadçılar növbəti devalvasiyanın baş verəcəyini istisna etmirlər. Sözsüz ki, bunun üçün yalnız neftin kəskin ucuzlaşması fonunda ciddi əsas yarana bilər. Ancaq nə bilmək olar və kim təminat verə bilər ki, Beynəlxalq Bank “hoqqası”nın başqa formada təkrarlanması mümkün deyil. Axı dövlətin, bank sektorunun başına bu oyun açılanda da maliyyə naziri və Milli Bankın sədri eyni adamlar idi…(azpolitika)

Elxan Qüdrətoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam