Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

51 ilin neftçisi fəryad edir:“...mən nə vaxt ev alacam”

51 ilin neftçisi fəryad edir:

 

Yenixeber.org: Redaksiyamıza Suraxanı rayonu Bül-bülə qəsəbəsi 3-cü mədən küçəsi ev №-32 də yaşayan Əliyev Məmməd Mirəli oğlunun müraciəti daxil olub. Müəllif müraciətində uzun illər neft sənayesində çalışmasından və bu günə qədər yaşadığı ev problemindən bəhs edir. Təəssüf ki, problemlə bağlı aidiyyatı təşkilatların mövqeyini oyrənə bilmədik. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

“Yazıb Sizə bildirmək istəyirəm ki, mən 1957-ci ildən 2008-ci ilədək Suraxanı Neft-Qaz İdarəsinin indiki “Suraxanı OİL” şirkətinin operatoru olmuşam. 2005-ci ildən evim yararsız olduğu üçün idarədə mənzil növbəsinə dayanmışam. Bizim idarəni 2006-cı ildən Prezident İlham Əliyevin tapşırığı ilə neft şirkətinin prezidenti Rövnəq Abdullayev ləğv edib, “Suraxanı OİL” şirkətinin rəhbərinə icarəyə verəndə bu idarədə uzun illər işləmiş mənzil növbəsinə dayanmış neftçilərin mənzil növbəsini nəzərə almayıblar, kontrak bağlayıblar. İndi də neft şirkətinin yaşayış şöbəsinin nümayəndələri bizə deyiblər ki, “Suraxanı OİL” şirkətinin rəhbəri nə vaxt kooperatvə pay bölgüsünün 50 faizini ayırsa, biz onda sizə mənzil verə bilərik. Ya da siz gəlin Neftçi kooperatvə üzv olun, ödəniş edin, biz sizə mənzil verək. Mən təqaüdçüyəm 255 manat alıram. Mən necə ödəniş edim, vəziyyətim çox pisdir, evim qəzalıdır uçur başıma. 1931-ci ilin evidir. Bu evdə biz qorxa-qorxa yaşayırıq. Neft şirkətinin yaşayış şöbəsinin işçiləri vəziyyətimi bilirlər kömək etmirlər. Biz Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatına zəng vurduq, bu məsələni öyrəndik. Bizə Mirvarı xanım dedi ki, “Suraxanı OİL” şirkətinin rəhbəri bu rayonda neft sahəsini götürüb işlətməyə. Mənzil məsələsini boynuna götürməyib. Bu məsələni Respublikanın Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev həll etməlidir. Onlar Neft şirkətində kooperatvə pulu ayırmalıdırlar. Siz ora gedin. Bizə belə dedi. Bizim hüquqlarımız pozulub, taptalanır. Mən ömrümün 51 ilini neft sahəsini həsr etmişəm. Neftçilərə hörmət etmirlər. Mənim 79 yaşım var. Bundan sonra mən nə vaxt ev alacam”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam