Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əhəd Abıyev “Zənbil” market şəbəkəsi açıb –ARAŞDIRMA

 

 

 Daşkəsən kimi sərvətlərlə zəngin bölgə məmur tapdağı altında inildəyir. Bu dağ əyalətində istirahət mərkəzləri, obyektlər rayon rəhbərinin nəzarətindədir.

Yenixeber.org: Məlumata görə, Daşkəsənin icra başçısı Əhəd Abıyev rayonun əksər restoranlarına əl qoyub.

Daşkəsənin icra başçısı Əhəd AbiyevDaşkəsənin icra başçısı Əhəd Abiyev

Hazırda Narzan, Xoşbulaq kimi səfalı guşələrdə fəaliyyət göstərən restoranlar icra başçısına aylıq xərac verməsə işləyə bilmirlər.

Sahibkarlarla ünsiyyətdə kobudluğu ilə seçilən, şikayətçiləri qapıdan qovduran və müavini Namiq Süleymanova böyük “səlahiyyət”lər verən icra başçısını Daşkəsəndə tapmaq çətindir.

Narzan istirahət mərkəziNarzan istirahət mərkəzi

N.Süleymanov isə rayonda “meydan sulayır”. Daşkəsəndə onlarla hesablaşmadan bir iaşə obyekti açmaq mümkün deyil.

Ə.Abıyevin tez-tez Bakıda və Gəncədə olduğu, Gürcüstana getdiyi söylənir. Onun prezidentin təyinatından narazı qaldığı, ucqar olmayan rayonlardan birinə icra hakimi getmək istədiyi deyilir.

Bundan əlavə, Ə.Abıyev Daşkəsəndə market biznesinə girişib ki, heç kəsə aman vermir. Rayonda açılan “Zənbil” market şəbəkəsinin icra başçısına aid olduğu xəbər verilir.

Xoşbulaq kəndiXoşbulaq kəndi

Daşkəsənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “Zənbil” market icra başçısının xurcunu, zənbilini doldurmağa xidmət edir.

Rayonun büdcə pulları, şəxsi biznesi hesabına imkanlarını genişləndirən Ə.Abıyev Daşkəsəndə işlədiyi dövrdə heç bir yenilik etməyib. İcra başçısı yalnız RİH-nin təzə binasını tikdirib, “Versal” otel inşa etdirib.

Qeyd edək ki, iddialara görə, Ə.Abıyevin öz kabinetində hökumətin siyasətindən, prezidentin təyinatından narazılığı, ayrı-ayrı məmurlar haqda çıxışları audio lentə alınıb və yuxarılara təqdim olunub. Bu dosye əsasında araşdırmalar aparılır və Daşkəsənə yeni icra başçısı təyin oluna bilər.

► Mövzu ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq. Yunis/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam