Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zəfər Abıyevlə Elmar Vəliyevin davası

 

Xeberinfo.com:   Azərbaycanda bəzi şəxslərin hansısa sahəyə təyinat alması  sanki  xüsusi qaydalarla idarə olunur. Hansısa rayona təyinat alınandan dərhal sonra möhkəmlənmə siyasəti həyata keçirilir. Hətta, bu möhkəmlənmə, miqyasını o dərəcədə genişləndirir ki, idarəçilik missiyası intriqalar səviyyəsində qurulur.


Belə təyinatlardan biri DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə  regional şöbəsinə rəis təyin olunan Zəfər Abiyevlə bağlıdır. Zəfər Abıyevin bir müddət öncə - 2016-cı ildə Gəncəyə rəis təyin olunması bu bölgədəki rəsmi qurumlar arasında münasibətləri əməllicə korlayıb. Daha doğrusu, Zəfər Abıyevin Gəncənin icra başçısı Elmar Vəliyevi heç cür həzm edə bilməməsi, tərəfləri gizli savaşın mərkəzində qərarlaşdırıb.

Bu arada, Zəfər Abıyev sıradan şəxs və təyinat deyil. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus, Moldova və Qazaxıstandakı nümayəndəsi, DİN Cinayət-Axtarış İdarəsində şöbə rəisi işləyib.

Eyni zamanda, Zəfər Abıyev xüsusi “xidmətlərinə” görə də hər zaman  diqqət mərkəzində olub. Belə ki, son vəzifə təyinatına qədər o, DİN-in Qazaxıstan və Qırğızıstandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib. İddialara görə, diplomatik vəzifəsindən uzaqlaşdırılmasının səbəbi, işində aşkar olunan ciddi nöqsanlar olub. Bu səbəbdən də Zəfər Abıyevin diplomatik fəaliyyətinə son qoyulub.

Keçmiş attaşenin diplomatik missiyasına xitam verilməsi ailə münasibətlərinə də təsirsiz ötüşməyib. Əldə etdiyimiz məlumata görə, Zəfər Abıyev əslən ukraynalı olan xanımla ailə həyatı qursa da, xanımı Ukraynada yaşayır. Belə görünür ki, keçmiş attaşe, ailə bağlarını bir tərəfə qoyub karyerasını inkişaf elətdirmək niyyətindədir. Amma, bu inkişafın özü də sağlam rəqabətə söykənməyib. Gəncəyə təyinat alandan sonra icra başçısı Elmar Vəliyevə savaş açıb.

Hətta deyilənə görə, Elmar Vəliyevin Yaponiyada xüsusi sifarişlə yığdırdığı JEEP LEXUS-da, mühafizə və kortejlə gəzməsi Zəfər Abıyevin hiddətinə tuş gəlib. Eyni zamanda, Elmar Vəliyevin Qərb bölgəsində xüsusi nüfuz sahibinə çevrilməsi də rəisin xoşuna getməyən haldır.

Deyilənə görə, Zəfər Abıyevin Gəncəyə rəis təyin olunması  Elmar Vəliyevi qəzəbləndirib. İddialara görə, qalmaqallı polis işçisi Zəfər Abıyevin yeni vəzəifəyə təyinatı Gəncənin icra başçısının kurasiyasını ciddi təhlükə altına qoyub. Bu təyinat Elmar Vəliyevin süzgəcindən keçməliymiş ki, münasibətlər prinsipial çərçivəni aşmasın. Amma Zəfər Abiyev həmin vəzifəyə gətirilərkən Elmar Vəliyevin razılığı alınmayıb. 

Bir sözlə, tərəflərin bir-birlərini qəbul etmədikləri vurğulanır.


Məlumdur ki, Zəfər Abıyev Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevlə qardaşdır.

Belə görünür ki, Qərb bölgəsinə istənilən təyinat Zəfər Abıyevin süzgəcindən keçməlidir ki, münasibətlər prinsipial çərçivəni aşmasın.

Digər iddialara görə, Zəfər Abıyev Vəliyevin nfəaliyyətinə sakit şəkildə göz yummayıb. “Sən Gəncənin icra başçısısansa, mən də Qərb bölgəsinə daxil olan rayonların Baş Narkotiklərlə Mübarizə İdarəsinin bölgə rəisiyəm”,-deyib.


Görünür, Zəfər Abıyev  icra başçısı ilə aralarında yaranmış soyuq münasibətləri davam etdirməkdə maraqlıdır.  Digər tərəfdən, keçmiş attaşenin daxili narahatlığının mərkəzində dəbdən düşmək qorxusu dayanır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin bölgə rəisi sultanlıq məsələsində çox iddialı görünür.


Bir məqam da var. Zəfər Abıyev, Gəncənin icra başçısını qəbul etmədiyi halda, qardaşı Əhəd Abıyev Elmar Vəliyevə yardım əlini uzadıb. Vəliyevin Göygöldə iqamətgah tikdirmək məsələsi gerçəkləşmədiyindən  Daşkəsənin icra başçısı Əhəd Abıyev həmkarını  əliboş geri qaytarmayıb. Ona daşkəsəndə iqamətgah tikdirməyə şərait yaradıb. Maraqlıdır, düşmənçilik münasibəti sərgilədiyi icra başçısı ilə qardaşının dost münasibətdə olması Zəfər Abıyevin kefini pozmur ki?!

Bütün bunlardan belə nəticə hasil etmək olar ki, Zəfər Abıyev Elmar Vəliyevlə “mehriban düşmən” rolunda çıxış etməyi 10 əlli bacarmalıdır. 
Bu şəxslər bir-birlərini “arzuolunmayan siyahı”ya atıblar. Kim qalacaq, kim gedəcək, onu zaman göstərəcək...

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam