Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kəmaləddin Heydərovun “Gilan”ında ‘Yaşamaq monopoliyası”-Şikayət

Yenixeber.org: “Mirvari Park Rezidens” yaşayış kompleksinin sakini, kompleksi qanunsuz zəbt etmiş “Gilan Holdinq”in tərkibində olan “Qaya Real Estate” şirkəti tərəfindən artıq bir neçə müddətdir ki, açıq aydın şantaj olunuraq, reketliyə məruz qaldığını söyləyir.

qaya

Məlumata görə, bu barədə hüquqşünas İlham Mehdiyev“facebook”da yazıb:

“İşin halları ondan ibarətdir ki, mən “Gilan MMC”dən mənzil almışam, 2015-ci ildən köçərək yaşayırıq, kompleksin idarə edilməsinin “Gilan Holdinq”in tərkibində olan “Qaya Real Estate Management” şirkəti tərəfindən özbaşına zəbt edilib. Ötən ilin yanvar ayına qədər qanunsuz olaraq bizdən hər kv.m üçün 80 qəpil məcburi şəkildə pul yığırdılar. Sonradan bu rəqəmi 1.50 qəpiyə qədər qaldırdılar, bu hal sakinlərin kəskin etirazı ilə qarşılandı və bunlar bir müddət tələblərini dayandırdılar. Artıq qış mövsümu yetişib lakin qeyd edilən şirkət bizdən hər kv.m üçün 1.20 qəpik ödənilməsini tələb edir, verilmədiyi halda qazanxananı işə salmayacağı ilə hədələyir. Şirkətin əməkdaşlarından qazanxananı sakinlərə təhvil veriməsini dəfələrlə tələb etmişik, noyabr ayının 25-də bir qrup şəxslə onların ofisinə gedərək idarə etməni təhvil verilməsin tələb etdik və bu barədə müvafiq akt tərtib edilərək imzalandı, söz verdilər ki, ayın 27-də təhvil veriləcək. Lakin yenidən imtina edildi. Dekabr ayının 2-də kompleksin həyətində iclas keçirilmişdir, həmin iclasda “Gilan”ın “hüquqşunası” Zöhrab adlı bir şəxs bu kompleksin onun olduğunu və buradan heç yana getməyəcəklərini söylədi. Qeyd etmək istəyirik ki, qazanxana Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən sakinlərin ümümi əmlakıdır və onun idarə olunması onlara məxsusdur. Şirkət özbaşına zəbt etmiş sahəni təhvil vermir və bizi şantaj edərək pul tələb edir. İdarə etmə orqanını mülkiyyətçilər özləri seçməlidirlər, lakin indiki vəziyyətdə qeyd edilmiş şəxslər özləri kompleksi zəbt etmiş və özləri tərəfindən təyin edilmiş tarif üzrə məcburi pul ödəmələri tələb edirlər. Burada artıq seçim yoxdur, razı olsan da olmasan da ödəməlisən. Dünəndən etibarən suyun verilməsini dayandırıblar. Özünü vəzifəli şəxs kimi təqdim edən Nadir Abdullayev və Anar Hacıyev adlı şəxslər mənim suyumu kəsərək qanunsuz pul tələb edir verilmədəyi halda suyun verilməyəcəyi ilə hədələyir. Artıq bir üç həftədən artıqdır ki, bu barədə Korrupsiya qarşı mübarizə idərəsinə 30 yaxın sakinin imzası ilə şikayət ərizəsi göndərilib, lakin hələ bir xəbər yoxdur”

"Mirvari Park Rezidens"“Mirvari Park Rezidens”

İ. Mehdiyev vurğulayıb ki, qanunvericiliyin tələbilə ilə bağlı qeyd etməliyik ki, Mənzil Məcəlləsinin tələbinə əsasən ümumu mülkiyyətlə olan sahənin idarə edilməsində səlahiyyətli və ya vəzifəli şəxs ancaq ümumi yığıncaqda seçilmiş mülkiyyətçi ola bilər: “Lakin hazırki vəziyyətdə özabşına özünü vəzifəli şəxs kimi qələmə verən Nadir Abdullayev və Anar Hajıyev Cinayət Məcəlləsini və digər qanunları ciddi şəkildə pozmuşlar. Belə ki,

  1. Cinayət Məcəlləsinin 310-cu Maddəsi. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsini qeyd edir: Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməsidir.

Vəzifəli şəxsin kim olması CM 308-ci maddəsini qeyd hissəsində göstərilmişdir.

  1. Qeyd edilmiş şəxslərin əməllərində həmçinin Vergi öhdəliklərinin pozulması da var. MMC qanunsuz olaraq küllü miqdarda vergidən yayınır. Kompleksin zirzəmisində 500-yə yaxın avtomobil üçün yer var, 2 ildən artıqdır ki onun hər biri üçün Gilanın adı çəkilən şirkəti ayda 100 manat, mənzillərin hər kv.m üçün isə 0.80 qəpi aylıq ödəniş alır kompleksdə 75000 kv.m səhə mövçuddur, bü ödənişlərə dair qanunla müəyyən olunmuş qaydada xüsusi qəbzlər verilməli və onlardan müvafiq qaydada vergiləri ödənilməlidir. Vergilə Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidir. Şirkət beləliklə, ay ərzində ortalama 100 000 manta məbləğində nağd pul vəsaiti əldə edir, bundan verginin ödənilib ödənilməməsi araşdırılmalıdır.
  2. Hər bir şəxs işə götürdüyü şəxslərlə Əmək müqaviləsi bağlamalıdır. Təəssüf ki, yaxın vaxtlara qədər orada işləyən insanların (mühafizə, təmizlik və servis işlərin görən əməkdaşların) əmək müqavilələri yox idi, onlar daima sakinlərə bu barədə şikayət edirdilər. Hesab edirəm ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi habelə, əmək müfəttişliyi bunu araşdırmalıdır”.

İlham Mehdiyev daha sonra yazıb: “05.12.2017-ci il tarixində 102 xidmətinə zəng edərək qeyd edilmiş faktla bağlı şikayət etmişdim, şikayətim ilk öncədən su təhçizatı ilə bağlı olduğundan rədd etməyə çalışan əməkdaş sonradan, şikayəti qəbul etmişdir. Şikayətin əsası su təhçizatı deyil, vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi və bununla bağlı fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməsidir. Şikayət qəbul olunmasına baxmayaraq indiyə qədər hər hansı bir tədbir görülməmişdir. 16.12.2017-ci il tarixində Azərsu ASC nin 955-qaynar xəttinə zəng edərək qanunsuz suyun kəsildiyini bildirdim, bir neçə şəxs gəlib müvafiq akt tərtib etdilər və suyun qanunsuz kəsildiyini bildirdilər, sonradan 102 xidmətinə zəng edərək yenidən təziqlərə məruz qaldığımı söylədim polis naryadı gələrək yenidən suyun qanunsuz kəsildiyini söylədilər və ərizə alaraq tədbir görəcəklərini vəd etdilər.

Cinayət Prosessual Məcəllənin 46.2-ci maddəsinə əsasən: Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Bu baxımdan hesab edirəm ki, müvafiq qurumlar qeyd edilmiş qanunsuzluqların hər biri, vəzifə səlahiyyətlərinin mənimsənilməsi, vergi öhdəliklərindən yayaınma, əmək qanunvericiliyinini pozulması faktları ayrı-ayrılıqda araşdırmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci Maddəsi Təhlükəsiz yaşamaq hüququn təminatını verərək qeyd edir:

  1. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
  2. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

Mövcud vəziyyətdə qeyd edilmiş şəxslər ilk öncə zor tətbiq etməklə hədələyir daha sonra isə öz qanunsuz tələblərini yerinə yetirmək üçün suyu kəsirlər, ki bu öz növbəsində Konstitusiyanın təminatına ziddir.

Digər bir tərəfdən əgər hər hansı bir fiziki və ya hüquqi şəxsin digər şəxsə iddiası və ya tələbi varsa o zaman o onun icrasını məhkəmədən tələb edəb bilər. Özbaşına reketlik və hədə qorxu ilə vətəndaşa təziq göstərmək cinayət tərkibi yaradır. Onların əməlləri küçədə kiminsə qarşısını kəsib ondan pul tələb etməsi ilə heç bir fərqi yoxdur.

Hər yerdə monopoliya olduğu kimi artıq görünür ki, yaşamağada monopoliya olmasına zərurət yaranıb. Media dostlarımdan yayımlanmasını xahiş edirəm”.

İ.Mehdiyev  sonda yazıb: “Gilan MMC” –dən mənzil almağı heç kəsə məsləhət görmürəm, çünki burada idarəetmə zəbt olunub, özbaşınalıqlar və təziqlər davam edir. Müharibə əhvalınız varsa buyurun “Gilan Holdinq”ə”.

Məlumat üçün bildirək ki, “Gilan holdinq” fövqəladə hallar naziri Kəmaləddin Heydərovundur.

Mövzu ilə bağlı “Gilan MMC” ilə danışmaq cəhdlərimiz heç cürə alınmadı. Onların da mövqeyini öyrənib dərc etməyə hazırıq. (AzEuroNews)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam