Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TRAMPI BİTİRƏCƏK TƏHQİQATDA İNANILMAZ DÖNÜŞ –Fətullah Güləni 15 milyona oğurlatmaq istəyən general danışa bilər!

Vladimir ABARİNOV

“Radio Svoboda”, ABŞ

 

General Maykl Flin “Raşaqeyt”in mərkəzində

 

Yenixeber.org: Mümkündür ki, “Raşaqeyt”in ("Russiangate") başlıca fiqurantlarından biri – prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri general Maykl Flin ədliyyə orqanları ilə sövdələşib, ya da sövdələşmə niyyətindədir.

Bu barədə məlumat verən “New Yоrk Times” (“NYT”) qəzeti dörd müstəqil mənbəyə istinad edir. 

Qəzetin mənbələri təsdiq edir ki, Flinin vəkilləri Trampın hüquşünasları ilə olan informasiya mübadiləsini kəsiblər. Əvvəllər ümumi müdafiə xətti işləyib hazırlamaq üçün mübadilə aparılırdı.

“NYT” bunu Flinin istintaqla əməkdaşlıq etməyə başlamasının, ya da belə əməkdaşlığın şərtləri haqqında danışıqlar aparmasının açıq əlaməti hesab edir.

Belə olan halda, şübhəliyə öz davranış xəttini digər fiqurantlarla razılaşdırmaq artıq lazım olmur.

Əgər “NYT”-nin ehtimalı doğrudursa, Flinin qərarı xüsusi prokuror Robert Müllerin artıq yarım ildir apardığı bütün təhqiqatın qırılma anı ola bilər.

General istintaq altına birinci, hələ xüsusi prokuror təyin olunmamış düşmüşdü. O, Trampın bütün komandasının Rusiya vəzifəli şəxslərilə ən uzunmüddətli əlaqəsi olan üzvüdür. Misal üçün, Flin, Rusiyanın ABŞ-dakı artıq keçmiş səfiri olan Sergey Kislyakı Donald Trampdan əvvəl tanıyır.

General və səfir 2013-cü ildə Moskvada – Flin ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsinin rəisi kimi oraya səfər edərkən tanış olublar. Vladimir Putinlə isə o, 2015-ci ilin dekabrından, “RT”-nin 10 illiyi münasibətilə keçirilən banketdə eyni stol arxasında oturandan tanışdırlar. O zaman Flin istefaya çıxmışdı, Vaşinqtonda məsləhət firması açmışdı və tez-tez həmin televiziya kanalının tok-şousunun qonağı olurdu. Flinin müştəriləri arasında RF-nin “Volqa-Dnepr”aviakompaniyası və “Kasperski Laboratoriyası” da vardı.

Ötən ilin dekabr ayının 29-da səfir Kislyakı Dövlət Departamentinə dəvət edirlər və ona məlumat verirlər ki, ABŞ RF-yə yönəlik sanksiyaları sərtləşdirir və 35 diplomatı ölkədən çıxarır. Bu görüşdən qayıdan səfir seçilmiş prezidentin adını milli təhlükəsizlik müşavirliynə namizəd kimi göstərmiş köhnə dostunun nömrəsini yığır. Həmin gün Flin və Kislyak bir-birinə beş dəfə zəng edib. RF XİN simmetrik cavab verəcəyini vəd edib. Lakin səhəri prezident Putin həqiqi xristian təvazökarlığı ilə bəyan edib ki, cavab sanksiyaları olmayacaq, hətta Amerika diplomatlarının uşaqlarını Kremlə yolka şənliyinə dəvət edib.

30 dekabr 2016-cı ildə Donald Tramp “Twitter”də bu qərar haqqında təriflə, rəy bildirib: “Yubanmayla edilən çox gözəl gedişdir (V. Putin tərəfindən edilən). Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır!

12 yanvar 2017-ci il tarixdə, hələ inaqurasiya olmamış, Flinin səfirlə telefon danışığı faktı aşkar edildikdə, general bəyan etdi ki, o, yalnız köhnə tanışını yeni il münasibətilə təbrik edib. Flin onu sorğuya çəkən FTB agentinə də eyni şeyi deyib.

Kəşfiyyat idarəsinin keçmiş rəisi izaholunmaz ağıl çaşqınlığı nəticəsində unudub ki, FTB səfirliyin bütün telefonlarını dinləyir. Şifrəsi açılmış danışıq FTB direktoru Ceyms Kominin və Ədliyyə nazirinin müavini Salli Yeytsin stolunun üstünə qoyulub. Nəticədə bu danışıq təyinatından cəmi 25 gün sonra Flinin istefasına səbəb olub.

 

İş gedib Trampa çıxır

 

Ceyms Komi məhz bu epizod üzrə təhqiqat başlayıb. Bu mövzu prezident Trampı o dərəcədə narahat edib ki, o, Komini təklikdə nahara dəvət edib, xidmətçinin otaqdan çıxmasını gözləyib və öz keçmiş müşaviri haqqında belə deyib: “Ümid edirəm, siz onu rahat buraxmağın yolunu tapacaqsınız. O, yaxşı dostdur.”

Komi xahişə fikir verməyib və öz növbəsində, vəzifədən məhrum edilib.

Xüsusi prokuror Müller prezidentin hərəkətlərində ədalət mühakiməsinə mane olma əlamətləri görür.  

 

Flinin işində daha hansı epizodlar var?

 

Flinin işində isə çoxsaylı digər epizodlar toplanıb. Bu gün məlumdur ki, o, səfirliklə həm prezident kampaniyası, həm də keçid dövründə mütəmadi əlaqə saxlayıb. Dekabrın əvvəlində general, “Tramp Tower”da Kislyakı Trampın kürəkəni və yaxın məsləhətçisi Cared Kuşnerlə tanış edir. Söhbət Suriya məsələsinə gəlib çıxır. Səfir, seçilmiş prezidentin komandasının mühafizə olunan, rus generallarının vəziyyətə öz baxışlarını açıqlaya biləcəyi rabitə kanalının olub-olmaması ilə maraqlanır. Kuşner belə kanalın olmadığını deyir və öz növbəsində səfirdən soruşur ki, səfirliyin texniki bazası əsasında belə kanal təşkil etmək olmazmı?

1.5-2 ay sonra bütün düşünülən texnologiyanı öz sərəncamına alacaq komanda Rusiya rəhbərliyilə əlaqə saxlamaq məqsədiylə rus səfirliyindən onun üçün mühafizə olunan rabitə kanalı yaratmağı xahiş edir. ABŞ xüsusi xidmət orqanlarının monitorinqindən mühafizə olunan!

Sergey Kislyak bu qeyri-adi xahiş haqqında Moskvaya məlumat verir, FTB də onu belə öyrənir (RF səfirliyini dinlədiyi üçün – tərc.).

 

“Raşaqeyt”də Türkiyə izi

 

Ancaq xüsusi prokurorun Flinə qarşı elan etməyə hazır olduğu ittihamın, əslində, Rusiya ilə heç bir əlaqəsi yoxdur. O, Flinin Türkiyə hökuməti xeyrinə lobbiçilik fəaliyyəti və bu fəaliyyətlə bağlı olan maliyyə əməliyyatları haqqındadır.

O, Ankaranın düşmənlərini ifşa edərkən və rejimin başlıca düşməninin – ABŞ-da siyasi sığınacaq alan vaiz Fətullah Gülənin ekstradisiyasını tələb edərkən natiqlik istedadını əsirgəmir. Bu zaman o, artıq Trampın qərargahında işləyirdi, xarici agent kimi rəsmi qeydiyyatdan keçməyi isə unutmuşdu.

Nəhayət, o, bunu bu ilin martında etdikdə məlum oldu ki, Türkiyəyə xidmətlərinə görə yaım milyon dollar alıb. O zaman – martda MKİ-nin sabiq direktoru Ceyms Vulsi sensasiyalı ifşaedici bir çıxış etdi: general və onun oğlu – kiçik Maykl Flin 15 milyon dollara Güləni oğurlamaq və ölkədən çıxarmaq, sonra isə türk hakimiyyətinə təhvil vermək işinə girişiblər!

 

İş açılmağa yaxınlaşır

 

Flin Konqresə və FTB-yə cinayət təqibindən toxunulmazlıq əldə etməyə qarşılıq olaraq, Rusiya haqqında özünün ifadə verməsini təklif etdi. Təklif rədd edildi. Bunun yerinə Senatın kəşfiyyat komitəsi ona çağırış göndərdi, lakin Flin, V düzəlişə – öz əleyhinə ifadə verməmək hüququna istinad edərək, gəlmədi.

Budur, hər şeydən göründüyü kimi, indi iş açılmağa yaxınlaşır. Onun ifadəsi, – əgər o, həqiqətən də buna hazırdırsa, – başlıca sualı “Trampın seçki qərargahı ilə Rusiya hökuməti arasında, ABŞ-dakı prezident seçkilərinin nəticəsinə təsir etmək məqsədilə, sövdələşmə olubmu?”– olan, təhqiqat üçün həlledici ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam