Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır"

“Biz Azərbaycanla mövcud əməkdaşlığımızı yüksək qiymətləndiririk”.

 

Xeberinfo.com:  Bu sözləri ABŞ-ın müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini cənab Maykl Karpenter deyib. O, Azərbaycana səfəri zamanı baş nazirin müavini, müdafiə və xarici işlər nazirləri ilə görüşdüyünü qeyd edib: "ABŞ Müdafiə Departamenti və Azərbaycanın təhlükəsizlik institutlarının uzunmüddətli əməkdaşlığını müzakirə etdik. Bizim Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bu, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biridir. Biz terrorizmə, zorakı ekstremizmə qarşı mübarizədə, kibertəhlükəsizlik, yəni təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Minnətdarıq ki, Azərbaycan dəstək məqsədi ilə sülhməramlılarını Əfqanıstana göndərir. Azərbaycan 11 sentyabr hadisəsi zamanı ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. O vaxtdan etibarlı tərəfdaş olaraq qalır".

Maykl Karpenter deyib ki, ABŞ regionda təhlükəsizlik və sülhün təminatında maraqlıdır: “Bu ABŞ-ın uzunmüddətli marağıdır. 2002-ci ildən hərbi əməkdaşlıq üçün 60 milyon dollar vəsait sərf etmişik. Bizim bu sahədə dərin əməkdaşlığımız var”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam