İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.
Yenixeber.org: Bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.
Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində artıq 141 nəfərin həlak olduğu açıqlanıb. 1000-dən çox insanın yaralandığı bildirilir.
 
İraqın Süleymaniyyə şəhərində isə 6 nəfər təbii fəlakət qurbanı olub.