Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Milyardları yeyənlər üçün hazırlanan "qızıl qəfəs"FOTOLAR

 

Milyardları yeyənlər üçün hazırlanan "qızıl qəfəs"

 

 

 

Zalı 2 min adam tutan otel həbsxanaya çevrildi

 

Yenixeber.org: Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı çərçivəsində saxlanılan bəzi məmurların bank hesabları dondurulub. Prokurorluq isə əməliyyatların davamının olacağı barədə açıqlama verib. Bu zaman daha 500-ə yaxın məmurun həbsi gözlənilir.

Həftəsonu koorrupsiya komitəsi tərəfindən həbs edilən ərəb şahzadələr üçün "dünyanın ən lüks həbsxanası" hazırlanıb. İstiPress-in məlumatına görə, aralarında şahzadə, eks nazirlər və milyonçu iş adamlarının da olduğu dustaqlar üçün "Ritz-Carlton Riyad" oteli ayrılıb. Lüks otel milyardların sahibləri üçün "qızıl qəfəs"ə çevrilib. 

"Ritz-Carlton" dünyanın ən öndə gedən, unudulmaz təcrübələr yaşadan lüks otellər zənciri şüarı ilə məşhurdur. Adətən iri ölkələrin rəhbərləri və ya ərəb şeyxləri başqa ölkələrə səfərləri zamanı məhz bu otellərdə qalırlar.

ABŞ prezidenti Donald Trampı qəbul etməsindən bir neçə ay sonra otel həbsxanaya çevrilib.Məhbuslar otelin 2 min insan tutumu olan nəhəng dəvət salonda yerləşdiriliblər. Onlara yatmaq üçün nazik döşşək və adyallar verilib. Yeməkləri isə gündə bir neçə dəfə xüsusi qablaşdırmada hazır formada təqdim edilir. 

Şahzadələri ora gətirməmişdən öncə bütün müştəriləri çemodanları ilə birlikdə lojada toplayıblar. Daha sonra onlar paytaxtdakı fərqli otellərə yerləşdiriliblər. İndi 400-dən çox otağı olan otel ancaq şahzadələr üçün ayrılıb. Otelin azı 2 ay bağlı qalacağı ehtimal edilir. 

Xatırladaq ki, ötən gün otelin içindən görüntülər internetdə yayaılmışdı. Həmin görüntülərdə şahzadələr üzlərinin görünməməsi üçün hər yerlərini adyalla bağlamışdılar. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam