Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nadir Səlifovun buraxılması kriminal vəziyyətə nəzarət xarakteri daşıya bilərmi?-MÜSAHİBƏ

 

Nadir Səlifovun buraxılması kriminal vəziyyətə nəzarət xarakteri daşıya bilərmi?
Yenixeber.org: Son günlər ölkədə kriminal hərəkətlərnmə müşahidə edilir. Belə ki, bir neçə gün öncə Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 kriminal avtoritet qaçıb. Bunun ardından isə Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən Qaradağ rayon Məhkəməsinin qərarı ilə "Lotu" Quli ləqəbli kriminal avtoritet Nadir Səlifov azadlığa buraxılıb. Ölkəmizdə son günlər kriminal hərəkətlənmə bəzi narahatlıqlar yaradıb. 



Məsələ ilə bağlı müsahibə verən “Polisə dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə ekspertidi Şəmsəddin Əliyev ölkəmizdə kriminal avtoritetlərlə ciddi mübarizə aparıldığını və digər ölkələrlə müqaisədə ölkəmizdə kriminal hərəkətlənmənin passiv olduğunu bildirdi: "Azərbaycan dövləti kriminal avtoritetlərlə kifayət qədər sərt mübarizə aparır. Siz Rusiya, Ukrayna və digər ölkələrlə ölkəmizi müqaisə etsəniz görərsiniz ki, ölkəmizdə heç bir kriminal hərəkətlənmə yoxdur və ciddi mübarizə tədbirləri görülür. Onu da qeyd etmək yerinə düşərdi ki, bu sərt mübarizə də lazımdır və vacibdir. Söhbət qəsdən adam öldürmədən, ictimai münasibətlərə qənim kəsilən insanlarla mübarizədən gedirsə bu mütləq şəkildə vacibdir".

-"Lotu" Qulinin - Nadir Səlifovun buraxılması kriminal vəziyyətə nəzarət xarakteri daşıya bilərmi? 

-Əgər "Lotu" Qulini, yəni Nadir Səlifovu digər avtoritetlərə nəzarət etmək, onları əldə saxlamaq üçün buraxırlarsa bu həqiqətən təəssüfedici bir haldır. Ümidvaram ki, bu belə deyil. Belə olarsa bu qeyri-peşəkarlıq və kriminal avtoritetlər qarşısında acizlik əlaməti olardı. Sadəcə olaraq mən Nadir Səlifovun azadlığa buraxılması ilə digər kriminal avtoritetlərin vaqondan qaçmasının eyni zamana rast gəlməsini tam təsadüf adlandırardım. Heç də bir-birlərinə bağlılığı olmayan hadisələrdir. Vaqondan qaçan avtoritetlərin ilkin istintaq araşdırmasından məlum olur ki, burada penitensiar xidmətin əməkdaşları avtoritetlərə havadarlıq ediblər. Mən həmin dövlət işçilərinin ələ alınmasından təəssüf hissi keçirirəm. Çünki həmin avtoritetlər öküz arabası ilə deyil, xüsusi təyinatlı vaqonlarla aparılırdılar. Oradan qaçmaq heç də ehtiyyatsızlıq ola bilməz. Burada müəamma doğuran məqamlar var. Ehtimal edirəm ki, onlar ələ alınıblar, onlar kriminal ünsürlərə havadarlıq ediblər.

Cinayətkarların yaxalanması heç bir həftə belə çəkməz

-Kriminal avtoritetlər bəzən peşəkar təhqiqatçılardan daha peşəkar olurlar. Heç düşünmürəm ki, qaçan cinayətkarlar dərhal yaşadıqları rayona, ailələrinin yanına getsinlər. Onların yaşadıqları məkanlara post qurmaq o dərəcədə də perspektivli addım ola bilməz. Hesab edirəm ki, həmin şəxslərin yaxalanması üçün sərhəd bölgələrdə xüsusi postlar qurulmalı, cinayətkarların fərqli rakurslarda fotoşəkilləri hər bir sərhəd rayonlarındakı nəzarət-yoxlanış məntələqələrinə göndərilməlidir. Onlar çox ehtimal ki, bir müddət ölkədə gizlənmək taktikasını seçəcəklər. Çünki dərhal ölkəni tərk etmək o qədər də ağılabatan olmaz. Ona görə də ölkə daxilində ciddi təşkilatlanma, təbliğatlanma aparılmalıdır. Hesab edirəm ki, onların yaxalanması bir həftə belə çəkməz. 

-Ölkəmizdə son bir neçə gündə baş verən kriminal şou hər hansısa bir ölkənin sifarişi ola bilərmi? 

- Hesab etmirəm ki, bu kriminal hərəkətlənmə sifariş xarakterli olsun. Eləcə də başqa bir ölkələrin təsiri olmasına da inanmıram. Sadəcə qeyd etdiyim kimi bu ardıcıllıq tam təsadüfi idi. Çünki bu gün dünya ölkələri terrorizmlə, cinayətkarlıqla mübarizə tədbirləri üçün birləşir, əməkdaşlığa can atır, belə bir addımlarla hər hansısa bir ölkənin daxilində fikirlər formalaşdırmaq hesab edirəm mümkünsüzdür. Amma xüsusi bir ehtimal kimi bu variantı da diqqətdə saxlamaq lazımdır ki, Nadir Səlifovun hər hansısa sifarişi əsasında o cinayətkarlar vaqondan qaçıblar. Onların əlaqələri araşdırılmalıdır. Qaçan cinayətkarların qısa bir zamanda aşkarlanması mütləqdir. Çünki hazırda onların daha böyük cinayətlər törətmələri üçün böyük bir zəmin yaranıb. Burada hər bir kəs səfərbər olmalıdır. Biz də bu dövlətin nümayəndələriyik və o qatı cinayətkarların, qatillərin təslim olunmasında öz töhfəmizi verməliyik. 

İnsanların kriminal ünsürlərə rəğbətinin artmasında media orqanlarının da rolu var 

- Sıravi insanların kriminal avtoritetlərə qarşı rəğbət və simpatiyası da danılmazdır. İnanmaqda çətinlik çəkirəm ki, hər hansısa bir qaçan cinayətkar kiminsə qarşısında çıxsa onlar dərhal hüquq mühafizə orqanlarına müraciət etsinlər. Həmin avtoritetlərə qarşı rəğbət hissinin formalaşmasında media orqanları da böyük rolu var. Bəzi mətbu orqanların ciddi fiqur kimi avtoritetlərin təbliğatı ilə məşğuldur. Gəlin diqqət edək, ölkədə saytların bir çoxu müğənnilərin təbliğatı ilə məşğuldur. Kənardan baxanlar da görür ki, bu sənətdə pul var, qoşulur bu sahəə müğənni olur, xanəndə olur. Eləcə də kriminalların təbliği yeniyetmələrin formalaşmasına, onların yalnış yola düşməsinə gətirib çıxardır. Cinayətkarlığa, oğurluğa meyil daha da artır. 

Əhali buna qarşı ayıq-sayıq olmalıdır. Ümidvaram ki, heç kim istəməz ki, xüsusi amansızlıqla adam öldürmüş təhlükəli bir cinayətkar gəlib onun qonşusu olsun, onun yaşadığı binada yaşasın. Düşünürəm ki, həmin cinayətkarların hüquq mühafizə orqanlarına təhvil verilməsi üçün hər kəs birləşəcək, məlumat əldə edən hər kəs dərhal hüquq mühafizə oqanlarına xəbər ötürəcək. Çünki bu dövlət bizim müstəqilliyimizi, azadlığımızı,sabit yaşamımızı təmin edirsə biz də bu dövlətə öz xidmətimizi göstərməliyik. bu dövlət hər birimizinir. Hər birimiz də sabitliyimizin qorunması üçün öz töhfəmizi verməliyik.(big)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam