Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Karibdən Koreyaya sürünən böhran –birinci münaqişə iki liderin başını yemişdi

 

Yenixeber.org: Heç bir zarafat elementi yoxdur, dünya bir neçə gicbəsərin əlində qalıb. Artıq ABŞ-ın özündə sırf dövlət maliyyəsi ilə fəaliyyət göstərən media qurumları da prezidentin ünvanına bu cür tənqidi ifadələr işlədirlər.

Gerçəklik budur: Yer üzünün əhalisi əlində nüvə başlıqlı raket oynadan, bir-birinə hədə gələn siyasi liderlərin ağlasığmaz avantürası ilə üz-üzədir.

Şimali Koreyanın gənc diktatoru zatən qəddar və kəmağıl birisiydi, sorğu-sualsız, məhkəməsiz adam güllələtdirən, özünü orta əsrlərin şərq satrapları kimi aparan şəxsdən ağıllı hərəkət gözləyən yox idi.

Image result for kim çen

İndi dünyaya dədəlik edən ölkənin əslində hamıdan müdrik və ağıllı olmalı olan prezidenti də ona qoşulub. Amerikanın özündə belə bu adamın – Donald Trampın siyasətdən, diplomatiyadan bir şey anlamadığını deyirdiər və hər gün yenidən sübut olunur ki, deyilənlər düz imiş.
Rusiya prezidenti Vladimir Putin də ki, hakimiyyətə ilk gəldiyi ildə regionun, eləcə də dünyanın başına bəla gəldiyini göstərmişdi, hələ də o istiqamətdə davam edir.

Bu üç lider bu cür avantürist, məsuliyyətsiz, üstəlik, ambisiyalı olduğu halda Yaponiya imperatoru nə qədər müdrik, Çin rəhbəri olduqca tədbirli, Fransa prezidenti son dərəcə praqmatik, Almaniya federal kansleri necə dünyagörmüş olsa da, xeyri yoxdur. Bu dünya liderlərinn gözünü qan örtmüş avantüristlərə sözü ötmür.

Image result for g7 sammiti

Beləliklə, dünya II dünya müharibəsindən keçən 73 ildə heç vaxt olmadığı qədər ciddi bir hərbi münaqişənin astanasındadır.

Düzdür, 2010-cu ildən başlayaraq, Yaxın Şərqdə, Avropanın şəqində, ön Asiyada onsuz da hibrid müharibə gedir və müharibədə 10-dan artıq dövlət iştirak edir. Bəzən haqlı olaraq bu savaşı, qırğını III dünya müharibəsi adlandırırlar.

Ancaq Koreya yarımadası ətrafında başlaya biləcək müharibə nüvə savaşı ola biləcəyinə görə daha geniş miqyaslı, çox tələfatlı ola bilər. Son on ildə gedən müharibələrdə yarım milyona yaxın insan ölübsə, bu müharibənin ilk günündə o qədər insan tələf ola bilər.

Hazırda Koreya böhranının 1962-ci ildə Kuba ətrafında baş vermis Karib böhranı ilə müqayisə edənlər də var.

O zaman da gərginliyə səbəb nüvə silahı, raket məsələsi olub. SSRİ və ABŞ birinicinin öz nüvə başlıqlı raketlərini Kubada yerləşdirmək istəməsi üstündə müharibə həddinə gəlib çıxıblar.

Image result for nikita xruşşov

Konflikt ona görə dərinləşib ki, ABŞ 1959-cu ildə hərbi qiyam yolu ilə hakimiyyətə gəlmiş Fidel Kastronu devirmək üçün planlar qurub. SSRİ isə kommunist Kastronu hakimiyyətdə saxlamaq üçün Kubada nüvə silahı yerləşdirmək əmri verib. Təbii ki, ABŞ düz qulağının dibində kütləvi qırğın silahının yerləşdirilməsini öz ümdə mənafelərinə ziddi hesab edib. Və müharibə vəziyyəti yaranıb.

Image result for con kennedi karib

Nəticədə SSRİ və ABŞ liderləri – Nikita Xruşov və Con Kennedi nüvə çamadanlarını əllərinin altında saxlamalı olublar. Onlar hər an bu çamadana əl uzada, dünyanın yarısını (bəlkə də hamısını) məhv edə biləcək məşum düyməni basa bilərmişlər.

Gərginlik bir müddət davam edib. Hər iki ölkədə müharibə partiyasının tərəfdarları – “qırğılar” güclü olub. Ancaq Xruşşov və Kennedi həlledici addımı birinci atmaqdan çəkinib, sonuncu dünya müharibəsini başlatmayıblar. Bu avantüra “döyüşkən heç-heçə” ilə nəticələnib. SSRİ Kubada nüvə raketləri yerləşdirmək planından vaz keçib, Kennedi Kubanı işğal etməyəcəyinə söz verib.

Image result for con kennedi

Maraqlıdır ki, bu tarixi anlaşmaya nail olan liderlərin ikisinin də taleyi acınacaqlı olub. ABŞ və SSRİ “qırğı”ları onları bağışlamayıblar. 1 il sonra Kennedi Dallasda snayper gülləsi ilə öldürülüb, iki il sonra isə Xruşşov Kreml çevrilişinin qurbanı olaraq, hakimiyyətdən uzaqlaşdırılıb.
İndi Koreya böhranı da sülhlə nəticələnəcəyi təqdirdə yəqin ki, Pxenyanda Kim Çen Ina bir söz deyən olmayacaq, o, öz ölkəsində əinin üstündə əl olmayan hökmdardır. Trampı isə ABŞ-da şişə taxacaqlar. Və Tramp bunu bilir.

Situasiyanı qəlizləşdirən də elə budur: Tramp öz kürsüsünü qorumaq üçün Kim Çen Inı kürsüdən salmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam