Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ və Şimali Koreya arasında gərginlik pik həddə

ABŞ və Şimali Koreya arasında gərginlik hər keçən saat şiddətlənir.

Yenixeber.org:  Türkiyə mediasına istinadən xəbərə görə, hər iki ölkə bir-birini sərt hərbi müdaxilə ilə hədələyib.

Belə ki, Şimali Koreyanın müdafiə naziri Pak Yong-Sik bu gün keçirdiyi toplantıda ABŞ-dan və mütəffiqlərindən gələn hər hansı hücuma həddən artıq sərt cavab veriləcəyini bəyan edib:

"Biz Şimali Koreya olaraq, hər hansı bir hücuma daha təsirli və sərt cavab verəcək gücə sahibik. ABŞ-ın hazırda həm Asiyadakı hərbi bazalarını, həm də ölkəsini birbaşa vura biləcək nüvə silahlarımız platformalarda havalanmaya hazır vəziyyətdə gözləyir. Əgər ölkəmizə hər hansı bir hərbi müdaxilə ortaya çıxarsa, o zaman güclü və önləyci hücumla düşmənlərimizi yer üzündən siləcəyik".

Şimali Koreyanın bu sərt təhdidinə ABŞ-dan cavab da özünü çox gözlətməyib. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib ki, Şimali Koreya  Amerikanın Asiyadakı hərbi bazasına hücum edərsə və ya qitələrarası hər hansı raket sınaqlarına girişərsə, o zaman hərbi müdaxilə qaçılmaz olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çinə müraciət edərək, Şimalı Koreyanı durdurmağa çağırıb: "Çin öz qərarını verməlidir. Əgər Pekin bizimlədirsə, fikirini açıq deməlidir. Yox, əgər Şimali Koreya ilə hazırkı münasibətlərini (Şimali Koreyanın ticarət dövriyyəsinin 70 faizindən çoxu Çinlədir – red.) saxlamaq niyyətindədirlərsə, o zaman ABŞ təkbaşına Şimali Koreya problemini həll edəcək".

ABŞ prezidenti bu açıqlamasının ardınca ordunun nüvə silahı ilə təhciz olunmuş və yüzlərlə bombardmançı təyyarə daşıyan savaş gəmisini Koreya yarımadasına göndərib. Həmin savaş gəmisinin bu həftənin sonu yarımadaya çatacağı bildirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam