Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qaradağ rayon icra başçısının qardaşı sahibkarlardan aylıq toplayır -ŞİKAYƏT VAR

Qaradağ rayon icra başçısının qardaşı sahibkarlardan aylıq toplayır -

 

Redaksiyamızın elektron poçtuna Qaradağ rayonundan şikayət məktubu daxil olub.

 

Yenixeber.org:   Həmin müraciətin ictimai maraq doğuracağını nəzərə alıb, olduğu kimi oxuculara təqdim edirik: 

"Sizə Qardağ rayonunda yerləşən karxana işi ilə məşğul olan onlarla sahibkar adından yazıram. Açığı bizim sizə müraciət etməkdən ayrı yolumuz qalmayıb. Ancaq məlum səbədən hələ ki, adımızı açıqlaya bilmirik. Adımızı açıqlasaq, onda bizim karxanalar bağlanacaq, ya da başqa birinə satacaqlar. Bunun üçün Süleyman Mikayılovun hər cür imkanları var. Lakin vəziyyətimiz elədir ki, dərdimizi ictimaiyyətin diqqətinə çatdırmaq məcburiyyətindəyik. Onsuzda bizim son nəfəsimizdir. Məsələ ondadır ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Süleymanov bizim son tikəmizi belə ağzımızdan çıxarır. Neçə ildir ki, Bağır Süleymanov icra başçısı olan qardaşının adından bizdən aylıq toplayırdı. Aylıq toplayanlar təkcə icra başçısının qardaşı deyil, həmçinin Əməyin Mühafizəsindən, vergilərdən, Azərişaqdan, və bir çox başqa idarələrdən gələn məmurlara aylıq veririk. Hətta bəzi jurnalistlərə də ayıq verməyə məcburuq. Bu günə qədər hər şeyi bir təhər idarə etməyə çalışırdıq və işimizin yolunda getməsi naminə ilə hamının könlünü xoş tutmağa çalışırdıq. Ancaq indi vəziyyət dəyişib. Əvvəllər bizlərdən ancaq Süleyman Mikayılovun adına aylıq toplamaqla məşğul olan Bağır Süleymanov bizim öz uçastkalarımızı yenidən bizə satmağa qalxıb. Başçının qardaşı açıq şəkildə deyir ki, ya uçastkalarımızı yenidən almalıyıq, ya da uçastkalarımızı əlimizdən alınıb başqalarına satacaq. Bunun üçün onların əlində qanuni əsaslar da var. Yəni bizim uçastkalarımızı bağlamaq onlar üçün su içmək qədər asandır. İcra Hakimiyyətinin məmurları, ya da əməyin mühafizəsindən olan məmurlar ürəkləri istədikləri zaman uçastkalarımızı bağlamaq imkanlarına sahibdirlər. Bunu əsaslandırmaq üçün onların heç bir oroblemi yoxdur. Lakin məslə orasındadır ki, bütün karyerdə eyni maayda on illərdir hökm sürür. Hər kəs aylığını verib işini görür. Və bu aylığa görə bir çox iş qüsurlarına məmurlar göz yumurlar. Yəni faktiki olaraq onlar da dolanır, biz də dolanırıq. İndi isə Bağır Süleymanov bizim öz "uçastkalarımızı" bizə satmağa qalxıb. Məsələ orasındadır ki, biz bu uçastkaları hamımız pulla almışıq. Yəni zamanında birə 10 qiymətə aldığımız əraziləri indi yenidən bizə satmaq istəyirlər. Həm elə bu dəfə qiyməti iki dəfə daha artırıblar. Bağır Süleymanov öz qardaşı adından artıq bizə ultimatum və vaxt verib. Əgər tələb olunan məbləğlər aprelin 20-nə qədər verilməsə, bizim uçastkalarımız bağlanacaq sonra da başqasına satacaqlar. Hörmətli media nümayəndələri. Sizdən xahiş edirik ki, bizim səsimizi ölkə prezidenti möhtərəm İlham Əliyevə, və birinci vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya çatdlrasınız . Biz inanırıq ki, Süleyman və Bağır Mikayılovları ancaq ölkə rəhbərliyimiz durdura bilər. Bizim səsimizi isə onlara ancaq media çatdıra bilər. Başqa yollara baş vurmaq istərdik, amma şikayətlərimizin yenidən Süleyman Mikayılovun üstünə qayıdacağını bilirik. Əvvəlcədən sizə öz minnətdarlığımızı bildirirk".

 

 

Qarşı tərəfi də dinləməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam