Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-dan öz “ayağına güllə” və Ukrayna və Avropa üçün fürsət pəncərəsi -ŞƏRH

Anatoli Xrapçinski: “ABŞ "elit alıcılar klubu" qurarkən, Avropa seçim qarşısındadır: ya tam asılılıq, ya da öz suveren müdafiə sənayesini yaratmaq”

Yenixeber.org: “Fevralın əvvəlində ABŞ faktiki olaraq "Demokratiya arsenalı" konsepsiyasını ləğv etdi və silah ixracını müttəfiqlərə dəstəkdən sərt sənaye siyasətinə keçirdi. Kağız üzərində bu, "Amerika birinci" kimi görünür, amma əslində uzunmüddətli perspektivdə silah bazarında qlobal liderliyini itirmək riski daşıyır. Nə dəyişib və bu, Avropa-Ukrayna hərbi-sənaye kompleksi üçün niyə bir fürsətdir? Birincisi, indi yeni qaydalar tətbiq olunacaq: "Ödə və gözlə". Vaşinqton rəsmi olaraq "ilk gələn, ilk xidmət" prinsipindən imtina edir. Bürokratik növbə siyasi cəhətdən nəzarətdə olan növbə ilə əvəz olunub. Bu o deməkdir ki, silah əldə etməkdə prioritet indi üç amildən asılıdır: nə qədər xərclədiyiniz, ABŞ-ın coğrafi maraqlarına uyğun olub-olmadığınız və sifarişinizin Amerika iqtisadiyyatına töhfə verib-vermədiyi”.

Bu sözləri ukraynalı aviasiya üzrə mütəxəssis, leektron müharibə avadanlığı istehsal edən şirkətin baş direktor müavini Anatoli Xrapçinski yazdığı analitik məqalədə qeyd edib.

Onun sözlərinə görə, bu, bir növ “Pull” – yəni ki, müttəfiq ehtiyac duyduğunu istəyir əməliyyatından “Push” – yəni ki, ABŞ özünün "Prioritetləşdirilmiş satışlar kataloqunda" olanı almağa məcbur edir - əməliyyatına keçiddir: “Sadə dillə desək, qorunmaq istəyirsinizsə, ABŞ-ın yenidən sənayeləşdirilməsini maliyyələşdirin”.

“İkincisi, bu, niyə ABŞ üçün "ayağına vurulan zərbə"dir? Təəssüf ki, onlar ikinci dərəcəli təsirləri nəzərə almırlar. Axı bu cür yeni qaydalar, məsələn, Avropa muxtariyyəti üçün bir stimuldur. Kritik sistemlərə çıxış şərti hala gəldikdə, müttəfiqlər riskləri qorumağa başlayırlar. Başqa sözlə, Vaşinqton özü Avropaya iyirmi ildir çatışmayan motivasiyanı verir: Oval Ofisdəki əhval-ruhiyyədən asılılıqdan qaçmaq üçün öz istehsal xətlərinə investisiya qoymaq. Üstəlik, ABŞ-ın bu qərarı nüfuz tələsidir. Ukrayna marketinqlə reallıq arasındakı uçurumu göstərdi: "bahalı və mürəkkəb" Amerika istehsalı çox vaxt kütləvi istehsal və davamlılıq baxımından uduzur. Texniki məsələlərə siyasi maneələr - "kifayət qədər pul ödəmədiyiniz üçün növbədəsiniz" - əlavə olunarsa, müştərilər alternativlər axtaracaqlar”, - deyə ekspert vurğulayıb.

“Başqa bir məqam böhran zamanı zəiflikdir. "Qiymət siyahısı" üzərində qurulan istənilən ittifaq sürətli və riskli hərəkət tələb olunduqda dağılır. Əməliyyat münasibətləri "kiməsə ağlamaq üçün çiyin vermək" deyil”, - Xrapçinski əlavə edib.

Onun sözlərinə görə, üçüncüsü, bu, Ukrayna və Avropa üçün fürsət pəncərəsi açır: “ABŞ "elit alıcılar klubu" qurarkən, Avropa seçim qarşısındadır: ya tam asılılıq, ya da öz suveren müdafiə sənayesini yaratmaq. Ukrayna üçün bu, idealdır və biz artıq praqmatik davranmağa başlamışıq. Biz nəzarətli ixracatları açırıq, Avropada birgə müəssisələr və istehsal xətləri qururuq. Beləliklə, tapmaca belə bir şəkildə ortaya çıxır: ABŞ ultra bahalı platformalar  - F-35, strateji hava hücumundan müdafiə və s. - seqmentini saxlayır. Lakin kütləvi seqment - dronlar, elektron müharibə, taktiki sensorlar, sursat - Avropa-Ukrayna mərkəzinin doldura biləcəyi bir sahədir. Biz texnologiya, sürət və döyüş təcrübəsi təmin edirik, Avropa isə pul, miqyas və standartlar təqdim edir. Bu, Vaşinqtondan təyin edilmiş "səviyyədən" asılı olmayan alternativ təhlükəsizlik çərçivəsinin yaradılmasına imkan verir”.

“Beləliklə, təhlükəsizliyi "prioritet menyuya" çevirməklə ABŞ taktiki olaraq yeni avadanlıqlar üçün pul qazanır, lakin strateji olaraq muxtar Avropa şəklində özünə rəqib yetişdirir. Və Ukrayna bu yeni arxitekturanın həmmüəllifinə çevrilməlidir”, - deyə A.Xrapçinski yekunlaşdırıb.(AYNA)

Turan Abdulla

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam