Samiq Sadıxovun əqidə yoldaşı, belə desək şəriki, yaxın dostu Fuad Nəcəfli Naxçıvanın ehtiyyat fondunun taxılını yoxa çıxartmaqda ittiham oluna bilər.
Yenixeber.org: Əminik ki, bu və bunun kimi bir çox qanunsuz yeyinti məsələlələri dövlətimiz tərəfindən araşdırılıb layiqli tədbirlər görüləcək.
Referans Media xəbər verir ki, bu araşdırmalarda Naxçıvan Səhiyyəsini uzun illər çalışılsa da normal vəziyyətə gətirilməsi mümkün olmaması üçün əlindən gələn ağla gəlməyəcək qədər qanunsuzluq edib səhiyyəni ticarət obyektinə çevirən Sadıxovda istintaqa cəlb ediləcəkdir.Rüşvət və otkatlar yolu ilə əldə etdiyi milyonların üstündə oturub keflə yeni vəzifə gözləyən keçmiş Səhiyyə naziri Sadıxov hələdə etdiklərindən peşman görünmür.Əksinə pulumu verib yeni vəzifə alacam deyə öz ətrafında lovğalanır.
Sadıxov bu rahat davranışla nə demək istəyir?
Anlaqlı bir Azərbaycan vətəndaşı öz millətinə ən vacib sahə olan Səhiyyə sisteminə bu qədər ziyan vura bilərmi?
Sual yaranır bilərəkdən edibsə qanun qarşısında cavab verməlidir,xeyr əgər bu işləri anlaqsız şəkildə qanunları heçə sayaraq edibsə sabiq səhiyyə naziri məcburi müalicəyə cəlb edilməlidir.Səhiyyədən azca anlayışı olan biri Naxçıvan səhiyyəsinin real vəziyyətinə baxsa yazdıqlarımızın az bir qism olduğunu görər(reklam üçün şəkilli divarlar,bahalı xalçalar,özü üçün təmirli otağı söküb yenidən təmir etdirməsi halları istisna olmaqla).
Sanki bundan sonra bu sistem tamamilə ləğv olunacaqmış kimi səhiyyə terroru törədən biri indi rahat oğurladıqlarının xərcləmə planını hazırlamamalıdır.
Samiq Sadıxovun dövlət büdcəsini talamağı və işə qəbul,yerdəyişmələr və tenderlərdən aldığı ümumi pulun 20-25% otkatları, rüşvətləri bu gün heçnə olmamış kimi Bakı şəhərində korrupsiya yolu ilə əldə etdiyi mülklərində oturub istirahət edərək yeni vəzifə axtarışında olmağı Naxçıvan MR-da əksər məmurlarda böyük rahatlıq və əminlik yaradıb.Naxçıvanda dövlətdə işləyən istənilən məmuru və sıravi vətəndaşı danışdırdıqda bir söz deyir:Samiq Sadıxov səhiyyəni bərbad günə qoydu,korrupsiya yolu ilə dövlət büdcəsini taladı,milyonlarla rüşvət müqabilində işə adamlar düzəltdi,tenderlərdən 20-25% otkat aldı,ağıla gəlməyəcək dərəcədə mal-mülk sahibi oldu(təbii ki,qohumları və yaxınlarının adına rəsmiləşdirərək) və bu gün də həmin pullarla Bakı şəhərində bahalı restoranlarda himayədarları ilə istirahət edərək yeni vəzifə axtarışındadır.Dövlət ona nə cəza verdi ki, bizə də nə edə?
Burdan o qənaətə gəlirik ki, demək Naxçıvan Muxtar Respublikasının sabiq səhiyyə naziri Samiq Sadıxov dövlətimiz tərəfindən layiqli cəzasını almasa digər məmurlarda da böyük arxayınçılıq yaradaraq, dövlət büdcəsini talamaq hallarını və korrupsiya yolu ilə mülk toplama hallarını artıracaq. Amma biz əminik ki,dövlətimiz və qanunlarımız Samiq Sadıxov kimiləri heç bir vaxt cəzasız qoymayacaq.
Növbəti yazımızda Samiq Sadıxovun korrupsiya faktları ilə yanaşı, bu gün də Naxçıvan səhiyyəsini inkişaf etməyə qoymayan Samiq Sadıxovun vəzifə verdiyi,Naxçıvan səhiyyəsinin inkişafına mane olan Samiq Sadıxovun kadrlarının siyahısını və onların qanunsuz əməllərini dərc edəcəyik…










AZ
RU