Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

   Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli Fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin idarəetməsində bir sıra dəyişikliklər həyata keçirildi.

Yenixeber.org: Agentlik əvvəlki illərdə “Publik hüquqi şəxslərin nümunəvi nizamnaməsi”nin 4.3.1-ci bəndinə uyğun olaraq, Müşahidə Şurası və təkbaşçı icra orqanı (direktor, Baş direktor, İcraçı direktor) olan idarəetmə formasını seçərək bu qaydada fəaliyyət göstərirdi. Lakin, son imzalanan Fərman onu göstərir ki, həmin idarəetmə forması özünü doğrultmayaraq, “Publik hüquqi şəxslərin nümunəvi nizamnaməsi”nin 4.3.2-ci bəndi, yəni Müşahidə Şurası və idarə heyəti tətbiq edildi.

İdarəetmədə ciddi dəyişiklik yalnız icraçı direktor vəzifəsinin İdarə Heyəti ilə əvəzlənməsi oldu.

QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin Müşahidə Şurasının sabiq sədri, Milli Məclisin deputatı Azay Quliyev Prezidentin son fərmanı ilə bağlı paylaşım etmiş, yuxarıda qeyd etdiyimiz məsələləri ciddi təhlil etmişdir. Həmin hissəni olduğu kimi təqdim edirik:

“Fərmanla Agentliyin idarəetmə modelində edilən dəyişikliklər də xüsusi diqqətə layiqdir. İcraçı direktor institutunun İdarə Heyəti ilə əvəz olunması qərarların tək şəxs tərəfindən deyil, kollegial şəkildə qəbul edilməsini təmin edir. Bu yanaşma məsuliyyətin bölüşdürülməsinə, qərarların daha balanslı və əsaslandırılmış şəkildə qəbuluna, eləcə də institusional sabitliyin və davamlılığın gücləndirilməsinə xidmət edir”.

Hörmətli Azay Quliyev məsələni ciddi təhlil edərək, bu sahədə illərdi fəaliyyət göstərən təcrübəli şəxs kimi düzgün qiymətləndirmə apardı.

Son vaxtlar Yenixeber.org olaraq apardığımız araşdırmalar, QHT-lərə Dövlət Dəstəyi  Agentliyində baş verən ciddi nöqsanlar, o cümlədən Agentliyin icraçı direktoru Aygün Əliyevanın 10-dan çox rəfiqəsinə qrant ayırması faktlarını sübuta yetirməyimiz icraçı direktor vəzifəsinin ləğvini zəruri edirdi.

Çünki, Agentliyin ilk illərindən icraçı direktora geniş səlahiyyətlərin verilməsi, daxili qərarların yalnız onun tərəfindən qəbul edilməsi qurumda ciddi korrupsiya faktlarının meydana gəlməsinə səbəb oldu.

        Hazırda QHT-lərə Dövlət Dəstəyi  yeni bir mərhələ başlayır

Aygün Əliyeva İdarə Heyətinin sədri olacaqsa da belə, tək özü deyil, İdarə heyətinin digər üzvləri ilə birgə qərarlar qəbul etməlidir. Məsələn: işçiləri işə qəbul və ya işdən azad edərkən, idarə heyətinin bütün üzvlərinin razılığı olmalıdır. Yəni, Azay Quliyevin qeyd etdiyi kimi, qərarlar balanslı və əsaslandırılmış şəkildə qəbul edilməlidir.

Diqqəti çəkən məqamlardan biri, digər analoji publik hüquqi şəxslərdə icra orqanının formasının belə qısa müddətdə dəyişdirilməməsi və onun Prezident tərəfindən təyin olunmasıdır. QHT-lərə Dövlət Dəstəyi  Agentliyində isə yenə də icra orqanı Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

Fürsətdən istifadə edib, QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin Müşahidə Şurasının yeni təyin olunmuş üzvlərini təbrik edir, onlara bütün qərarlarında, xüsusilə İdarə Heyətinin tərkibini formalaşdırarkən həmin şəxslərin keçmiş fəaliyyətlərini ciddi nəzarətdən keçirmələrini arzu edirik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam