Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-TƏFSİLAT

2025-ci ilin bitməyinə iki gün qalsa da, QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru Aygün Əliyevanın “rəfiqə qrantları” seriyası bitmək bilmir ki, bilmir.
Yenixeber.org-un araşdırma qrupu  QHT-lərə Dövlət Dəstəyi  Agentliyində dövlət rəsmilərinə və deputatlara bağlı QHT-lərlə bağlı araşdırma başlamaq istəsə də “rəfiqə qrantları”nın çoxluğu buna imkan vermir. Təbii ki, bu gün də sizlərə Aygün Əliyevanın daha bir rəfiqəsi və ona göstərdiyi “qayğı”dan bəhs edəcəyik.
Əvvəlki yazılarımıza diqqət etmisinizsə, Aygün Əliyevanın qrant hədiyyə etdiyi rəfiqələrinin çoxu Binəqədi rayonunda işləyən şəxslərdir. Bu dəfə təqdim edəcəyimiz şəxsin də  Aygün Əliyeva ilə tanışlığı Binəqədi rayonundan başlayıb... Beləliklə Kubra Əliyarlı.
K. Əliyarlı Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Aygün Əliyeva ilə birgə çalışıb. Rəfiqəlik münasibətləri də həmin vaxtlardan başlayıb.
Aygün Əliyeva  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru təyin edildikdən bir qədər sonra Kubra Əliyarlı artıq YAP Binəqədi Təşkilatının əməkdaşı kimi deyil, “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri kimi özünü təqdim etməyə başlayır.
Qısa zamanda Aygün Əliyeva bu rəfiqəsinin də rəhbərlik etdiyi təşkilatı qrantsız qoymur. Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, Kubra Əliyarlının sədri olduğu “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” ictimai birliyi 2022-ci ilin qrant müsabiqəsində 9 min manat qrant vəsaiti alır. İllərlə QHT sektorunda ciddi təşəbbüsləri ilə seçilən təşkilatlar 8-9 min manat qrant aldığı halda, heç bir ciddi fəaliyyəti olmayan yeni bir QHT də 9 min manat qazanır(?)

Göründüyü kimi, Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru təyin edildikdən bir müddət sonra dövlət qurumlarında, partiya və bələdiyyə sistemində, habelə sahibkarlıq sahəsində çalışan rəfiqələrini QHT sektoruna daşımağa başlayıb. Hətta QHT sədri olmayan rəfiqələri üçün “ölü QHT-ləri” alıb, onları da təşkilat sədri etməyi qənimət bilib.
Dövlət büdcəsinin bu qaydada talanması, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantlarının öz rəfiqələrinə və tanışlarına peş-kəş edilməsinin adı başqadır...
Maraqlıdır ki, hələ də aidiyyatı dövlət nəzarət qurumları, xüsusilə də dövlət büdcəsinin icrasına nəzarət edən təşkilatlar vəziyyətin bu həddə gəlib çatmasına razılıq verməkdədirlər.
Heç şübhəsiz ki, müxtəlif dövlət qurumlarının nümayəndələrinə, onların yaxınlarına bağlı QHT-lərin Agentliyin qrant yardımlarından bəhrələnməsi, həmin qurumların Agentlikdə baş verən qanunsuzluqlara göz yummasına gətirib çıxarır.
Araşdırmalarımız davam edir...
Qarşı tərəfin cavab haqqını tanıyırıq.



 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam