Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Konstitusiya mübahisələri ilə sülh axtarışları -Səbəb həm də uzunmüddətli qarşıdurma və etimadsızlıq mühitidir...

news content

2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü ildəki antiterror əməliyyatlndan sonra Ermənistan mediasında və rəsmilərinin bəyanatlarında Azərbaycan Konstitusiyasında bu ölkəyə qarşı ərazi iddiası olduğu barədə fikirlər səsləndirilir.

Yenixeber.org: Ən yaxın tarixə nəzər salsaq, bu ilin may ayında baş nazir Nikol Paşinyan “Yerevan Dialoqu–2025” adlı beynəlxalq forumda həmin mövzuya toxunub. Forumdakı çıxışı zamanı o, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının mövcud olduğunu bir daha dilə gətirib:

Ümumiyyətlə, Paşinyan bu iddianı 2024-cü ildə də fərqli platformalarda səsləndirib.

Azadlıq Radiosunun erməni xidməti 2024-cü il sentyabrın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda Avropa Şurasının baş katibi Alen Berslə görüşündə dedikləri barədə yazır:

“Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var, lakin Ermənistan bunu danışıqların mövzusu etmir. Çünki sülh sazişinin razılaşdırılmış mətnində belə bir müddəa var: tərəflərdən heç biri öz daxili qanunvericiliyinə istinad edib bu beynəlxalq sazişin müddəalarını yerinə yetirməməsini əsaslandıra bilməz”.

 

“Armenpress”in məlumatına görə, bundan bir neçə gün sonra BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı Paşinyan məsələnin üzərində daha geniş dayanıb: 

“Azərbaycan iddia edir ki, Ermənistan Respublikasının Konstitusiyası guya Azərbaycana qarşı ərazi iddiaları ehtiva etdiyinə görə sülh sazişinin bağlanmasına maneədir. Təfərrüatlara varmadan demək istəyirəm ki, bizim Konstitusiyamızda belə bir məqam yoxdur, Azərbaycana qarşı heç bir ərazi iddiamız mövcud deyil və bununla bağlı maraqlı beynəlxalq tərəfdaşlarımıza ətraflı yazılı sübutlar təqdim edə bilərik. Üstəlik, məhz Azərbaycanın Konstitusiyasında Ermənistan Respublikasına qarşı ərazi iddiaları yer alır və biz bu məsələ ilə bağlı da maraqlı beynəlxalq tərəfdaşlarımıza yazılı arqumentlər təqdim edə bilərik”.

Azərbaycanın “ərazi iddiaları”ndan danışarkən, Ermənistan tərəfi Azərbaycan Konstitusiyasında xatırlanan “Dövlət Müstəqilliyi haqqında” 1991-ci il Konstitusiya Aktına və bir də 1918-ci il İstiqlal Bəyannaməsinə istinad edir. Ermənistan rəsmiləri bu sənədlərdə “Qərbi Azərbaycan”a (indiki Ermənistan ərazisi) işarə olduğunu düşünür.

Rəsmi Bakı isə bildirir ki, həmin sənədlər beynəlxalq hüquqa tam uyğundur və orada heç bir şəkildə Ermənistan ərazisinə dair birbaşa və ya dolayı iddia yoxdur. Azərbaycanın 1995-ci il referendumu ilə qəbul olunmuş hazırkı Konstitusiyasına gəldikdə isə orada açıq şəkildə yalnız ölkənin ərazi bütövlüyünün qorunmasından bəhs edilir. 

               Rəsmi Bakının cavabı

Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın dəfələrlə, o cümlədən 2024-cü il avqustun 31-də mətbuat konfransında səsləndirdiyi belə fikirlərə cavabında bildirib ki, nə 1991-ci il “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında”, nə də 1918-ci il “İstiqlal Bəyannaməsində” Ermənistana qarşı hər hansı ərazi iddiası yer almayıb. Bəyanatda vurğulanıb ki, əksinə, beynəlxalq hüququn prinsiplərini pozaraq, Azərbaycan torpaqlarını işğal altında saxlayan məhz Ermənistan olub:

30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələyə münasibət bildirərək, Azərbaycan Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiası olmadığını təsdiqləyir. Onun sözlərinə görə, 1995-ci ildə referendumla qəbul olunan bu Konstitusiya hüquqi üstünlüyü ilə seçilir və sülhə sadiqliyin hüquqi əsaslarını təşkil edir.

“Azərbaycan Konstitusiyasına baxdıqda, burada hər hansı başqa dövlətə qarşı ərazi iddiası irəli sürüldüyünü göstərən bir maddə yoxdur. Əksinə, Konstitusiya Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasına yönəlib,” – deyə deputat bildirib.

Konstitusiyanın 148-ci maddəsi Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyini təsdiqləyir və beynəlxalq müqavilələrin daxili qanunvericiliyin tərkib hissəsi olduğunu qeyd edir.  

Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişinin 12-ci maddəsində qeyd olunur ki, tərəflər qarşılıqlı münasibətlərində beynəlxalq hüquq normalarına və bu Sazişin müddəalarına əsaslanacaqlar. Həmçinin vurğulanır ki, tərəflərin heç biri özünün daxili qanunvericiliyinə istinad edərək, bu sazişin öhdəliklərindən yayınmağa cəhd göstərməyəcək.

Siyasi təhlilçilərin fikrincə, tərəflər arasında yaranan bu məsələdə ritorik gərginlik təkcə hüquqi sənədlərin müxtəlif cür şərhləri ilə deyil, həm də uzunmüddətli qarşıdurma və etimadsızlıqla əlaqədardır. Ermənistan tərəfi Bakının Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların hüquqlarını gündəmə gətirməsini gizli ərazi iddiası kimi təqdim etməyə çalışır. Azərbaycan isə bu mövqeyin insan hüquqları çərçivəsində olduğunu bəyan edir və göstərir ki, 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan hüquqları Konvensiyasına görə, hər bir insanın doğulduğu əraziyə qayıtmaq hüququ var və bu hüquq təmin olunmalıdır.(pressklub) 

Samirə Əli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam