Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Ramiz Mehdiyevdən sonra Eldar Mahmudovun da həbsi gündəmdə -İspaniya mediasından ŞOK yazı

Ramiz Mehdiyevin həbsi xəbərlərindən sonra sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da məsuliyyətə cəlb ediləcəyi gözlənilir. İspaniyanın nüfuzlu “Diario de Mallorca” nəşri yazır ki, Azərbaycan Baş Prokurorluğu Palma şəhər məhkəməsinə və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna rəsmi məktub göndərib.

Yenixeber.org: Bu barədə jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun paylaşımında qeyd edilir ki, məktubda Mahmudovlar ailəsinin xaricdəki maliyyə əməliyyatları və ofşor şəbəkələri barədə geniş məlumat təqdim olunub. Bildirilir ki, Eldar Mahmudov və onun ailə üzvləri barəsində ayrıca cinayət işi aparılır və bu araşdırma 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşlarına qarşı qaldırılmış işdən tamamilə fərqlidir.

Eldar Mahmudovun “gizli silahı” - MTN SABİQ NAZİRİ ŞƏKİLLƏRLƏ HƏBS EDİB

29,6 milyon avroluq mənimsəmə zənciri

Baş Prokurorluğun İspaniya tərəfinə təqdim etdiyi sənədlərə əsasən, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb. Həmin hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş “Prime Design and Patenting SA” adlı ofşor şirkətə məxsus olub.

Şirkətin sahibi kimi göstərilən Sahib Əli oğlu Ağayev Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan şəxs hesab olunur. 2014–2015-ci illərdə bu vəsaitin bir hissəsi Mahmudovun oğlu Anar Mahmudovun nəzarətində olan digər ofşor şirkətlərin hesablarına köçürülüb.

Eldar Mahmudovun ailə sərvətləri (Araşdırma)

Azərbaycan məhkəmə sənədlərinə görə, Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya və mənimsəmə ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib. Mahmudovun digər qohumları və yaxın əməkdaşları da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunublar.

Avropada yüz milyonlarla avroluq əmlak şəbəkəsi

Baş Prokurorluğun açıqlamasına görə, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu vəsaitlər hesabına daşınar və daşınmaz əmlak, eləcə də biznes obyektləri satın alınıb.

Eldar Mahmudovun övladları məhkəməyə verildi (SƏBƏB)

Komissiya roqatoriyası (beynəlxalq hüquqi sorğu) çərçivəsində əldə edilmiş məlumatlarda qeyd olunur ki, Mahmudovlar ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində — İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq və İtaliyada — ümumilikdə 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Prokurorluq bildirir ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra onun həyat yoldaşı və övladlarının adına rəsmiləşdirilib. Rəsmi sənədlərə əsasən, həmin vaxta qədər ailə üzvlərinin bu miqyasda gəlirləri olmayıb.

Eldar Mahmudov bu həftə həbs olunacaq

Ramiz Mehdiyev fonunda yeni antikorrupsiya mərhələsi

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, korrupsiya və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə həbs edilmişdi. Onun həbsi ölkədə yüksək vəzifəli keçmiş məmurlara qarşı aparılan antikorrupsiya kampaniyasının yeni mərhələsi kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, Eldar Mahmudovun adının yenidən gündəmə gəlməsi və İspaniya məhkəmələrinə göndərilən sənədlər bu dalğanın növbəti hədəfinin kim olacağını göstərir.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam