Redaktor seçimi
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Günün xəbəri

Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -Emin Əmrullayevə MÜRACİƏT 

 

Gəncə Dövlət Universitetinə 100 nəfər qəbul olur, bitirəndə 100 nəfər əvəzinə 120 nəfər bitirir

Bu iddia Gəncə Dövlət Universiteti ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevə ünvanlanmış və bir surəti də Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır. Biz yazıda yer almış bu və digər iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.


Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə yazını dərc edirik:  

Hörmətli Emin müəllim.

Bildiyiniz kimi, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda dövlət ali təhsil müəssisələrində rektor 5 il müddətinə təyin edilir. Lakin Gəncə Dövlət Universitetinin rektoru 2013-cü ildən bu vəzifədədir. 2013-cü ildən əvvəl isə prorektor və rektor vəzifəsini əvəz etmişdir. Su da bir yerdə çox qalanda iylənir. Artıq Gəncə Dövlət Universitetinə iy yox, üfunət iyi Gəncədən də qıraqlara yayılır. Universitetdə rəhbərlikdə özbaşınalıq baş alıb gedir. Bu adam təhsildə islahatlar aparan, rüşvətxorluğun, korrupsiyanın əleyhinə olan Sizin kimi bir nazirin siyasətinin belə əksinə gedir. Sizin işində ciddi nöqsanlara görə vəzifədən qovduğunuz adamı-İlqar Kubışevi gətirib yüksək vəzifəyə təyin edir. Özü də bu hal dəfələrlə baş verir. Bu bir başa nazirə qarşı üsyan deyilmi??? Şahin Xurşudovu vəzifədən kənarlaşdırdıqdan sonra İlqar Kubışev universitetdə qara kassa  rolunu oynamağa başlayıb. Hələ 2013-2014-cü illərdə rektor qadın məsələsinə görə universitetin qarşısında həmin qadının əri tərəfindən yumruqla vurulub yerə sərilmiş və təpiklənmişdir, nəticədə bir həftə işə çıxa bilməmişdir.


Universitetdə müəllimlərin maaşı artırılmır, yalnız yaxın ətrafının maaşını artırır. Universitetin maddi-texniki bazasına diqqət yetirilmir. Hər il yüz minlərlə manat təmir adı altında silinir, amma heç bir təmir aparılmır. Təmir adı altında dekanlardan pul yığıb yalnız bəzi otaqlarda kosmetik təmir aparılır. Respublikanın heç bir ali məktəbində test üsulu ilə semestr imtahanı qalmayıb. Rektor burada imtahanları test üsulu ilə keçirir, müəllimləri məcbur edir ki, 500 test verin, onun da doğru cavabını “A” variantı ilə tələbəyə verin. Tələbələr də “A” variant cavabını göz yaddaşı ilə əzbərləyib imtahandan keçir. Əzbərləmək istəməyən tələbələr isə imtahan qərərgahında müəyyən pul müqabilində imtahandan keçirilirlər. Həmin tələbələr xüsusi otaqlara salınır və orada telefondan köçürməklə imtahandan keçirlər. Bu imtahan metodu səs-küydən qorunmaq üçündür. Belə ki, qoy tələbələr ora-bura Azərbaycan universitetləri səhifəsinə yazmasın. Bu isə kadr yetişdirmək işinə xidmət etmir. Universitetdə Eduman sistemi yaradıblar. Amma müəllimlər orada dərsi aktivləşdirə bilmirlər, çünki internet sürəti çox zəifdir. Universitetdə olan kompüterlərin, nootbukların 80 faizi işə yararsızdır. 2014-cü ildən qalıb. Bunları alanda içərisinin hissələrini çox zəif yığdırıb, amma baha qiymətə sənədləşdirirlər. Elə universitet var ki, ora 100 nəfər qəbul olur, amma universiteti bitirəndə 50 nəfər bitirir. Çünki imtahanlar obyektiv gedir, amma Gəncə Dövlət Universitetində 100 nəfər qəbul olur, bitirəndə 100 nəfər əvəzinə 120 nəfər bitirir. Çünki, alt qruplar formal xarakter daşıyır. Rektor deyir ki, bunlar universitetə pul ödəyib, imtahanda hazır cavabları verirlər ki, alın köçürün. Nəticədə universiteti bitirmiş diplomlu savadsız müəllim ordusu yaranr. Belə kadr yetişdirmək olarmı???


                        ***

Tələbə yataqxanasında vəziyyət dözülməz haldadır. Tələbələr arasında təzə qəbul olunmuş tələbələri incidib pul yığmaq halları var, tələbələrdən müəyyən adamlar türmədə yəni həbsxanada yatanlar üçün pul yığırlar. Gəncə Dövlət Universitetinin tələbələri şəhərin müxtəlif yerlərində kirayədə qalırlar. Amma yataqxananın otaqlarını Azərbaycan Texnologiya Universitetinin tələbələrinə veriblər. Ona görə ki, Texnologiya Universitetinin tələbələri yataqxana xərci üçün ayda 100 manat, amma GDU-nun tələbələri isə bir nəfərə ayda 80 manat ödəyirlər.

Universitetdə müəllimlər çox yüksək səviyyədə dərs keçirlər. Amma onların əməyi qiymətləndirilmir, stimullaşdırıcı maaşlar verilmir, yalnız rektorun yaxın ətrafına verirlər. Yaxşı müəllimlərin dərs saatı və ştatı aşağı salınır, amma pul müqabilində universitetə təzə işə qəbul olunmuş adamlara dərs saatı verilir.

Cənab Nazir xahiş edirik ki, bu qocaman rektorun, universiteti bazara döndərmiş bir şəxsin vəzifədən azad edilib, universitetdə normal şərait yaratmağınız üçün səlahiyyətinizdən istifadə edib, məsələ qaldırmağınızı xahiş edirik.


Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam