Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" –Qərb mediası

news content

Rusiya-Azərbaycan münasibətlərinin son aylar pisləşməsinə baxmayaraq, iki ölkə bu yaxınlaradək böhranı nəzarətdə saxlamağa çalışırdı. Amma Moskvanın Bakıya qarşı ritorikası artıq əmələ çevrilib,

Yenixeber.org: Azərbaycanın Ukraynadakı neft anbarları bombalanıb. Ceymstaun Fondunun təhlilçisi Kessi Korelli yazır ki, Kreml Cənubi Qafqazda nüfuzunu zorla, yaxud təhdidlə saxlamağa çalışsa da, indiyədək yalnız kiçik güzəştlərə nail olub.

Müəllif yazır ki, Ermənistanla Azərbaycan arasında sülh prosesində Rusiyanın olmaması Moskvanın regiondakı rolunun azaldığını göstərir. Vaşinqton sammitindən sonra Moskvanın Bakı ilə ədavəti daha da güclənib. Məsələn, Əliyevi tərifləmiş təhlilçi Sergey Markov "xarici agent" elan edilib. Politoloq Yevgeni Krutikov deyib ki, "heç kim yaxın gələcəkdə Azərbaycanla əlaqələrin istiləşməsindən danışmır", uzaq perspektivdə isə Bakı ilə münasibətlər "elə də dostyana" olmayacaq. Ukraynada neft anbarlarının vurulmasını isə kremlyönlü təhlilçilər "Əliyevə eyham" adlandırıblar.

Məqalədə deyilir ki, Bakı ilə əlaqələri pisləşən Moskva Ermənistanda mövqeyini möhkəmləndirməyə çalışır, amma orada da az şeyə nail olub. Məsələn, sentyabrdan iki ölkə maliyyə informasiyasının avtomatik mübadiləsini aparacaqlar. "İqtisadi əlaqələri saxlamasına baxmayaraq, Moskvanın Cənubi Qafqaz ölkələri üzərində real təsir imkanları yoxdur, çevriliş təhdidi, raket zərbələri kimi zorakı vasitələrdən savayı. Bu rıçaqlar hələ də Qafqaz dövlətlərini Kremlin mövqeyini nəzərə almağa məcbur edir, lakin onlar artıq regionda mərkəzdənqaçma tendensiyalarını və Rusiyanın nüfuzunun azalmasını dayandıra bilməzlər", – yazıda vurğulanır.

          Rusiya Cənubi Qafqazdan tam çıxmayıb

Orta Asiya-Qafqaz İnstitutunun aparıcı əməkdaşı Con Dipirro "Kyiv Independent"ə deyib ki, Rusiyanın regionda hegemonluğu zəifləyir və bu boşluğu Azərbaycan doldurmağa can atır.

"Rusiya Ukraynaya və öz iqtisadiyyatını ayaqda saxlamağa fokuslanıb. Bu isə diqqəti digər ölkələrdən yayındırır",– təhlilçi söyləyib.

"Chatham House" təhlil mərkəzinin Qafqaz üzrə eksperti Natali Sabanidze isə Ermənistanın Rusiyaya etimadının sarsılmasından danışır. Onun fikrincə, Rusiya Ermənistana dəstək versəydi, Bakı və Yerevan arasında sülh sazişi yönündə proqres alınmazdı.

Təhlilçilər Türkiyənin Orta Asiyadan tutmuş, Monqolustanadək Rusiya, yaxud Çini qəzəbləndirmədən nüfuzunu genişləndirdiyini deyirlər. Onlar eyni zamanda Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxarılmadığını da vurğulayırlar.

       "Rusiya Ukraynada etdiyini Çexiyada da edər"

Rusiya Ukraynada etdiyi kimi, Çexiyada da günahsız insanları öldürə bilər. Bu xəbərdarlıqla Çexiya Respublikasının kəşfiyyat xidmətinin rəhbəri Mixal Kudelka çıxış edib.

"Politico" yazır ki, Kudelka Çexiya parlamentində çıxışında Rusiyanı "qəddar" cinayətlərdə, qadınları, uşaqları, günahsız və müdafiəsiz Ukrayna vətəndaşlarını bilərəkdən hədəfə almaqda ittiham edib.

"Hamımız əmin ola bilərik ki, rusiyalılar bizə də eynisi edə bilərlər. Buna şübhəniz olmasın", – kəşfiyyat rəhbəri vurğulayıb.

Bu xəbərdarlıq Çexiyada oktyabrda gözlənən seçkilər fonunda səslənib. Rusiyanın Orta və Şərqi Avropada seçkilərə müdaxiləsi son bir ildə Brüsseli narahat edən əsas məsələlərdən biridir.

Kudelka onu da deyib ki, Rusiya dövlət qurumlarına, hüququn aliliyinə ictimai inamı sarsıtmağa, bölücülük yaratmağa çalışır.(Azadlıq Radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam