Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Tramp öz ayağına güllə sıxdı” -Nüfuzlu beyin mərkəzləri və dünya mediası Alyaska samitinin nəticəsiz bitdiyini yazır

news content

Srağagün axşam ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində keçirilən Donald Tramp - Vladimir Putin sammiti dünyanın diqqət mərkəzində idi. Gözləntilərə baxmayaraq, görüş real siyasi nəticə ilə yadda qalmadı.

Yenixeber.org: Liderlərin qısa mətbuat konfransında da tərəflər konkret razılaşmalar barədə heç bir məlumat açıqlamadılar. Bununla belə, sammit həm ABŞ-Rusiya münasibətlərində, həm də Ukrayna müharibəsinin gələcək diplomatik taleyi ilə bağlı müəyyən eyhamlar verdi.

Sammitdən sonrakı qısa çıxışlarda Moskva və Vaşinqtonun mövqeləri ziddiyyətli görünürdü.

Vladimir Putin danışıqları “konstruktiv atmosferdə” keçən görüş kimi təqdim etdi. O, ABŞ və SSRİ-nin İkinci Dünya müharibəsində müttəfiq olmasını xatırladaraq, keçmiş əməkdaşlıq təcrübəsinin gələcəkdə də təkrarlana biləcəyini vurğuladı. Putin bir neçə dəfə “sazişlərə” gəlinməsindən danışdı və bunların münasibətlərin yaxşılaşdırılmasına xidmət edə biləcəyini bildirdi. Ukrayna məsələsində isə Kremlin ənənəvi mövqeyini təkrar etdi – sülh üçün “münaqişənin dərin səbəbləri” aradan qaldırılmalıdır.

Donald Tramp isə görüşü “məhsuldar” adlandırdı və müəyyən irəliləyişlərin olduğunu dedi. Amma açıq şəkildə “razılaşma baş tutmadı” ifadəsini işlədərək, əsas mövzularda razılaşmaya gəlinmədiyini etiraf etdi. ABŞ lideri bəzi məsələlərdə ortaq mövqenin tapıldığını, lakin “iki ən vacib mövzuda” anlaşmanın olmadığını vurğuladı. Tramp yaxın günlərdə NATO liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr aparacağını da açıqladı.

Mətbuat konfransında jurnalistlərə sual verməyə icazə verilməməsi görüşün qapalı və məhdud nəticəli xarakter daşıdığını bir daha təsdiqlədi.

Sammitdən dərhal sonra Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb. Daha sonra Avropa və NATO liderləri  -Avropa Komissiyasının prezidenti Ursula fon der Lyaen, Fransanın Prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Friedrich Merz, Finlandiyanın Prezidenti Alexander Stubb, Polşanın Prezidenti Karol Navrotski, Böyük Britaniyanın Baş naziri Keir Starmer, NATO-nun baş katibi Mark Rutte ilə məsləhətləşmələr aparıb.

ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Jon Bolton Tramp–Putin görüşü ilə bağlı sərt tənqidlər səsləndirib. O, görüşün nəticəsiz olduğunu və ABŞ-nin strateji mövqeyinin zəiflədiyini bildirib. Bolton, Putinlə görüşün ABŞ üçün strateji mənada uduzma olduğunu vurğulayıb: “Tramp uduzmadı, amma Putin açıq şəkildə qazandı”.

Bolton, görüşün Putin üçün böyük bir qələbə olduğunu qeyd edərək, “Putin heç nə əldə etməsə də, ABŞ-ni öz iradəsinə tabe etdi” - deyib. O, Trampın yorğun və tükənmiş göründüyünü də əlavə edib .

Görüşün nəticəsiz qalması və Trampın heç bir konkret razılaşma əldə etməməsi, Bolton tərəfindən ABŞ-ın zəif diplomatik mövqeyinin göstəricisi kimi qiymətləndirilib. O, görüşün ABŞ-ın strateji maraqlarına zidd olduğunu və Putin üçün böyük bir diplomatik qələbə olduğunu bildirib .

Nüfuzlu beyin mərkəzlərindən olan “Carnegie Endowment for International Peace” görüşün nəticələri haqda bildirib ki, Tramp sammitə hazırlıqsız qatılıb və Putinin üstünlük əldə etməsi qaçılmaz olub. Trump daha çox şəxsi münasibətlərə əsaslanır, strateji planlaşdırma çatışmayıb.

“Brookings Institution”-dan isə qeyd olunub ki, Putin görüşü simvolik qələbəyə çevirib, ABŞ lideri isə dialoqdan sonra ona təzyiq göstərmək üçün daha çox addım atmalıdır.

CSIS (Center for Strategic and International Studies): Ukrayna savaşında vəziyyət Putin üçün əlverişlidir, ABŞ yalnız ciddi hərbi və maliyyə təzyiqi göstərsə danışıqların nəticəsi dəyişə bilər.

“Foreign Affairs Forum”-un təhlilində isə bildirilir ki, sammit Rusiya liderinə beynəlxalq səviyyədə mövqeyini gücləndirmək imkanı verib, Ukrayna və NATO məsələləri isə qarşılıqlı təzyiq vasitəsi kimi qalır.

Qeyd edək ki, Putin-Tramp sammiti beynəlxalq mediada da əsasən nəticəsiz, amma yüksək simvolizm daşıyan hadisə kimi təqdim olundu.

“The Guardian” yazır ki, görüşdə Ukrayna ilə bağlı atəşkəs və ya konkret saziş əldə olunmadı. Qəzetin fikrincə, Tramp “razılaşma yoxdur” desə də, Putin özünü qalib kimi göstərərək PR üstünlüyü qazandı. Britaniya mediası həmçinin görüşdə protokol jestlərinin - Putinin ABŞ Prezidentinin avtomobilinə əyləşməsi, qırmızı xalça mərasimi diplomatik reallıqdan daha çox simvolik məna daşıdığını qeyd edir.

“Financial Times” sammiti “anticlimax” (həyəcanla gözlənilən, amma nəticəsiz qalan hadisə - red.) adlandırıb. Nəşrə görə, Tramp gözlənilən nəticəni əldə edə bilmədi, Putin isə vaxt qazanmaq və Qərbin Ukraynaya dəstəyini zəiflətmək üçün fürsət qazandı.

“Associated Press” yazır ki, görüş çox böyük gözləntilər doğursa da, nəticəsiz qaldı. Agentliyin təhlilinə görə, Putin ABŞ-də rəsmi səviyyədə qırmızı xalça ilə qarşılanmaqla beynəlxalq arenada öz mövqeyini gücləndirmiş oldu.

“The Washington Post” sammiti erkən bitən və atəşkəslə nəticələnməyən görüş kimi təqdim edib. Qəzet yazır ki, Putin Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxdığını təkrar etdi, Tramp isə “saziş hələ yoxdur” ifadəsi ilə faktiki fiaskonu etiraf etdi.

“The New Yorker” bu görüşü “Trampın öz ayağına güllə sıxdı” kimi qiymətləndirib. Jurnalın fikrincə, prezident ABŞ ictimaiyyətinə sülh lideri obrazı təqdim etmək istəsə də, nəticəsiz görüş onun əleyhinə işləyib.

“Time” jurnalı isə yazır ki, “rəsmi saziş yoxdur, amma Putin qalib çıxdı”. Nəşrə görə, Rusiya lideri heç bir güzəştə getmədən dünya miqyasında diplomatik PR qazandı, Tramp isə zəif mövqedə göründü.

Beləliklə, Ankoric sammiti dünya mediasında daha çox nəticəsiz simvolik mənzərə kimi dəyərləndirildi. Tramp “razılaşma yoxdur” deyərək 2.5 saatlıq danışıqların nəticəsiz qaldığını təsdiqlədi, Putin isə “sazişlərdən” danışaraq, diplomatik manevr etdi. Beynəlxalq mətbuat isə yekdilliklə hesab edir ki, konkret nəticələr əldə olunmasa da, Kremlin lideri imic və PR baxımından üstünlük qazandı.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam