Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ETSN-nin Nəqliyyat İdarəsi 279. 000 manata ekskavator alır –Markası məlum deyil(?)

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Nəqliyyat İdarəsi daha bir satınalmaya yekun vurub. Bu dəfə idarə təkərli ekskavator alır. Dövlət satıalmalarının vahid internet portalında yer alan məlumata görə bu məqsədlə elan edilmiş satınalmanın qalibi "PROLİNK CASPİAN" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Bu ayın 13-də tərəflər arasında 279.000 manatlıq müqavilə də bağlanıb. Rəsmi razılaşma ilə "PROLİNK CASPİAN" MMC bu məbləğin qarışılığında ETSN-nin Nəqliyyat İdarəsini 1 ədəd Təkərli ekskavatorla təmin etməli olacaq...

Olsun, ilk baxışdan təəccüblü bir nəsnə görünməsə də, Yenixeber.org-a daxil olmuş məlumatlar bu istiqamətdə müəyyən araşdırmaları zərurətə çevirir...

Başlıca sual isə hansı marka ekskavatorun alınmasından gedir. Məlum texniki göstəricilər bu məsələdə vacibdir...

Maraqlıdır ki, Dövlət Satınalmalarının vahid internet portalının “Ətraflı” bölməsində də bu haqda ətraflı məlumat verilmir(?)

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələri ilə satınalan və təchizatçı tərəflərin konkret vəzifə və öhdəlikləri müəyyən edilib... 

Bəhs etdiyimiz epizodda dövlətin pulunu xərcləyən tərəf kimi ETSN-nin Nəqliyyat İdarəsinin direktoru hörmətli Elxan Baxışova online sorğu ünvanladıq. Sorğunu olduğu kimi "PROLİNK CASPİAN" MMC rəhbərinə də, göndərdik.

7 sualdan ibarət sorğuda tender komissiyasının tərkibindən tutmuş, "PROLİNK CASPİAN" MMC-nin hüquq və imkanlarına qədər təfərrüatlı məlumat verilməsini xahiş etmişik.

Elxan Baxışov

         Elxan Baxışov

Dünən bizimlə telefonla danışan ETSN-nin Nəqliyyat İdarəsinin satınalma üzrə mütəxəssisi İsmət Fərzəliyev sorğuya cavab verməyin vəzifə borclarından biri olduğunu “unudub” da, mənasız, mövzuya aidiyyatı olmayan sorğu-sualda bulundu... 

"PROLİNK CASPİAN" MMC-nin Fərid adlı əməkdaşı isə dünən sorğunu göndərməyimizi və rəhbərlik tərəfindən baxilacağını desə də, bu gün rəhbərin xaricdə olduğunu və nə zaman cavab verilə biləcəyini bilmədiyini bildirdi(?) 

Ümid edək ki, hər iki tərəf məlum qanun və qaydalara uyğun olaraq, sorğumuzu cavablandıracaq və qarşıdakı günlərdə hazırlayacağımız geniş yazıda yanlış faktlar yer almayacaq...   



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam