Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

MOSKVADAN BAKIYA "MÜXALİFƏT" TƏHDİDİ... - Cavab Xankəndidən verildi

Dünya dəyişsə də, əsrlər boyu xalqları bir-birinə qarşı salan, sərhədləri “ayaq izi” ilə ölçən, millətlərin iradəsini zorla ram edən imperiyalar tədricən tarixə gömülsə də, şovinist siyasi dairələrin zehniyyəti dəyişmir. 

Yenixeber.org: Xüsusilə də Rusiyanın bəzi şovinist beyin mərkəzləri-hələ də imperiya uydurmalarının cazibəsindən qopa bilmirlər.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) nəzdində fəaliyyət göstərən Dünya İqtisadiyyatı və Siyasəti Fakültəsinin dekanı Andrey Suzdaltsevin Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə dair verdiyi müsahibə bu qəbildəndir.

O, Azərbaycanı hədəfə alaraq bildirir: “Xüsusi hərbi əməliyyat başa çatdıqda, biz postsovet məkanının digər dövlətləri ilə məşğul olacağıq… Azərbaycana gəlincə, orada Əliyevdən başqa müxalifət də var. Rusiyanın onların nümayəndələri ilə əməkdaşlığı Bakını ayıltmalıdır...” 

Bu cümlələr təkcə bir şovinist professorun mövqeyi deyil – bunlar imperiya düşüncəsinin müasir toxumasını təşkil edən siyasi təhdidlərdir.

Suzdaltsevin söylədikləri Kremlin mesajdır- Moskva Azərbaycanı da “öz təsir dairəsində” saxlamaq istəyir. Bu, birbaşa Vladimir Putinin məşhur ifadəsinin - “rus əsgərinin ayağı hara dəyibsə, ora Rusiya torpağıdır” - müasir diplomatiyada tərcüməsidir. Vaxtı ilə Qarabağda, Xocalıda böyük faciələr törədən bu ideologiya bu gün Krımın işğalı, Ukraynanın dağıdılması, Gürcüstanın parçalanması ilə yenidən canlanmağa çalışır. Bir az güc əldə etdikdə isə, ətrafındakı hər bir dövləti özünə tabe etməyə  cəhd edəcəyinin siqnallarını verir. Əlbəttə, imperiya təfəkkürü ilə idarə olunan dövlət, onun rəhbərliyi insan hüquqları, ərazi bütövlüyü, beynəlxalq hüquq kimi anlayışları tanımır, güclünün haqlı olduğu orta əsr düşüncəsi ilə hərəkət edir. 


Ona görə də belə düşüncənin qarşısında geri çəkilmək olmazdı, GÜC göstərmək lazımdı. Bakı da məhz bu gücü Xankəndidə göstərdi!  Göstərdi ki, nə 90-cı ildir, nə də Azərbaycanda vəziyyət o qədər zəifdir ki, hansısa "müxalifət" təhdidi ilə “Bakını ayıltmaq” mümkün olsun. 

Görünür, Suzdaltsev və onu danışdıranlar  yaddan çıxaıblar ki, bu gün Azərbaycan nəinki siyasi və iqtisadi cəhətdən tam suveren dövlətdir, həm də regionun əsas və güclü geosiyasi oyunçusudur.

Moskvanın imperiya arzusuna qarşı Bakı öz güclü qalxanını artıq formalaşdırıb: Azərbaycan-Türkiyə-Pakistan strateji müttəfiqliyiBu üç dövlətin ittifaqı sadəcə hərbi əməkdaşlıqdan ibarət deyil – bu, mədəni, iqtisadi, enerji və təhlükəsizlik sahələrində dərin inteqrasiya modelidir.

-Azərbaycan Cənubi Qafqazın lideri və enerji təhlükəsizliyinin əsas təchizatçısıdır;

-Türkiyə NATO-nun ən güclü ordularından birinə və regionun ən çevik diplomatik iradəsinə sahibdir;

-Pakistan nüvə dövləti olmaqla yanaşı, Cənubi Asiya və İslam dünyasında mühüm siyasi dayaqlara malikdir.

Bu üçlük yalnız müdafiə gücü deyil, həm də sülhə və balanslı siyasətə çağırışdır. Çünki onların strateji əməkdaşlığı hər hansı başqa dövlətə qarşı deyil, regionda sabitliyi və iqtisadi tərəfdaşlığı qorumağa yönəlib.


Odur ki, Suzdaltsev və onu danışdıranlar  anlamalıdırlar ki, Azərbaycana qarşı siyasəti qorxu və təhdid üzərində qurmaq dövrü bitib.  Azərbaycan hakimiyyətini müxalifətlə "işbirliyi” qurmaqla təhdid etmək, təzyiq göstərmək cəhdləri isə, sadəcə, gülüş doğurur...

Bakı yalnız sivil münasibətlərə, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa qapılarını açıq buraxıb. Rusiyanın əgər regionda real maraqları varsa - iqtisadi əməkdaşlıq, enerji layihələrində iştirak, təhlükəsizlik məsələlərində tərəfdaşlıq - bu maraqlarını imperialist ritorika ilə deyil, yalnız hüquq və diplomatiya ilə ifadə etməlidir.

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü Azərbaycanın regional və qlobal səviyyədə artan nüfuzunun təcəssüm etdirməklə yanaşı, həm də Bakının Moskvaya vaxtında verilmiş CAVABI oldu. Göstərildi ki, məhz Moskvanın başlatdığı Qarabağ münaqişəsini siyasi və hərbi qətiyyəti ilə sona çatdıran Azərbaycan artıq həm də güclü müttəfiqləri olan bir dövlətdir! 

Bakı Rusiyanın Güney Qafqazda yenidən istədiyi kimi hərəkət etməsinə, suveren dövlətin vətəndaşlarına ikinci növ insanlar kimi yanaşmasına, onları aşağılamasına laqeyd qalmaq fikrində olmadığını da məhz bu gücə söykənərək Moskvaya verdiyi kifayət qədər sərt və ADEKVAT cavabla  nümayiş etdirmişdi. 


Əlbəttə, Suzdaltsev və onun ipini tutanlar üçün yeni reallıqları asanlıqla qəbul etmək çətindir. Hələ də təhdidlə, təzyiqlə, şovinist ideologiya ilə nəyəsə nail olacaqlarına ümid edirlər. Ancaq zamanla anlayacaqlar ki, Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi isə bu cür şovinist çağırışlara qarşı təkcə hərbi deyil, həm də ideoloji sipər rolunu oynayır. Bu sipər ədalətə, hüquqa, qardaşlığa və gələcəyə söykənir - imperializmə deyil!)Azpolitika)

İ. İsmayılbəyli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam