Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Yeni terror təşkilatı? -PKK yoxa çıxır, yoxsa bayrağını dəyişir...

news content


Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər

Yenixeber.org: PKK terror təşkilatı qurultay keçirərək özünü buraxmaq və Türkiyə ilə 47 illik silahlı mübarizəni dayandırmaq qərarı verib.
Qurultayın qəbul etdiyi kommünikedə bildirilir ki, Türkiyədə terrorçu təşkilat kimi tanınan partiya bundan sonra mübarizəni siyasi və demokratik vasitələrlə davam etdirəcək.

Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalan hələ fevral ayının sonunda partiya ilə əlaqəli bütün silahlı dəstələri silahı yerə qoymağa, Ankara ilə qarşıdurmalara son verməyə və PKK-nı buraxmaq barədə çağırış etmişdi. Nəhayət, bu qərar gerçəkləşdi.

“Kürd Fəhlə Partiyasının (PKK) Türkiyə dövləti ilə silahlı münaqişəyə son qoyması bölgədə sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək”. Bu barədə Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani Türkiyə və İordaniyanın xarici işlər nazirləri – Hakan Fidan və Ayman əs-Səfadi ilə üçtərəfli görüşdən sonra Ankarada keçirilən mətbuat konfransında bildirib.

Türkiyəni təbrik etmək istəyirəm. PKK ilə bu gün elan edilən atəşkəs bölgədə sabitliyə ciddi təsir göstərəcək”, – deyə Suriya XİN rəhbəri vurğulayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da terror təşkilatının özünü buraxması və silahları təhvil verməsi ilə bağlı qərarı şərh edərək bu hadisəni əlamətdar adlandırıb.

“Bunu son dərəcə vacib tarixi qərar hesab edirəm. Xüsusilə də, bölgəmizdə davamlı sülh və sabitliyin bərqərar olunması baxımından önəmli addımdır”, – deyə H. Fidan bildirib.

Nazir əlavə edib ki, bu prosesin irəliləməsi üçün hələ bir çox praktik addımlar atılmalıdır: “Çoxlu detalları həyata keçirmək qalır. Lakin bu gün yaranmış müsbət atmosfer fonunda əlavə nəsə demək istəmirəm”.

Bəs, PKK-nın bu qərarı bölgədə hansı nəticələr doğuracaq?

Mövzu ilə bağlı bizə açıqlama verən rusiyalı şərqşünas, Yaxın Şərq üzrə ekspert Ruslan Süleymanovun sözlərinə PKK-nın buraxılmasının əsas müsbət tərəfi terror aktlarının və bu təşkilatın silahlı dəstələrinin terror fəaliyyətinin dayandırılması olacaq.

Prezident Ərdoğanın dediyi kimi, bu, ilk növbədə türkiyəli anaları üçün ən xoş xəbərdir. Bu, o deməkdir ki, Türkiyə hərbçiləri Suriyada və İraqda həyatlarını itirməyəcəklər. Ən azı belə bir ümid yaranıb.
Amma digər tərəfdən, hələ də əminliklə deyə bilmərik ki, həmin PKK üzvləri başqa ad altında hücumlar, terror aktları həyata keçirməyəcəklər. Yəni, sadəcə olaraq, “rebrendinq” edib, fəaliyyətlərini PKK adı ilə yox, başqa bir təşkilatın adı altında davam etdirə bilərlər – bunu da istisna etmək olmaz.

Əsas məsələ hazırda nə baş verdiyini izləməkdir. Bu tərksilah və özünü buraxma prosesi əslində necə baş verəcək, PKK-nın rəhbər şəxslərinin taleyi necə olacaq? Hazırda onlara İraqda qalmaq, ya da hansısa Avropa ölkəsinə mühacirət etmək imkanının veriləcəyi bildirilir. Amma onlarla, yüzlərlə, bəlkə də minlərlə PKK silahlısı var və onların aqibətinin necə olacağı hələ ki, tam aydın deyil”, – deyə şərqşünas bildirib.

Bundan əlavə, o qeyd edib ki, çox şey Türkiyə hakimiyyətindən, ölkə daxilində kürdlərlə bağlı mövcud problemlərin həlli yollarından asılı olacaq. Xüsusən də kürdlərə müəyyən siyasi imkanların tanınması və kürd siyasətçilərə qarşı repressiyaların dayandırılması məsələsi aktualdır.

Bu məsələ də son dərəcə vacibdir. Son aylarda bir çox kürd siyasətçilər vəzifələrindən uzaqlaşdırılıb. Bura şəhər merləri də daxildir. Onlardan bəziləri həbsə atılıb. Əgər bu problem öz həllini tapmasa, yeni zorakılıq dalğasının baş qaldırması ehtimalını istisna etmək olmaz. Çünki kürdlər arasında mədəni və siyasi haqlarının verilmədiyini düşünən insanlar kifayət qədərdir.

Ona görə də, qarşıdakı həftə və aylar bu tərksilah və buraxılma prosesinin nə dərəcədə real və effektiv olacağını göstərəcək”, – deyə Ruslan Süleymanov bildirib.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam